Orucu öz ölkənizin əhalisi ilə birgə tutun! - Şeyx Fovzan

English
Video: 

Sual: Hörmətli şeyx, sual verən soruşur ki, siz Fransa əhalisi üçün belə bir fətva vermisiniz ki, onlar oranın (müsəlman) əhalisi ilə birgə oruc tutsunlar, baxmayaraq ki, oranın müsəlman şurası şəriət yolu ilə gözlə ayın görülməsinə deyil, astronomik hesablamalara əsaslanlır. Sizin belə bir fətva verdiyiniz doğrudurmu? 
Şeyx Saleh əl-Fovzan (Allah onu qorusun) buyurur: "Bəli, doğrudur. Biz deyirik ki, öz ölkənizdə musəlmanlarla birlikdə oruc tutun və parçalanmayın. İstər Fransa olsun, istərsə də başqa bir ölkə, fərq etməz. Müsəlmanlar Peyğəmbərin (salləllahu aleyhi və səlləm) “Oruc sizin oruc tutduğunuz gün, iftar (yəni bayram) isə iftar etdiyiniz gündür!” hədisinə əsasən bir yerdə oruc tutur və bir yerdə də bayram edirlər ki, parçalanmasınlar və vahid camaat olsunlar.