mənhəc nədir

Bidət nədir və alimlərin bidət əhli haqda sözləri

Bidət sözünün hərfi mənası "öncə edilməyən bir şeyi ixtira etmək, icad etmək" deməkdir.
Bidət dinə gətirilən yeniliklərə deyilir.
Bidətlər əməllərin qəbul olunmamasının və müsəlmanların parçalanmasının başlıca səbəbidir.
Bidət edən həm özü günah qazanır, həm də onun bidətinə əməl edənin günahını daşıyır.
Bidət edən dini və onun əsaslarını dəyişdirir.
Dində bidətlərə yol vermək böyük günahdır.

English

Ruzi qazanmaq haqda Şeyx əl-Albaninin nəsihəti

Nə üçün Uca Allah "sizdən ruzi istəmirəm" (əz-Zəriyat, 57) deyir? Çünki müsəlman ruzi qazanmaq haqqında ibadət etməkdən daha çox narahat olmasın. O, ruzi üçün yox, yaradıldığı şey üçün (ibadət üçün) narahat olmalıdır, çünki Allah qullarının ruzisinə mükəlləfdir, onların ruzisini onlar analarının bətnində olarkən yazmışdır. Səhih hədisdə Peyğəmbərimiz ﷺ demişdir: "Uca Allah dörd aydan sonra bətndəki rüşeymə ruh üfürmək üçün mələk göndərir, sonra həmin mələk onun əcəlini, ruzisini, xoşbəxt və ya bədbəxt olacağını soruşaraq yazır".

English

Sıravi müsəlman namaz qılmayanın hökmü məsələsində istədiyi rəyi seçə bilərmi?

Cahillik Əhli Sünənin alimlərinin əksəriyyətinə (cumhura) görə üzrlüdür. Şeyx İbn əl-Useymin (Allah ona rəhm etsin) buyurur: “Cahilliyin üzürlü olması Quran və Sünnədən götürülmüşdür. Bir nəfər dəlil gətirə bilməz ki, insan cahilliyinə görə üzürlü deyildir. Çünki, Uca Allah buyurur: “Biz müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın”. (ən-Nisa, 165). Əgər cahillik üzr olmasaydı, Rəsulların göndərilməsində heç bir fayda olmazdı.

English

Pages