"Mufəvvida"lar İmam Əhməddən ərvayət gətirərək Allahın sifətləri barəsində bəzi şübhələr atırlar. Biz bu cavabda onların şübhələrinə cavabları qeyd edirik.
Şübhəyə cavab:
“Mufəvvida” sözü ərəbcə فَوَّضَ [fəvvəda] “həvalə etmək” feilinin indiki zaman feili sifətidir, mənası “həvalə edən” deməkdir. Çünki onlar Uca Allahın Sifətləri barədə belə deyirlər: “Biz Allahın Sifətlərinə iman edirik, lakin bu sifətlərlə nə nəzərdə tutulduğunu Allaha həvalə edirik”. Onlardan bəziləri Uca Allahın Sifətlərinə dair dəlillərin zahirini qəbul etdiyini söyləyir, lakin həmin dəlillərin mənasını Allaha həvalə edir və bunun sələfin məzhəbi olduğunu iddia edirlər. Halbuki sələflərin Uca Allahın Sifətləri barədə sözlərinə diqqət etsək görərik ki, onlar heç də belə deməmişlər.
Əhli-Sünnə Uca Allahın Sifətlərinin mənasını isbat etməklə keyfiyyətini Allaha həvalə edir. Əhli-Sünnə Uca Allahın Adları və Sifətləri ilə bağlı dəlilləri zahiri mənası üzrə qəbul edir və mənalarını ərəb dilində, sələf alimlərinin anladığı şəkildə başa düşür.
“Mufəvvida” firqəsi Uca Allahın Sifətlərini isbat və inkar etmək baxımından iki qrupa bölünür:
Birinci qrup deyir ki, Quran və Hədislərdə keçən Sifətlərdə zahiri mənanın əksi qəsd olunur və bu mənanı nə peyğəmbərlər, nə mələklər, nə səhabələr, nə də ümmətdən kimsə bu mətnlərlə Allahın nəyi qəsd etdiyini bilmir.
İkinci qrup deyir ki, Quran və Hədislərdə keçən Sifətlər zahirində olduğu kimi qəbul edilir. Bununla belə, onların mənasını yalnız Uca Allah bilir.
Sələfin məzhəbi ilə “Mufəvvida” məzhəbi arasında iki əsas cəhətdən fərq vardır:
Birinci fərq budur ki, sələf alimləri Quran və Hədislərdə keçən Sifətlərin həm ləfzi, həm də həmin ləfzin ifadə etdiyi mənanı isbat etmişlər. Onlar bu mənanı həm ərəb dilindəki lüğəvi mənasına görə, həm də danışanın — yəni Allahın və Onun Elçisinin — nəyi qəsd etdiyini bilməklə anlamışlar. Buna görə də onlar eşitmək, görmək, Üz, İki əl, Sirat, Tərəzi və buna bənzər anlayışların mənasını bilmişlər.
Mufəvvidalara gəldikdə isə, onlar Quran və Hədislərdə keçən Sifətlərin ləfzini isbat etmiş, onu lüğəvi cəhətdən başa düşmüş olsalar da, Allah haqqında bu ləfzin konkret olaraq nəyi ifadə etdiyini müəyyən etməkdə dayanmış, hətta onun zahiri mənasını qəbul etməmişlər.
İkinci fərq budur ki, Sələf alimləri yalnız keyfiyyətin elmini Allaha həvalə etmiş, mənanın elmini isə həvalə etməmişlər. Onlar eşitmə, görmə, Üz və İki əl kimi sifətlərin mənasını bildikləri kimi, Allahın Axirət günü ilə bağlı xəbər verdiyi nemətlərin və əzabların da mənasını bilirlər. Lakin bunların necə olduğunu və həqiqi mahiyyətini bilmirlər.
Mufəvvidalara gəldikdə isə, onlar həm keyfiyyətin, həm də mənanın elmini Allaha həvalə etmişlər. Buna görə də nə Sifətlərə dair, nə də axirətlə bağlı Quran və Hədislərdə keçən dəlillərin mənalarını bilmirlər. Əksinə, deyirlər ki: “Biz Allahın bunlarla nəyi qəsd etdiyini bilmirik”.
“Mufəvvida” ilə Allahın Sifətlərini başqa mənaya yozan təvil əhli arasında Kitab və Sünnədə keçən Sifətləri inkar etmək baxımından əslində heç bir fərq yoxdur. Hər iki firqə Sifətləri inkar edənlər sırasındadır. Lakin onların inkar etmə üsulları fərqlidir.
“Mufəvvida” əhli ləfzi qəbul edir, lakin mənanı inkar edərək onun elmini Allaha həvalə edirlər. Təvil edənlər isə mənanı dəlillərin zahirinə zidd olan başqa bir mənaya yönəldirlər.
Məsələn “Mufəvvida” əhli Uca Allahın “ər-Rahmən Ərşin üzərində ucaldı” (Taha, 5) və “Allahın Əli onların əllərinin üstündədir” (əl-Fəth, 10) ayələri barədə: “Ucalmaq” və “Əl” sifətlərinin nə məna verdiyini bilmirik, mənasını Allaha həvalə edirik” – deyirlər. Təvilçilər isə “Ucalmaq” sifətini “hökmü altına almaq”, “Allahın Əli”ni isə “Allahın qüdrəti” kimi izah edərək mənanı mətnin zahirindən uzaqlaşdırırlar.
Birinci: ümumi cavabdır ki, bu da Allahın Sifətləri mövzusunda Sələfin məzhəbinin ortaya qoyulması ilə olacaqdır. İmam Əhməd də sələf imamlarından biridir.
İkinci isə ətraflı cavabdır ki, bu İmam Əhmədə Sifətlərin mənalarının təfvid etməsi iddiasının müzakirə edilməsi yolu ilə həyata keçiriləcəkdir.
Sələf alimlərinin Uca Allahın Sifətlərinin mənaları mövzusunda mövqeyinin bəyanı:
Sələfi-Salihin (Allah hamısından razı olsun) bu məsələdə ittifaqı çoxsaylı rəvayətlərlə sabit olmuşdur. Onlar Uca Allahın Sifətlərini öz həqiqi və zahiri mənaları ilə qəbul edib iman etmiş, bu Sifətlərin Allaha layiq olan mənalarını isbat etmiş, keyfiyyətini isə Allaha həvalə etmişlər. Həmçinin onlar bildirmişlər ki, Sifətlər barədə gələn dəlillərin zahiri mənalarını isbat etmək, Uca Allahı məxluqata bənzətməyə düşmək demək deyildir və bu ikisi arasında zəruri bir bağlılıq yoxdur. Bu məsələyə dair onların söylədikləri bəzi sözləri nəql edək:
İmam İbn Quteybə əd-Dinuri (276 h.) “Ləfzlərdə ixtilaf və Cəhmiyyə ilə Müşəbbihəyə cavab” adlı əsərində (s. 44) belə demişdir: “Bizə vacib olan budur ki, Uca Allahın Sifətləri barədə Onun Özü harada dayanmışdırsa, orada dayanaq. Yaxud Peyğəmbəri ﷺ harada dayanmışdırsa, orada dayanaq. Ləfzləri ərəb dilinin bildiyi və istifadə etdiyi mənalara uyğun başa düşək və bundan artığı barəsində isə susaq”. Yəni müsəlmanın üzərinə vacibdir ki, Uca Allahın Sifətləri barədə gələn dəlillərin zahiri mənasını ərəb dilindəki həqiqi məna üzrə qəbul edib isbat etsin.
Vəlid ibn Muslim (194 h.) demişdir: “Mən Əvzai (157 h.), Sufyan əs-Səuri (161 h.), Malik ibn Ənəs (179 h.) və Leys ibn Səddən (175 h.) Sifətlər barəsində olan hədislər haqda soruşdum. Onların hamısı belə cavab verdi: “Bu Sifətləri gəldiyi kimi qəbul edin, keyfiyyət verməyin”. (əl-Əcurinin “əş-Şəriə” əsəri, 3/1146, № 720; əd-Dəruqutni “əs-Sifət” əsəri, səh. 44, № 67). Yəni dəlilləri Quranda və Sünnədə nazil olduğu dilə uyğun şəkildə olduğu kimi zahiri mənalarını təsdiq edirik, Allahın Sifətlərinin keyfiyyətini (necə olduğunu) araşdırmadan, çünki onların necə olduğunu yalnız Uca Allah bilir.
Necə ki bir kişi İmam Malikdən: “ər-Rahmən Ərşin üzərində ucaldı” (Taha, 5) necə ucaldı?” – deyə soruşdu. İmam Malik başını aşağı saldı. Digər rəvayətdə bir qədər susdu, sonra onu tər basdı və başını qaldırıb cavab verdi: “Sual verən kimdir? Ucalmaq naməlum deyil (yəni mənası məlumdur), keyfiyyəti isə məchuldur. Ona iman gətirmək vacibdir, bu barədə sual verməyin bidətdir və səni pis niyyətli bir adam olduğunu görürəm”. Sonra əmr etdi ki onu məclisdən çıxarsınlar”. (əl-Lələkainin “Əhli-Sünnənin etiqad əsaslarının şərhi” adlı əsəri, 630 və 639 nömrəli rəvayətlər).
Yəni Uca Allahın Ərş üzərində ucalması ərəb dilində məlumdur, naməlum deyil. Allahın ucalmaq sifətinin necə olması (keyfiyyəti) isə yalnız Allah tərəfindən bilinir. Bu keyfiyyət barədə danışmaq və ya araşdırmaq icazəli deyil. Müsəlmanın üzərinə düşən bu dəlilləri gəldiyi kimi qəbul edib təslim olmaqdır. İmam Malikin bu sözü Uca Allahın bütün sifətlərinin isbatında əsas və ümumi bir qayda hesab olunur.
Əbu Mənsur əl-Əzhəri əl-Hərəvi (v. 370 h.) belə demişdir: “Muhəmməd ibn İshaq əs-Sədi mənə əl-Abbas əd-Duridən nəql etdi ki, o, Əbu Ubeyddən “Uca Allah Ayağını Cəhənnəmə qoyduqdan sonra Cəhənnəm dolacaq...” hədisi, habelə Uca Allahın nazil olması və Allahın (Qiyamət günü) görülməsi ilə bağlı digər hədislərin təfsiri haqqında soruşdu. O isə dedi: “Bunlar etibarlı ravilərin etibarlı ravilərdən nəql edərək Peyğəmbərə ﷺ qədər çatdırdıqları hədislərdir. Biz bunları təfsir edən heç kəsi görməmişik. Biz onları gəldiyi kimi imanla qəbul edir və təfsir etmirik”. (Təhzibul-Luğə, 9/56).
Əbu Süleyman əl-Xattabi (v. 388 h.) “əl-Ğinya ani-l-kələmi və əhlihi” adlı kitabında belə deyir: “Sifətlər barəsində soruşduğun məsələyə gəlincə, Quranda və Səhih sünnədə gələn Sifətlər barədə sələfin məzhəbi bunları isbat etmək və onları zahiri mənaları üzrə qəbul etmək, onlardan keyfiyyəti və təşbihi (məxluqata oxşatmağı) inkar etməkdir”. Bunun ardınca İmam Zəhəbi (v. 748 h.) belə demişdir: “Hafiz Əbu Bəkr əl-Xatib, daha sonra hafiz Əbul-Qasim ət-Teymi əl-İsfahani və başqaları bu məsələdə Sələfin ittifaqını nəql etmişlər”. (“əl-Uluvvu Lil-Alliyyil-Ğaffər”, səh 236).
İbn Əbdul-Bərr (v. 463 h.) demişdir: “Əhli-sünnə Quran və Sünnədə varid olmuş bütün sifətləri qəbul etmək, onlara iman gətirmək və onları məcaz üzərinə deyil, həqiqi mənaları üzrə daşımaq mövzusunda icma etmişdir. Bununla belə, onlar bu Sifətlərin heç birinin keyfiyyətini müəyyən etməz və onlara məhdud, konkret bir forma isnad etməzlər”. (“ət-Təmhid limə fil-Muvatta minəl məani vəl-əsənid”, 7/145).
Əbu Tahir əl-Kəraci (v. 489 h.) demişdir: “Allahın Özünü vəsf etdiyi və ya Elçisinin Onu vəsf etdiyi hər bir Sifət — həqiqi mənadadır, məcazi mənada deyil”. (əl-Etqad əl-Qadiri, 247).
İmam Əbul-Qasim İsmail ibn Muhəmməd ət-Teymi (v. 535 h.) Uca Rəbbin Sifətləri barədə soruşulduqda belə demişdir: “Malik, Sufyan əs-Səuri, əl-Əvzai, əş-Şafii, Həmmad ibn Sələmə, Həmmad ibn Zeyd, Əhməd ibn Hənbəl, Yəhya ibn Səid, Abdur-Rahmən ibn Məhdi və İshaq ibn Rahaveyhin məzhəbi budur ki: Uca Allahın Özünü vəsf etdiyi və ya Elçisinin Onu vəsf etdiyi eşitmə, görmə, Üz, İki Əl və digər Sifətləri məşhur və məlum olan zahiri mənalardadır. Bu Sifətlərə xəyala gətirilən bir keyfiyyət verilməz, bənzədilməz və təvil edilməz (başqa mənaya yozulmaz)”. Sufyan ibn Uyeynə demişdir: “Allahın Özünü vəsf etdiyi hər bir şeyin oxunuşu onun təfsiridir”. Yəni: zahiri mənası üzrə başa düşülür, onu heç bir növ təvillə məcaza yönəltmək icazəli deyil. (Bax: əz-Zəhəbi “əl-Arş” əsəri, (2/459-460) və “əl-Uluvv” əsəri, səh. 192).
Sələflərin bu sözlərinə diqqət edənə onların Uca Allahın Sifətləri mövzusunda hansı mövqedə olduğu açıq-aydın bəlli olur. Onlar Uca Allaha layiq olan mənanı isbat edir, Sifətlərin keyfiyyətini dərk etməyə aparan bütün yolları kəsir, Allahın Sifətlərinin necə olduğunu isə Allaha həvalə edirdilər.
Diqqət: Gördüyünüz kimi, bu görüş, Şeyxül-İslam İbn Teymiyyədən (Allah ona rəhmət etsin) əvvəl yaşamış bütün Sələf alimlərinin yekdil mövqeyidir. Bununla da bəzilərinin: “Bu görüşü İbn Teymiyyədən əvvəl heç kim deməmişdir” iddiası rədd edilir.
Əksinə, “Mufəvvida” firqəsinin məzhəbi hicrətin dördüncü əsrindən sonra ortaya çıxmış bidət bir görüşdür. İmam əz-Zəhəbinin mufəvvidaların bu sözünün sonradan icad edildiyini bəyan edərkən belə deyir: “Mən deyirəm: nəzər və kəlam əhli olan sonrakılar bidət bir söz söylədilər ki, onlardan əvvəl bunu deyən kimsəni tanımıram. Deyirlər ki: “Bu Sifətlər gəldiyi kimi qəbul olunur, təvil olunmur; lakin zahiri mənası nəzərdə tutulmadığına etiqad edilir...”. (“əl-Uluvvu Lil-Alliyyil-Ğaffər”, səh 236).
İndi isə İmam Əhməd ibn Hənbəl (Allah ona rəhmət etsin) barəsində irəli sürülən iddiaları müzakirə etməyə başlayaq. Bəziləri İmam Əhmədin “Mufəvvida” əqidəsində olduğunu iddia etmişlər.
Birinci məsələ: İmam Əhməddən nəql edilən ولا كيف ولا معنى “Heç bir keyfiyyət və məna vermədən...” rəvayətidir. Bu yerdə İmam Əhməd ibn Hənbəldən (Allah ona rəhmət etsin) belə nəql edilir:
əl-Xalləl (h.311) demişdir: “Əli ibn İsa mənə xəbər vermişdir ki, Hənbəl (ibn İshaq) olnlara belə demişdir: “Mən Əbu Abdullahdan (Əhməd ibn Hənbəldən) Uca Allahın dünya səmasına enməsi, Uca Allahın görməsi (vəya Qiyamət günü görülməsi), Uca Allahın Ayağını (Cəhənnəmə) qoyması və s bu kimi hədislər barədə soruşdum. Əbu Abdullah dedi: “Biz onlara iman gətirir və qəbul edirik, lakin keyfiyyət və məna vermədən, onlardan heç nəyi rədd etmirik və əgər Peyğəmbər tərəfindən gəlibsə və isnadları səhihdirsə, onu haqq bilir və qəbul edirik”.
“...keyfiyyət və məna vermədən” rəvayətinə cavab:
İmam Əhmədin (Allah ona rəhmət etsin) sözünü düzgün şəkildə başa düşə bilmək üçün, onun bu mövzudakı bütün sözlərini bir yerə toplamaq zəruridir. Sonra isə mütəşabih (mənası aydın olmayan) ifadələri, aydın və möhkəm sözləri əsasında izah etmək lazımdır.
Birincisi: bu qeyd olunan rəvayət səhvdir. Bu rəvayətin səhv olmasının səbəbi isə budur ki, o, Hənbəl ibn İshaqın İmam Əhməddən tək nəql etdiyi rəvayətlərdəndir. Məlumdur ki, Hənbəl ibn İshaq bəzən İmam Əhməddən elə rəvayətlər nəql etmişdir ki, bu rəvayətləri yalnız o, tək nəql etmişdir və bu rəvayət də həmin tək rəvayət olunanlar sırasındadır.
Şeyxul-İslam İbn Teymiyyə belə deyir: “Hənbəl ibn İshaqın fiqh mövzusunda tək nəql etdiyi bəzi rəvayətləri vardır; halbuki alimlərin böyük əksəriyyəti onun əksini rəvayət etmişlər. Alimlər Hənbəl ibn İshaqın digər ravilərə müxalif olduğu bu tək rəvayətlərinin qəbul edilib-edilməməsi məsələsində iki görüşə ayrılmışlar: əl-Xalləl və onun yolu ilə gedənlər bu rəvayətləri inkar edirlər; İbn Həmid kimi bəzi alimlər isə onları qəbul edirlər”. (əl-İstiqamə, 1/75). Beləliklə, rəvayəti nəql edən əl-Xalləl və onun yolunu tutanlara görə, bu rəvayət qəbul olunmur və rədd edilir.
əz-Zəhəbi demişdir: “Onun (Hənbəl ibn İshaqın) İmam Əhməddən yalnız özü nəql etdiyi çoxlu qəribə məsələlər vardır”. (Siyər Ələm ən-Nubələ, 13/52).
İbn Qeyyim (v. 751 h.) Hənbəldən gələn bir rəvayət haqqında danışarkən belə deyir: “Bu rəvayətin ona (yəni İmam Əhmədə) nisbət edilməsi xətalıdır. Çünki Hənbəl bunu ondan təkbaşına nəql etmişdir. Hənbəl bir çox hallarda İmam Əhmədin məzhəbində məşhur məsələlərə müxalif rəvayətlər nəql etmişdir. Əgər o, İmam Əhməddən məşhur mövqeyinə zidd bir şeyi təkbaşına nəql edərsə, Xallal və onun yoldaşı Abdul-Əziz bunu rəvayət olaraq qəbul etmirlər; Əbu Abdullah ibn Həmid və başqaları isə rəvayət olaraq qəbul edirlər. Araşdırmaya görə isə, bu rəvayət şəzdir (digər rəvayətlərə müxalifdir) və İmam Əhmədin məzhəbinin əsaslarına müxalifdir. Bu, əgər fiqhin furu (əqidə olmayan) məsələlərində belədirsə, əqidə məsələsində necə qəbul oluna bilər?” (Bax: “Muxtəsar Savaiq əl-Mursələ”, səh. 474).
İkinci: Bu rəvayətin səhih olduğunu fərz etsək belə, burada Sifətin doğru mənası deyil, “batil mənası” inkar edilir.
İmam Əhməddən nəql edilən “...keyfiyyət və məna vermədən” rəvayətində o, keyfiyyətin bilinməsini və Allahı məxluqata bənzətmək olan batil mənalar haqqında danışmağı inkar etmişdir; məsələn, “belədir”, “filankəsə bənzəyir” kimi təsvirləri rədd etmişdir.
Şeyx İbn əl-Useymin (Allah ona rəhmət etsin) “Lumətul-İtiqad” kitabının şərhində, İmam Əhmədə nisbət edilən “...keyfiyyət və məna vermədən” rəvayəti haqqında (bu rəvayəti İbn Qudamə “Lumətul-İtiqad” əsərində zikr etmişdir) belə demişdir: “İmam Əhmədin “məna vermədən” deməsi o deməkdir ki, biz bu Sifətlər üçün təvil əhlinin etdiyi kimi, zahirinə zidd olan bir məna isbat etmirik. Onun məqsədi, sələfin açıqladığı və zahiri ilə uyğun olan doğru mənanı inkar etmək deyildir. Çünki bu (doğru məna) sabitdir. Buna onun “onlardan heç nəyi rədd etmirik”, “Allahı Onun Özünü vəsf etdiyi kimi vəsf edirik” və “bunun keyfiyyətini bilmirik” sözləri dəlalət edir. Onun bir şeyin rəddini inkar etməsi və keyfiyyətin bilinmədiyini bildirməsi, bu Sifətlərdə nəzərdə tutulan mənanın isbat edildiyinə açıq dəlildir”.
Digər Sələflərdən oxşar mənada rəvayətlər tam fərqli şəkildə nəql edilmişdir:
Əgər bir rəvayətin sözləri fərqlənirsə, hansı meyarla bir ifadəni digərindən üstün tutmalıyıq? Belə olan halda aydın olmayan şübhəli rəvayətləri daha aydın olan rəvayətlərə qaytarmaq lazımdır. Məsələn İmam İbn Bəttə “əl-İbənə əl-Kubra” əsərində yalnız “keyfiyyət vermədən” deməklə kifayətlənir. (əl-İbənə əl-Kubra, 7/242-243). əl-Lələkəinin “Şərh İtiqad Əhlis-Sünnə vəl-Cəməa” əsərində: “keyfiyyət və hədd qoymadan”– deyə nəql olunur. (Şərh İtiqad Əhlis-Sünnə vəl-Cəməa, 3/502). Əbu Yalə isə “İbtal ət-Təvilət” əsərində Uca Allahın Sifətləri qeyd olunan hədislər barədə soruşulduqda belə deyir: “Bu hədisi gəldiyi kimi qəbul et!” (İbtal ət-Təvilət, səh. 260).
İmam Əhməd bir çox rəvayətlərdə açıq şəkildə bildirmişdir ki, O, Allahın Sifətlərinin mənasını bilir, amma onların keyfiyyətini bilmir. Buna dair Hənbəli məzhəbin alimlərinin İmam Əhməddən nəql etdiyi bəzi sözlər belədir:
Əbu Bəkr əl-Xallal (v. 311 h.) deyir: “Əbu Abdullah, yəni İmam Əhməd ibn Hənbəl (Allah ona rəhmət etsin) belə bir məzhəb tutmuşdur: “Uca Allahın Üzü vardır. Lakin Onun Üzü təsvir edilmiş şəkillər və ya formalaşdırılmış cisimlər kimi deyil. Onun Üzü bu ayədə buyurduğu kimidir: “Onun Üzündən başqa hər şey məhv olacaq” (əl-Qasas, 88). Kim Onun mənasını dəyişirsə, azmış olar. Uca Allahın Üzü həqiqi mənadadır, məcazi deyil. Allahın üzü əbədidir, yox olmaz, Onun Sifətidir yox olmur. Kim iddia edirsə ki, Onun Üzü Allahın Özüdür, o, azmışdır. Kim mənasını dəyişirsə, o, kafir olmuşdur. Üzün mənası cəsəd deyil, şəkil və ya forma verilməz, kim bunu desə, bidətə düşmüşdür”. (əl-Aqida li-l-İməm Əḥməd”, Əbu Bəkr əl-Xəllalin rəvayəti, səh. 103–104).
İbn Qeyyim demişdir: “İbn əl-Məcişun, İmam Əhməd və digər sələf alimləri belə demişlər:
“Allahın Özü barədə xəbər verdiyi Sifətlərin keyfiyyətini bilmirik, lakin onların təfsirini və mənasını bilirik”. (Dəru təarudil-aqli vən-nəql, 1/207; əs-Səvaiq əl-Mursələ, səh. 745).

“Mufəvvida” firqəsinin gətirdikləri şübhələrə cavab:

Mövzular: