Səhabələr nə Muhəmməd Peyğəmbərin ﷺ qəbrinin yanına gedib ona olanları danışar, nə də onun öldükdən sonra qəbrindən bir şey istəyərdilər. Çünki bilirdilər ki, Peyğəmbər ﷺ hətta sağ olduğu vaxt qeybi bilməzdi və bu ayəni onlara oxuyar, namazlarını da bu ayələri oxuyar və gözəl şəkildə anlayaraq qılardılar.
“De: “Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən yalnız mənə vəhy olunana tabe oluram”. (əl-Ənam, 50).
Məsruq belə rəvayət etmişdir: “Mən Aişənin yanında söykənmiş vəziyyətdə ikən o (mənə): “Ey Əbu Aişə! Üç şey vardır ki, hər kim bunlardan birini dilinə gətirsə, Allaha böyük iftira yaxmış olar”– dedi. Mən: “Nədir onlar?”– deyə soruşdum. Dedi: “Hər kim Muhəmmədin ﷺ öz Rəbbini gördüyünü iddia etsə, Allaha böyük iftira yaxmış olar”. Mən söykəndiyim yerdən qalxıb oturdum və dedim: “Ey möminlərin anası! Birhovur dayan, tələsmə! Məgər İzzətli və Qüdrətli Allah: “O, onu aydın üfüqdə görmüşdür” (ət-Təkvir, 23) “O, onu bir daha enərkən gördü” (ən-Nəcm, 13) deyə buyurmayıbmı?” Aişə dedi: “Mən bu ümmətin Peyğəmbərdən ﷺ bu haqda soruşan kimsələrin birincisiyəm. O (mənim sualıma) belə cavab vermişdir: “O, Cəbraildir. Mən bu iki kərədən başqa heç vaxt onu xəlq edildiyi surətində görməmişəm. Onu səmadan enərkən gördüm. Xilqətinin böyüklüyü göylə yerin arasını tutmuşdu”. Aişə dedi: “Məgər sən Allahın: “Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lətifdir, hər şeydən Xəbərdardır”, (əl-Ənam, 103) deyə buyurduğunu, habelə Onun: “Allah insanla ancaq vəhylə və ya pərdə arxasından danışır, yaxud bir elçi göndərir və o da Allahın izini ilə Onun istədiyini vəhy edir. Həqiqətən, O, Ucadır, Müdrikdir” (əş-Şura, 51) – deyə buyurduğunu eşitməmisən?” Aişə dedi: “Hər kim Rəsulullahın ﷺ Allahın Kitabından bir şey gizlətdiyini iddia etsə, Allaha böyük iftira yaxmış olar. Allah buyurur: “Ey rəsul! Rəbbindən sənə nazil ediləni təbliğ et! Belə etməsən, Onun risalətini (sənə tapşırdığı elçilik vəzifəsini) yerinə yetirmiş olmazsan...” (əl-Maidə, 67)”. Aişə dedi: “Hər kim sabah nə baş verəcəyini xəbər verməyə qadir olduğunu iddia etsə, Allaha böyük iftira yaxmış olar. Allah buyurur: “De: “Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz...” (ən-Nəml, 65)”. (Muslim, 177).
Əbu Hureyrə belə rəvayət edir: “Peyğəmbər ﷺ qəbirsanlığa gələrək belə dedi: “Salam olsun sizə, ey möminlər diyarı. Biz də Allahın izni ilə sizə qovuşacağıq. Qardaşlarımı görməyi çox arzu edirəm”. Onlar ona: “Ey Allahın Elçisi, məgər biz sənin qardaşların deyilikmi?” deyə soruşduqda, onlara belə cavab verdi: “Siz mənim səhabələrimsiniz, qardaşlarım isə hələ gəlməyiblər”. Onlar yenə ondan: “Ey Allahın Elçisi, ümmətindən hələ gəlməyən kəsləri necə tanıyacaqsan?” deyə soruşdular. Peyğəmbər ﷺ onlara belə cavab verdi: “Bir kişinin at ilxısının içində ətrafları ağ – parıltılı bir atları olsa, onu qapqara atların içindən tanımazmı?” Onlar: “Tanıyar, ey Allahın Elcisi” dedilər. O: “Onlar Qiyamət günü dəstəmazı tam şəkildə aldıqlarından, əzaları nurlu olaraq gəldikləri vaxt, mən onlardan öncə hovuzun yanına gələcəyəm. Bir dəstə kişini hovuzumun yanından itmiş dəvənin qovulduğu kimi qovacaqlar, onları “Bura gəlin” – deyə çağırdığım vaxt, mənə: “Onlar səndən sonra dəyişdilər” deyəcəklər və mən də: “Uzaq olsunlar, uzaq olsunlar” – deyəcəyəm” . (Muslim, 367, 607).
İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ: “(Qiyamət günü) siz ayaqyalın, lüt-üryan və sünnət olunmamış halda məhşərə toplanacaqsınız”- dedi, sonra da bu ayəni oxudu: “...Məxluqatı ilk dəfə yaratdığımız kimi yenə əvvəlki halına qaytaracağıq. Biz vəd vermişik. Sözsüz ki, Biz onu yerinə yetirəcəyik” (Sonra dedi): “Əyninə paltar geyindirilən ilk şəxs İbrahim olacaq. (Həmin vaxt) əshabələrimdən bəzilərini sol tərəfə aparacaqlar. Mən (onların atəşə doğru aparıldığını görüb): “Əshabələrim, əshabələrim!”– deyəcəyəm. (Mənə): “Sən onları qoyub getdiyin gündən sonra onlar mürtəd oldular”– deyiləcək. Onda mən əməlisaleh bir qulun dediyi kimi deyəcəyəm: “Mən onlara ancaq Sənin mənə əmr etdiyini: “Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!”– demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni onların arasından götürdükdən sonra isə onlara nəzarət edən Özün oldun. Sən hər şeyə Şahidsən. Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, şübhəsiz ki, Sən Qüdrətlisən, Müdriksən!” (əl-Maidə, 117-118)”. (əl-Buxari, 3100, 3349).
Peyğəmbərin zövcəsi Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, biz Peyğəmbərlə ﷺ birlikdə səfərə çıxdıq. Nəhayət, Beyda və ya Zətul-Ceyş deyilən yerə çatdıqda boyunbağım qırılıb yerə düşdü. Peyğəmbər ﷺ dayanıb onu axtarmağa başladı. Onun yanında olanlar da dayanmağa məcbur oldular. Ətrafda su olmadığından səhabələrdən bəziləri Əbu Bəkr əs-Siddiqin yanına gəlib dedilər: “Aişənin nə etdiyini görürsənmi? Allahın elçisi və bu qədər camaat ona görə dayanıb. Onlarda olan su ehtiyatı qurtarıb, özləri də su olmayan yerdə dayanıblar”. Əbu Bəkr (mənim yanıma) gəldi. Bu vaxt Peyğəmbər ﷺ başını dizimin üstünə qoyub yatmışdı. Əbu Bəkr dedi: “Allahın elçisini və bu qədər camaatı su olmayan bir yerdə, həm də su ehtiyatları olmadığı halda saxlamısan?” Sonra o, barmağı ilə böyrümdən vura-vura məni bir az da tənbeh etdi. Bu vaxt Peyğəmbərin ﷺ başı dizimin üstündə olduğuna görə mən tərpənmədim. Peyğəmbər ﷺ ayıldıqda (paklanıb namaz qılmaq üçün) su tapmadı. (Elə bu səbəbdən də) Uca Allah təyəmmüm ayəsini nazil etdi və onlar da təyəmmüm etdilər. Useyd ibn Xudeyr dedi: “Ey Əbu Bəkrin ailəsi! Bu sizin ilk bərəkətiniz deyil”. Aişə dedi: “Sonra üstündə oturduğum dəvəni qaldırdıq və boyunbağını onun altından tapdıq”. (əl-Buxari, 334).
Burada qeyd etmək istədiyimiz budur ki, həmin boyunbağı dəvənin altında oduğu halda, Peyğəmbər ﷺ onların yanında sağ olduğu halda heç kim o boyunbağının yerini tapa bilməmişdi. Peyğəmbər ﷺ və bütün qoşun susuz qalıb həmin boyunbağını axtarırdılar. Buna baxmayaraq heç kim həmin boyunbağını tapa bilmədilər. Necə olur ki, sağlığında qeybi bilməyən, vəfat etdikdən sonra qeybi bilsin?! Nəticə də odur ki, Peyğəmbər ﷺ hətta sağ olanda qeybi bilmirdi. Şübhə olaraq gətirilən hədisdə də Peyğəmbərin ﷺ yalnız ona salam verdikdə ruhunun geri qaytarılması qeyd edilir. Onun qeybi bildiyi, əməllərin ona ərz olunması, bizim dualarımızı eşitməsi və onları Allaha çatdırması - bir sözlə bu dünyadakı həyatla əlaqəli olan məslələr qeyd edilmir. Bu şeylərin Peyğəmbərə ﷺ bildirilməsini deyənlər dəlil gətirməlidirlər. Həmçinin əgər qeybi bilməyi Peyğəmbərə ﷺ şamil etmək olmazsa, ondan aşağı dərəcədə olan səhabə və övliyalar qeybi necə bilərlər?
Rəvayət edilir ki, Ənəs (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər ﷺ Bənu-Suleym qəbiləsindən yetmiş nəfəri Bənu-Amir qəbiləsinə göndərdi. Onlar (mənzil başına) yetişdikdə dayım dedi: “Mən gedirəm qabağa! Əgər onlar mənə Peyğəmbərin ﷺ dediyini onlara arxayın çatdırmaq imkanı versələr, (çox yaxşı). Əks halda isə mənə yaxın bir yerdə olarsınız”. Sonra dayım qabaqda getdi və (müşriklər) onun təhlükəsizliyinə zəmanət verdilər. Dayım Peyğəmbərin ﷺ dediyini (müşriklərə) söyləyərkən onlar öz aralarından birisinə işarə etdilər və həmin adam (əlindəki nizəni) dayımın bir böyründən soxub digər böyründən çıxartdı. Onda dayım: “Allahu Əkbər! Kəbənin Rəbbinə and olsun ki, mən uğur qazandım!”– dedi (və qardaşlarının yanına qayıtdı). Bundan sonra (müşriklər) hücum edib yerdə qalan əshabələri də öldürdülər. Yalnız dağa qalxmış bir axsaq əshabə onlardan canını qurtara bildi. Bu vaxt Cəbrail Peyğəmbərə ﷺ xəbər verdi ki, artıq onlar Rəbbinə qovuşmuşlar; Rəbbi onlardan razı qaldı, onlar da Ondan razı qaldılar. Biz (Qurandan): “Qövmümüzə çatdırın ki, artıq biz Rəbbimizə qovuşduq. Rəbbimiz bizdən, biz də Ondan razıyıq” ayəsini oxuyurduq. Sonra bu ayənin tilavəti ləğv edildi. Bundan sonra Peyğəmbər ﷺ qırx gün hər səhər o müşriklərə – Allaha və Onun elçisinə asi olmuş Ril, Zəkvan, Bəni Lihyan və Bəni Useyyə qəbilələrinə bəddua etdi”. (əl-Buxari, 2591, 2801).
Müxaliflərə belə bir sual veririk: əgər Peyğəmbər ﷺ həmin yetmiş səhabənin başına bunların gələcəyini bilirdisə, heç onları ora göndərərdimi? Cavab artıq yuxarıdakı ayə və hədislərdə qeyd olunmuşdur. Bu hələ onun sağlığında olan və baş verən bir hadisə idi. Sonra isə kimsə gəlib iddia edir ki, Peyğəmbər ﷺ öldükdən sonra ona bütün xəbərlər çatdırıılır, dualarımız ona yetişir və s. batil iddialar edir. Ona görə Səhih Sünnəni doğru baxışla öyrənmək lazımdır.
Bu hədislərdə ruhun bədənə qaytarılması, dünyada olan həyat kimi deyil, çünki bu Bərzəx həyatı – qəbir aləmində olan həyatdır. Bundan öncə də bütün peyğəmbərlər vəfat etmişdir, necə ki Allah Quranda bu haqda buyurur: “Səndən əvvəl də heç bir bəşərə ölümsüzlük nəsib etmədik. Məgər sən öləcəksən, onlar həmişəlik qalacaqlar?!” (əl-Ənbiya, 34); “Yer üzündə olan hər kəs ölməyə məhkumdur. Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir”. (ər-Rahmən, 26-27); “Sözsüz ki, sən də öləcəksən, onlar da öləcəklər!” (əz-Zumər, 30).
Peyğəmbərin ﷺ ölməsinə dəlalət edən hallardan biri də səhabələrin Peyğəmbəri ﷺ öləndən sonra dəfn etmələridir. Belə ki, səhabələr onu yudular, kəfənlədilər, onun cənazə namazını qıldılar və dəfn etdilər. Əgər o diri olsaydı, onlar bunu etməzdilər. Qızı Fatimə (Allah ondan razı olsun) də atasının öldüyünü bilməsəydi, atasının mirasını tələb etməzdi. Onun atasının mirasını tələb etməsi, atasının öldüyünə dəlildir. Buna da heç bir səhabə qarşı çıxmamış, hətta hədisdə qeyd edildiyi kimi “Peyğəmbərlər miras qoymazlar, onların qoyduğu miras elmdir”. (əl-Buxari, 4240; Muslim, 1759). Peyğəmbərin ﷺ ölümündən sonra xəlifə seçilməsi də onun ölməsini göstərir.
Ardı var...