Zəif hədisi dəlil gətirmək və onu insanlara sırımaq bidət əhlinin adətindəndir. Həqiqətdə isə həmin gətirdikləri dəlil onların dediklərinə dəlil deyil. Bidət əhlinin gətirdikləri şübhələrdən biri də üç alim barəsində dedikləri sözdür.
Rəvayət edilir ki, Əbu Bəkr əl-Muqri demişdir: "Mən, ət-Tabərani və Əbu Şeyx Mədinədə idik. Vaxtımız dar idi və o gün biz muvasələ (bir günü digər günə birləşdirmişdir) orucu tutmuşduq. Axşam vaxtı gəldikdə mən Peyğəmbərin qəbrinin yanına gedib dedim: “Aclığım var, aclığımı sənə şikayət edirəm”. ət-Tabərani dedi: “Otur, ya ruzimiz gələcək, ya da burada öləcəyik”. Bir qədər sonra bir ələvi gəldi, baxdıq ki yanında iki köləsi və əllərində içi dolu zənbillər var. O dedi: “Siz məni Peyğəmbərə şikayət etmisiniz? Mən onu yuxumda gördüm. O mənə əmr etdi ki, sizə yeyiləsi şeylər gətirim”.
Bu əsər bütün mənbələrdə sənədsiz olaraq rəvayət edilmişdir: İbn əl-Covzi "əl-Vəfə bi Əhvəl əl-Mustəfə" 2/559; əz-Zəhəbi "Tarix əl-İslam" 8/525; "Siyər Aləmun-Nubələ" 16/400; Təzkiratul-Huffaz, 3/121.
İmam əz-Zəhəbi (Allah ona rəhm etsin) bu əsəri hədis elmində alimlərin bir hədisin zəif olmasını bildirmək işlətdikləri zaman istifadə etdikləri "siratut-təmrid" adlanan terminlə rəvayət etmişdir. Bidət əhlinin hədis elmindən anlayışı və əslən elmdən xəbərləri olmadığı üçün onlar alimlərin hansı əsəri öz kitablarında hansı şəkildə nəql etdiklərini, onlara səhih və ya zəif vəsfinin vərdişlərini heç vaxt araşdırmazlar. Hədis elmində "siratul-cəzm" və "siratut-təmrid" adlı qaydalar var. "Siratul-Cəzm" bir hədisin səhih olmasını bildirmək üçün bir qaydadır. Bu da hədisi rəvayət edənin "dedi" (qalə), "rəvayət etdi" (rava), "hekayət etdi" (həkə), "belə xatırladı" (zəkəra) və s. hədisi buna bənzər şəkildə rəvayət etməsidir. Bu da hədisin səhih və ya həsən olmasını göstərmək üçündür. "Siratut-Təmrid" isə rəvayətçinin "deyilir ki" (qilə), "belə rəvayət edilir ki" (yurva), "belə hekayət edilir ki" (yuhka), "belə xatırlanır ki" (yuzkə) deyərək sözünə davam etməsidir. Bu da öz növbəsində hədisin zəif olmasını və ya əslinin şübhəli olmasını bildirmək üçündür. Heç vaxt səhih və ya həsən hədisdə "deyilmişdir" (qilə), "belə rəvayət edilir" (yurva) deyilmir, çünki bu hədisin zəifliyini göstərən bir sözdür. Səhih hədisdə isə qalə, ravə, həkə terminlərindən istifadə edilir.
İbn Həcər deyir: “Siratul-cəzm" və "siratut-təmrid" qaydaları hədis alimlərinin, təhqiqçilərin üzərində ittifaq etdikləri qaydalardır". (İbn Həcər "Hudə əs-Səri", səh. 20).
Bidət əhli kitablara nəzər salıb orada qeyd edilən zəif hədisləri dəlil gətirirlər, amma hədis terminlərindən xəbərsiz olduqlarına görə bu terminlərə diqqət etmirlər.
İmam əz-Zəhəbinin "Siyər Aləm ən-Nubələ" (16/400) və Təzkiratul-Huffaz (3/121) bu hadisəni "Siratut-Təmrid" termini ilə rəvayət etmişdir. Burada "ruviyə" (belə rəvayət edilir ki) termini qeyd edilir. Bu rəvayət edilən hadisəni heç bir şəkildə səhih saymaq və etimad etmək olmaz. Həmçinin hökmlər mövzusunda bu rəvayəti dəlil götürmək olmaz. Bu rəvayətə diqqət etdikdə, bir neçə yalanı aydınlaşdırmaq olur.
Birinci yalan; Rəvayətin bir hissəsində vaxtın darlığından, buna görə də oruc tutduqlarından bəhs edilir. Sonra isə deyilir ki, "ya biz burada öləcəyik, ya da ruzimiz gələcək".
İkinci yalan; Əgər bu hadisə həqiqətən baş vermişdisə, rəvayətin bir hissəsində ət-Tabərani İbn Muqrinin Peyğəmbərin ﷺ qəbrinin yanında aclıqdan şikayətini inkar edərək ona "otur" deyir. Əgər İbn Muqrinin bu hərəkətinin doğru bir şey olduğunu saysaydı, ona “otur” deyib, onun bu hərəkətini inkar etməzdi. Rəvayətin davamında isə ət-Tabərani deyir: "...ya ruzimiz gələcək, ya da burada öləcəyik".
Üçüncüsü; bu əsər bütün gətirilən mənbələrdə sənədsiz rəvayət edilmişdir.
Dördüncüsü; Ələvinin gəlib dediyi ki, "məni şikayət etmisiniz", yəni o insan yemək işinə baxırdı ki, onun yanına gəlməyib Peyğəmbərə şikayət ediblər?! Məgər o, yemək işinə təyin olunmuşdumu?! Halbuki, həmin üç alimdən heç kəs onu tanımırdı.
Bu qissədə deyilir ki, bir ələvi gələrək bu üç alimə deyir ki, "siz məni Peyğəmbərə şikayət etmisiniz". Bunun yalan olmasına dəlil də, elə bu hissədir, çünki bu üç alimdən heç biri belə şey deməmişdir. Həmçinin ələvilərin kim olduğuna baxmaq lazımdır. Halbuki ələvilər Peyğəmbərin ﷺ yolunda deyillər.
Həmçinin Peyğəmbəri ﷺ hər yuxuda görən onu görmüş sayılmır, çünki onu yuxuda görən onun simasını vəsf etməlidir.
Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: “Mənim adımı (bir-birinizə) qoya bilərsiniz, lakin mənim kunyamı (özünüzə) qoymayın. (Onu da bilin ki,) kim məni yuxuda görərsə, (həqiqətən də,) məni görmüş olar. Çünki şeytan mənim qiyafəmə girə bilməz. (əl-Buxari, 110) Ibni Həcər deyir ki, bir kəs Muhəmməd ibn Sirinə Peyğəmbəri ﷺ yuxuda gördüyünü iddia edərdisə, Muhəmməd ibn Sirin ona deyərdi: "Peyğəmbəri ﷺ mənə vəsf et". Əgər həqiqətən onun söylədiyi vəsflər ilə gördüyü adamın vəsfləri eyni olardısa, ona deyərdi ki, bəli sən Allahın Peyğəmbərini ﷺ görmüsən. Onun dediyi vəsflər uyğun olmazdısa, "Sən Peyğəmbəri ﷺ yuxuda görməmisən" deyərdi.
Həmçinin səhabələr öz aralarında olan ən böyük problemlər, hətta qanlı döyüşlərdə belə Peyğəmbərin ﷺ qəbrinin yanına gəlib ondan hər hansısa bir yardım diləməz və ya aralarında olan problemin həll edilməsi üçün ondan bir şeylər tələb etməzdilər. Çünki onlar Peyğəmbərin ﷺ bu həyatda olmadığına, bərzəx həyatına aid olan bir həyatla yaşadığını dərk edirdilər.
Sual edilə bilər ki, bu tərcümeyi hal kitablarını yazanlar nə üçün bu qissələri həmin şəxslərin tərcümeyi halında qeyd etmişlər?
Cavab budur ki, tərcümeyi hal yazan alimlər bu qissələri raviləri zikr etməyərək zəif və ya isnadsız olmalarını qeyd etməyib, sadəcə "siratut-təmrid" termini ilə bunun zəif və ya isnadsız olmalarını bilindirmişlər. Çünki hədis elmindən xəbəri olanlar bu terminin zəif və ya isnadsız hədisi bildirmək üçün istifadə edildiyini bilirlər. Beləliklə onlardan sonra gələn elm əhli də bu rəvayətlərin zəif və ya isnadsız olmasını bilmişlər. Tarix yazan alimlər öz kitablarında məlumat kimi bir çox şeyi qeyd etmiş, lakin bu məlumatların bəzilərinin səhih olmadığını həmin "siratut-təmrid" termini ilə bildirmişlər.