"Məndən gələn xəbərləri Quranla tutuşdurun" şübhəsi
620 oxunma
English
Hədis inkarçıları şübhə olaraq belə bir hədis danışırlar: Peyğəmbər ﷺ buyurur: “Məndən sizə çatan xəbərləri Quranla tutuşdurun. Əgər Qurana uyğun gələrsə, onu mən demişəm. Əgər Qurana müxalif olarsa, mən onu deməmişəm. Mən yalnız Allahın Kitabına müvafiqəm. Allah onunla məni hidayət etmişdir”. (əs-Suyuti “Cəmius-Sağir” 1146; İbn Asəkir “Tarixu Dəməşq” 59/158; Əli əl-Mədini “Təliqat aləl-Məcruhin” 181; əl-Xattabi “Məlim əs-Sunən” 4/276). Bu hədis isə sünnənin dəlil olmamasına sübutdur. Yəni Qurana uyğun olmayan şeylər hüccət, dəlil ola bilməz.
Şübhəyə cavab:
Birincisi, bu hədis 14 mənbəədə qeyd olunur və hər birində hədis ya münkər, ya batil, ya uydurma, ya da əsli olmayan bir hədis kimi rəvayət edilmişdir. İbn Abdul-Bərr (Allah ona rəhm etsin) rəvayət edir ki, bu rəvayət azğınların və xavariclərin uydurduqları hədisdir. İbn Həzm, əl-Beyhəqi, əs-Suyuti, İbn əl-Covzi və digərləri bu rəvayətin zəif olmasını qətiyyətlə demişlər.
İkincisi, əsərin mətni də münkərdır, yəni rədd olunur. əl-Beyhəqi belə demişdir: “Əksinə, bu batil bir şeydir, çünki Quranda elə bir dəlil yoxdur ki, o hədisi Quranla tutuşdurmağa dəlalət etsin”. (“Dələil ən-Nubuvvə” 1/27)
Həmçinin Uca Allah hər namazda bizim “Bizi doğru yola yönəlt” (əl-Fatihə, 4) deməyimizi istəmişdir. Yalnız Quran doğru yolda olmağa kifayət etsəydi, doğru yolu hər namazda istəmək əmr olunmazdı. “Bizi doğru yola yönəlt” istəyi isə, Peyğəmbərə ﷺ itaət ilə haqq yolda olmaqdır.
Uca Allah buyurur: “Allah insanla ancaq vəhy vasitəsilə və ya pərdə arxasından danışır, yaxud bir elçi göndərir və o da Allahın izni ilə Onun istədiyini vəhy edir. Həqiqətən, O, ucadır, hikmət sahibidir. Biz sənə Öz əmrimizdən olan Ruhu (Quranı) vəhy etdik. Sən kitab nədir, iman nədir bilmirdin. Lakin Biz onu, qullarımızdan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik. Həqiqətən, sən onları doğru yola yönəldirsən – göylərdə və yerdə olanların sahibi Allahın yoluna. Şübhəsiz ki, bütün işlər Allaha qayıdır”. (əş-Şura, 51-53).
Qurani-Kərimdə Allah bəyan etmişdir ki, Muhəmməd Peyğəmbərə ﷺ itaət edilməsi insanın doğru yolda olmasına bir səbəbdir: “De: “Allaha və Peyğəmbərə itaət edin”. Əgər üz çevirsəniz, bilin ki, o, ancaq özünə həvalə edilənə cavabdehdir, siz də ancaq özünüzə həvalə edilənə cavabdehsiniz. Əgər ona itaət etsəniz, doğru yola yönəlmiş olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə ancaq açıq-aşkar təbliğ etməkdir”. (ən-Nur, 54).
“Əgər ona itaət etsəniz, doğru yola yönəlmiş olarsınız...” bu ayədəki müraciət kimədir? Buradakı müraciət ümmətdən olan bütün mükəlləf olan hər bir kəsə, insanlara və cinlərə aiddir. Burdakı müraciətin yalnız səhabələrə, Peyğəmbərin ﷺ sağlığında olan insanlara, yəni bütün insanlara deyil müəyyən insanlara aid edilməsi üçün dəlil lazımdır. Yəni bunun xüsusiləşdirilməsi lazımdır.
Ona görə kiminsə “Sünnə yalnız Peyğəmbərin ﷺ dövründə olanlar üçün idi” deməsi batildir.
Bu yerdə həmin müxaliflərə, iddiaları batil olanlara bir sualımız var: “Allah bizi gücümüz çatmayan bir şeyi etməyə mükəlləfmi edib?” Cavab budur ki, əlbəttə ki, yox. Əgər sünnə Peyğəmbərin ﷺ vəfatından sonra qüvvədən düşsəydi, dinimizdə olan dəlilləri, əhkamları haradan götürə bilərdik? Peyğəmbərimiz ﷺ İslamı bizim üçün izah etmiş, asanlaşdırmışdır. Allah Öz peyğəmbərinə tabe olmağı əmr edirsə, ona tabeçiliyin hidayət yolu olduğunu bildirir. İslam dininin əsası da Allaha və Onun peyğəmbərinə ﷺ itaətdir.

Mövzular: