"Hədislər Quranda yoxdur"- şübhəsi

English

Özünə "Qurani" deyənlər şübhə gətirilər ki, səhih sünnə adlandırdığımız hədislərdə gələn bəzi hədislər Qurani-Kərimdə yoxdur.

Şübhəyə cavab: 

Sünnədə gələn bəzi hədislərin Qurani-Kərimdə keçməməsi, Sünnəyə zərər sayılmır, çünki nə Qurani-Kərimdən, nə də sağlam ağıldan “Peyğəmbərin ﷺ sünnədə olan sözləri və hərəkətləri Qurani-Kərimdə qeyd edilməlidir” deyə bir zərurət yoxdur. Uca Allah Öz Kitabında Özünə itaət etməklə yanaşı, Öz Rəsuluna ﷺ da itaət etməyi əmr etmişdir. Ona görə də bütün hədislərin Quranı-Kərimdə qeyd edilməsi ehtiyacı aradan qalxmışdır. Bu haqda Qurani-Kərimdə bir çox yerdə qeyd edilmişdir. Uca Allah bir çox ayələrdə Allaha və Elçisinə itaət edilməsini qeyd edərək bunun xilas yolu olmasını vurğulamışdır:

“Allaha itaət edin, Onun rəsuluna ita­ət edin və pis əməllərdən çə­kinin! Əgər üz çevir­sə­niz, bilin ki, Rəsulumuzun öh­də­si­nə dü­şən an­caq açıq təb­liğ etmək­dir”. (əl-Maidə, 92);

De: “Allaha və Onun göndər­di­yi Rəsula itaət edin!” Əgər üz dön­dərsə­lər, bilsinlər ki, Allah, həqiqətən də, ka­firləri sevməz”. (Ali-İmran, 32);

Ey iman gətirənlər! Alla­ha və Onun Rəsuluna itaət edin, eşit­diyiniz halda on­dan üz dön­dər­məyin”. (əl-Ənfal, 20);

De: “Allaha və Peyğəm­bərə itaət edin”. Əgər üz çe­vir­sə­niz, bi­lin ki, o, an­caq özünə hə­valə edilənə cavab­dehdir, siz də ancaq özü­nüzə həvalə edi­lənə cavab­dehsiniz. Əgər ona itaət etsəniz, doğ­ru yola yönəl­miş olarsınız. Pey­ğəm­bərin öh­də­si­nə düşən isə an­caq açıq-aş­kar təbliğ etməkdir”. (ən-Nur, 54);

Namaz qılın, zəkat ve­rin və Pey­ğəmbərə itaət edin ki, sizə rəhm edil­sin”. (ən-Nur, 56);

Ey iman gətirənlər! Alla­ha və Pey­ğəmbərə itaət edin və əməl­lərinizi puç etməyin!” (Muhəmməd, 33);

Allahın rəsulu si­zə nəyi əmr edirsə, onu yerinə yetirin, nə­yi də qada­ğan edirsə, ondan çə­kinin. Allah­dan qor­xun. Həqi­qətən, Allah şid­­dətli cəza ve­rəndir”. (əl-Həşr, 7);

Allaha və Onun Rəsuluna itaət edin! Əgər üz çevirsəniz, bilin ki, Elçi­mizin öh­dəsinə dü­şən yalnız açıq bir təbliğdir”. (ət-Tağabun, 12).

Allaha itaət - Quranda olan əmr və qadağalara itaət etməkdir. Peyğəmbərə ﷺ itaət isə Quranda qeyd edilməyən, lakin sünnədə mövcud olanlara - əmr və qadağalara itaət etməkdir. Ona görə də Allah Özünə itaətlə yanaşı, Peyğəmbərin ﷺ vermiş olduğu əmrlərə və qadağalara da itaət edilməsi barədə xəbər vermişdir, çünki hədislərdə gələn bəzi əmrlər və qadağalar Qurani-Kərimdə yoxdur.

Uca Allah buyurur:

“...Qoy onun əm­rinə qar­şı çıxanlar başlarına bir bə­la gəl­mə­sindən, yaxud özlə­ri­nə ağrılı-acılı bir əzab üz ver­məsindən qorx­sunlar” (ən-Nur, 63).

Bu ayədə Uca Allah Peyğəmbərin ﷺ əmrinə müxalif olanlara fitnənin və ağrılı-acılı bir əzabın baş verəcəyi barəsində bizə xəbər verir.

Uca Allah buyurur: Kim Peyğəmbərə itaət edər­sə, Alla­ha itaət etmiş olar (ən-Nisa, 80), həmçinin buyurur: Allahın rəsulu si­zə nəyi əmr edirsə, onu yerinə yetirin, nə­yi də qada­ğan edirsə, ondan çə­kinin...” (əl-Həşr, 7). Bu səbəblə də Qurani-Kərimin bu ayələri ona dəlalət edir ki, Peyğəmbərin ﷺ gətirdiyi bütün əmr və qadağalar, Qurani-Kərimdə olan əmr və qadağalardan sayılır və eynilə onun hökmündə olur. Uca Allahın Özünə itaətlə yanaşı Peyğəmbərinə ﷺ itaət edilməsini qeyd edən ayələri, Peyğəmbərə ﷺ itaəti mütləq şəildə vacib edir. Kim həmin ayələrdə qeyd edilənlərə müxalif olarsa, artıq günah sahibi olmuşdur.

Peyğəmbər ﷺ Öz Rəbbindən Onun dinini insanlara təbliğ edən və onu insanlara izah edəndir.

“Ey Rəsul! Rəbbindən sənə na­zil edi­ləni təbliğ et!” (əl-Maidə, 67). Bu ayədə də Peyğəmbərin ﷺ dini təbliğ etməyindən söhbət gedir. Bəs onun təbliğ etdiyini müasir zəlalətçilər, özlərinə “Qurani” adı qoyanlar harda tapa bilərlər?! Halbuki, onlar bu təbliği – hədisləri qəbul etmirlər. Onu da qeyd edək ki, “Qurani” adından başqa onların Quranla heç bir əlaqəsi yoxdur.

Həmin fitnə yayanlar Peyğəmbərin ﷺ bu hədisində qeyd edilənlərdən olmasından qorxsunlar: Peyğəmbər ﷺ demişdir: "Bilin və agah olun ki, mənə Quran ilə birlikdə (onun bir) bənzəri verilmişdir. Diqqətli olun, taxtına söykənmiş tox bir adamın sizə: “Tək Qurandan yapışın, onda tapdığınız halalı halal, haramı isə haram qəbul edin” deyəcəyi gündən ehtiyat edin...”. (Əbu Davud, 4606, İmam Əhməd, 17306).