Möminlərin anası Aişənin yetimləri döyməsi şübhəsi

English

Şümeysə əl-Ətəkiyyə demişdir: “(Bir dəfə) Aişənin yanında yetimi tər­bi­yələndirmək barədə söhbət açıldı. Onda o, dedi: “Mən yetimi elə vu­ru­ram ki, (o bundan) razı qalır”. (əl-Buxari “Ədəbul-Mufrad” 142).

Bidət əhli Peyğəmbərin ﷺ zövcəsi Aişə anamız haqda şübhə yayaraq deyirlər ki, Aişə (Allah ondan razı olsun) yetimlərlə pis rəftar edib. Bu haqda olan rəvayətdə deyilir: Aişənin yanında yetimlərlə rəftarı ədəbləri məsələsi açıldı və ondan "yetimi necə ədəbləndirmək lazımdır?" deyə soruşuldu. O dedi: "Mən yetimi yerə yıxılıncaya qədər döyürəm". (Səhih Ədəbul-Mufrad, 1/76).

Cavab: əl-Buxari bu hədisi "yetimi ədəbləndirmək" fəslində gətirmişdir.

Ümmətin qadınları və kişiləri mühüm olan məsələlərdə Aişə anamızı özlərinə məsləhətçi və nəsihət edən olaraq qəbul etmişlər. Ümmət Aişəni ümmətin yetimlərinə ana olaraq qəbul etmişdir. Aişə möminlərin anasıdır və bütün ümmət də bunu bu şəkildə qəbul etmişdir. Yetimlərin ədəbləndirilməsinin hansı şəkildə olmasını öyrənmək üçün onun yanında bunu soruşurdular. Aişə onlara bu barədə söhbətlər açar, yetimin tərbiyəsində, onunla rəftarın necəliyi barəsində danışardılar.

Bu hədisdə yetimlərlə rəftarın əvvəli, ortası və sonu var. Bu hədisdə yetimlərlə rəftarın hansı məqamda olması və Aişədən yetimlərlə münasibətin necə olması və ehtiyac olarsa, onları vurmağın icazəli olması barədə söhbət gedir. Çünki mümkün deyil ki, bir kəs yetimlər barəsində rəftar haqqında soruşulduğu zaman onların vurulub və bu şəkildə ədəbiləndirilməsi barədə danışsın. Demək, bu məsələnin müqəddiməsi və başlığı var. Əhli Sünnənin kitablarında yetimin ədəbləndirilməsinə aid fəsillər açılar, hansı məqamda yetimin vurulması və vurularsa necə vurulması haqda qeydlər edilmişdir. Hədisdə əgər yetimi başqa yol ilə başa salmaq, tərbiyələndirmək mümkün deyilsə, onun vurulması qeyd edilir. İlk öncə bütün şəxslərlə istər yetimin, istərsə də övladın yetim olmayan birinin ədəbləndirilməsində başlanğıc olaraq döyməkdən başlamaq icazəli deyil, lakin əgər məqam o yerə gətirib çıxartsa ki, həmin kəsin istər insanın övladının, istərsə də yetimin zərər vurmadan döyülür və ya vurulur. Hədisdə qeyd edilən" inbəsata" sözünün "ürəyi gedənə qədər vururam" kimi tərcümə etmək düz deyil. Bunu yalnız bidət əhli belə yozmuşlar. Onların qəsdi Aişənin şənini aşağılamaq olmuşdur. Axı burdakı məqam səhabə qadınların oturub yetimin ədəbləndirilməsinə aid söhbət əsnasında onun necə tərbiyələndirməsindən, Burada yetimi ədəblənirərkən vurmaq məqamına ondan qabaq olan söhbətdən sonra gəlmişlər. Ona görə də Aişə ehtiyac olarsa onun vurulması haqda danışır. Alimlər həmin sözün mənasını "uzanmaq", meyl etmək" kimi demişlər. Əgər bu söz "yerə uzanmaq mənasına" gəlirsə, necə ki atası və ya anası öz kiçik uşağını vurduğu zaman uşaqların adətidir ki, onlar ağladıqda yerə uzanır və el arasında bizdə "özünü yerə sürtər" deyirik. Bu həmin uşaqlarda özünü bir qoruma mexanizmdir. Allah bunu onların qəlbinə və düşüncəsinə yerləşdirmişdir.

Uşağı döyüldüyü anda döyülməsindən qurtarması üçün özünü yerə sürtməsi müdafiə refleksidir. Bu, həqəqətən də, onun şiddətli şəkildə döyülməsi deyil. Uşaqlar bəzən danlananda da yerdə oturduğu və ya uzandığı məlumdur.

Hədisdə keçən həmin yetim kimdir? Nəyə görə Mədinənin qadınları Aişədən yetimlərin ədəbləndirilməsi haqda sual edirdilər. Bu hal ya şəri elmi olan bir kəsdən soruşular, ya da bu barədə təcrübəsi olan, əlinin altında ədəbləndirdiyi bir yetimi olan kəsdən soruşular. Aişədə bu halın hər ikisi var idi. Aişənin saxladığı yetimlər onun qardaşının oğulları idi.

Bibi və ya xala olan bir kəsin qəlbində öz qardaşının uşaqlarına, bacısı uşaqlarına qarşı böyük bir rəhm olur. Muhəmmədin ﷺ dünya və axirətdə zövcəsi, Qiyamət gününə qədər möminlərin anası olan qadına necə yaraşdırmaq olar?! Bunu ancaq özləri şübhədə olan və başqalarına bu şübhəni atan bidət əhli edə bilər. Möminlərin əmiri Əli ibn Əbu Talib demişdir: "Öz övladlarınızı necə tərbiyə edirsinizsə, yetimləri də elə tərbiyə edin! Övladlarınızı nə üçün vurursunuzsa, həmin səbəbə görə yetimləri də vurun!" (Məhbudi "Səhih" 3/94).

Bidət əhli Əhli Sünnə alimlərinin "inbəsətə" sözünün mənalarından birinin "yerə sərilmək" kimi olmasından istifadə edərək elmsiz insanları azdırmağa çalışırlar.

Bu sözün bir neçə mənası var:

1. İtaət etmək, boyun əymək, verilən əmri yerinə yetirmək.

2. Bir şeyə meyl etmək.

3. Yerə sərilmək.

Lakin səhabə düşmənləri atil əqidələrinə uyğun bu sözün üçüncü mənasını insanlara tərcümə edib qarşılarrına qoyurlar. Əllərinə nə keçdisə onu Aişəyə və səhabələrə qarşı yönəldilər. Onların məsəli günəşə tüpürənin məsəlinə bənzəyir. Belə ki günəşə tüpürən tüpürcəyinin öz üzərinə qayıtması ilə cəzalanar və bu, günəşə bir zərər verməz.

Bu hədisdə keçən "yənbəsitu" sözünü bidət əhlinin bəzi alimləri də meyl etçək kimi izah etmişlər.. Bu sözün yerə sərilmək kimi izah verən bidət əhlinin bu yanaşması batildir.

1. Əgər bu hədisdəki söz " döyülərək gücünü itirib yrə sərilmək" kimi olsaydı, Aişə (Allah ondan razı olsun) onu toplaşan qadınların içində özünü hörmətdən salmaq üçün deməzdi. Cəmiyyətdə üstün məqam sahibi olan bir qadından yetimlərin tərbiyəsi haqda soruşulanda, kim onları taqətdən düşənədək döyməsini deyər? Burdan aydın olur ki, "yənbəsitu" sözü bidət əhlinin "taqətsizlikdən yerə sərilmək" mənasına gəlmir.

2. Əgər bu söz bidət əhlinin qəsd etdiyi kimi izah edilsəydi, orada qadınlar Aişəyə (Allah ondan razı olsun) etiraz edərdilər. Onların etirazına aid nə Əhli Sünnə, nə də bidət əhlinin kitablarında yoxdur. Məclisdə olan qadınlarının etiraz etməməsinin səbəbi, bu sözün bidət əhlinin qəsd etdiyi mənada deyil, tərbiyəvi effekt verən "lazım olduqda bir qədər döyürəm, bu da yetimin tərbiyəsində gözəl nəticə verir" kimi başa düşdüklərinə görə idi.

Bidət əhli əz-Zəməxşərinin “Əlfəiq” kitabının 3-cü cildindən rəvayət gətirirlər, halbuki, bu rəvayətin isnadı yoxdur.