İbn Teymiyyə (Allah ona rəhm etsin) hicrət mövzusunda İslam diyarının küfr diyarından ayrılmasını şərh edərək buyurur: "Artıq Peyğəmbər ﷺ buyurmuşdur: “Məkkənin fəthindən sonra hicrət yoxdur, sadəcə cihad və niyət vardır. Döyüşə çağırıldığınız zaman döyüşə gedin”. Həmçinin digər hədisdə isə buyurmuşdur: “Düşmənlə döyüş olduqca hicrətin ardı da kəsilməz”. Bu hədislərin hər ikisi haqdır. Birinci hədisdə məqsəd onların başlarına gəlmiş hicrətdir. Yəni, Məkkədən və digər ərəb diyarlarından Mədinəyə hicrətdir. Bu hicrət Məkkənin və digər ərəb ölkələrinin küfr diyarı (darul-küfr) və hərb diyarı (darul-hərb) olduğu vaxtlarda vacib idi. Mədinə isə bu zamanlar iman diyarı idi. Belə halda imkanı olanlara küfr diyarından İslam diyarına hicrət etmək vacib idi. Məkkə fəth olunub İslam diyarına çevriləndən və ərəblər İslama daxil olandan sonra isə bütün bu yerlər hamısı İslam diyarı oldu. Peyğəmbər ﷺ buyurmuşdur: "Məkkənin fəthindən sonra hicrət yoxdur". Bir ölkənin küfr, iman və ya fasiqlər diyarı olması həmin ölkə üçün daimi bir vəsf deyil, əksinə, bu vəsf orada yaşayanlara görə dəyişən bir vəsfdir. Əhalisi möminlər və müttəqilər olan ölkə həmin zamanda Allah dostlarının diyarı sayılır. Əhalisi kafirlər olan ölkə həmin zamanda küfr diyarı sayılır. Əhalisi fasiqlər olan ölkə həmin vaxtda fasiqlər ölkəsi sayılır. Bu yerlərin əhalisi necə olsa ölkə də onlara uyğun olacaq. Həmçinin məscid də belədir. Əgər məscid içki, fasiqlik, zalımlıq məkanına yaxud Allaha şərik qoşulan kilsəyə çevrilərsə onun camaatına görə ona qiymət verilir. Həmçinin içki və fasiqlik edilən yerlər də belədir. Əgər belə yerlər Allaha ibadət edilən məscidlərə çevrilərsə bu oranın camaatına görə olar. Həmçinin əməlisaleh bir adam fasiqə, mömin kafirə, kafir isə möminə çevrilə bilər və s. Bütün bunlar baş vermə və dəyişmədən asılıdır. Uca Allah buyurur: "Allah bir şəhəri (Məkkəni) misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Lakin (əhalisi) Allahın nemətini inkar etdi, Allah da həmin şəhərə (sakinlərinin) etdikləri əməllərə görə (yeddi il) aclıq və qorxu bəlası daddırdı”. (ən-Nəhl, 112). Bu ayə Məkkə küfr diyarı olan vaxt orada nazil olmuşdur. Amma Məkkə özü isə bu günə qədər Allahın ən xeyirli və sevimli diyarı olaraq qalır. Uca Allah bu ayədə Məkkə əhalisini nəzərdə tuturdu. ət-Tirmizi (Allah ona rəhm etsin) bir hədisdə Peyğəmbərin ﷺ Həzurə adlı yerdə dayanıb Məkkə haqda belə buyurduğunu rəvayət etmişdir: "Allaha and olsun ki, sən Allahın ən xeyirli və ən sevimli diyarısan. Əgər tayfam məni buradan çıxarmasaydı, mən buradan çıxmazdım". Digər rəvayətdə isə deyilir: “Sən mənim üçün Allahın ən sevimli və xeyirli diyarısan”. Bununla o bildirdi ki, Məkkə Allaha və Elçisinə ən sevimli diyardır. Peyğəmbərin (Ona və ailəsinə Allahın salat və salamı olsun!) və onunla olan möminlərin Mədinədə qalmaları Məkkədə qalmalarından daha xeyirli olması, Mədinənin hicrət məkanı olmasına görə idi. Ona görə səngərlərdə sərhədi qorumaq Məkkə və Mədinədə yaşamaqdan daha xeyirlidir. Necə ki, səhih hədislərdə deyilmişdir: "Allah yolunda bir gün bir gecə səngərdə keşik çəkmək bir aylıq oruc və ibadətdən daha xeyirlidir. Kim sərhəddə keşik çəkərək ölərsə, mücahid kimi ölər, əməli onu ötər, Cənnətdən ruzilənər və qəbir fitnəsindən əmin olar". Sünən kitablarında Osman (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salat və salamı olsun) belə buyurmuşdur: "Allah yolunda səngərdə sərhədi qorumaq, digər min məkandan daha savablıdır". Əbu Hureyra (Allah ondan razı olsun) buyurur: "Mənim üçün Allah yolunda bir gecə sərhədin keşiyini çəkmək qara daşın yanında Qədr gecəsini ibadət etməkdən daha xoşdur". Ona görə hər bir insan üçün ən yaxşı diyar onun həmin yerdə Allaha və Elçisinə daha yaxşı müti olan məkanıdır. Bu insanlara görə dəyişir. İnsanın tam rahat olması üçün ümumi bir məkan yoxdur və hər insan özünə rahat olan yeri təqvasına, itaətinə, xuşusuna görə seçir. Əbu Dərda Salman əl-Farisiyə (Allah onlardan razı olsun) məktubunda deyir: "Müqəddəs yerə gəl!" Salman da ona cavabında yazır ki: "Həqiqətən, məkan heç kəsi müqəddəs etmir. İnsanı öz əməli müqəddəs edir". Peyğəmbər (Ona və ailəsinə Allahın salat və salamı olsun) Salmdan ilə Əbu Dərdanı (Allah onlardan razı olsun) qardaş etmişdi. Salman da Əbu Dərdadan (Allah onlardan razı olsun) bir çox məsələlərdə daha anlayışlı idi və onlardan biri də bu məsələdir. Uca Allah Musaya (ona salam olsun) buyurmuşdur: "Sizə fasiqlərin yurdunu göstərəcəyəm!..." (əl-Əraf, 145). Bu yer Əmaliqələrin yaşadıqları (Misir torpaqları) sonradan mömin diyarı olan yerdir. Qurani-Kərim bu diyara İsrail oğullarının sığınacaq tapdıqları Misir və Qüds torpaqları kimi işarə etmişdir. Ölkələrin vəziyyəti də bəndələrin vəziyyəti kimidir. Bir adam bəzən kafir bəzən isə mömin, bəzən mömin bəzən münafiq, bəzən münafiq bəzən imanlı, bəzən fasiq bəzən isə bədbəxt olur. Həmçinin yaşayış yerləri də sakinlərinə görə belədir. İnsanın küfr və günah edilən yerlərdən iman və itaət olunan yerlərə hicrət etməsi (köçməsi) onun küfr və günahlardan tövbə edib imana və itaətə gəlməsi kimidir. Bu da Qiyamət gününə qədər davam edəcək bir işdir. Uca Allah buyurur: "Sonradan (Hudeybiyə sazişindən sonra, Məkkənin fəthindən əvvəl) iman gətirib hicrət edənlər və sizinlə bərabər döyüşənlər (cihad edənlər) də sizdəndirlər...” (əl-Ənfal, 75). Sələfilərdən bir qrup alim demişdir ki, buraya Qiyamətə qədər iman gətirib hicrət edənlər və sizinlə bərabər döyüşənlər daxildir. Həmçinin: "Fitnəyə məruz qaldıqdan sonra hicrət edənləri, daha sonra cihad edib (bu yolda hər cür əzab-əziyyətə) səbr edənləri isə (bütün) bunlardan sonra Rəbbin, şübhəsiz ki, bağışlayandır, (onlara) rəhm edəndir!" (ən-Nəhl, 110). Bu mənaya, şaytan tərəfindən dinindən azdırılmış, günaha batmış, lakin sonradan günahlardan uzaqlaşmış, nəfsi ilə cihad etmiş, həmçinin münafiq düşmənlərə yaxşılığı əmr edən və pisliklərdən çəkindirən və s. belə yaxşı əməllər edib başına gələn söz və işlərə səbr edən adam da daxildir. Allah daha yaxşı bilir!” (Məcmuul-Fətava, 18/281, 27/143; Fətava əl-Kubra, 2/444).