Davamı...
6-cı şübhə: Sufilər belə bir şübhə yayırlar: “Qurani-Kərimdə haqlarında ayə enmiş kəslər Allahın tək ilah olmasına şəhadət gətirməyən, lə iləhə illəllah deməyən, Allahın Peyğəmbərini ﷺ qəbul etməyən, öldükdən sonra dirilməni yalan sayan, Quranı sehrə bənzədən bir toplum idilər. Biz isə Allahın tək olmasına şəhadət gətirir, Lə iləhə illallah deyir, Peyğəmbərin Allahın Elçisi ﷺ olmasına iman edir, Quranı təsdiqləyir, öldükdən sonra dirilişə inanaraq namaz qılır, oruc tuturuq. Siz bizi necə onlarla bərabər edirsiniz?!”
Cavab: Peyğəmbərin ﷺ gətirdiyindən birini inkar edən küfr etmiş sayılır: "Allaha və Onun elçilərinə küfr edənlər, Allahla elçilərini bir-birindən ayırmaq istəyib: “Biz o elçilərin bəzisinə inanır, bəziləri-nə isə inanmırıq!”– deyənlər və bunun arasında bir yol tutmaq istəyənlər, məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq" (ən-Nisa, 150-151).
"Bu əhddən sonra siz yenə də bir-birinizi öldürür, özünüzdən olan bir dəstəni öz yurdundan çıxarır, onlara qarşı pislik və düşmənçilik etməkdə bir-birinizə kömək edirsiniz. Onlar əsir tutulub yanınıza gətiriləndə, fidyə verib onları azad edirsiniz. Halbuki onları yurdlarından çıxartmaq sizə haram edilmişdi. Yoxsa siz Kitabın bir qisminə inanıb, digər qisminə küfr edirsiniz?! Sizlərdən bunu edənin cəzası dünya həyatında ancaq rüsvay olmaq, Qiyamət günü isə ən şiddətli əzaba düçar olmaqdır. Allah sizin etdiklərinizdən qafil deyildir". (əl-Bəqərə, 85). Bu məsələ şəriətin digər qisimlərində də eynidir. Kim tovhidi qəbul edər, namazın vacibliyini inkar edərsə, artıq bununla küfr etmişdir. Kim tövhidin və namazın vacibliyini qəbul edər, lakin zəkatın vacibliyini inkar edərsə, küfr etmiş sayılır. Digər məsələlər də belədir. Uca Allah bizə bu haqda belə buyurur: "Orada aydın nişanələr – İbrahimın məqamı vardır. Ora daxil olan kəs əmin-amanlıqda olar. Yoluna gücü çatan hər kəsin müqəddəs Evi ziyarət etməsi Allahın insanlar üzərindəki haqqıdır. Kim bunu inkar edərsə, bilsin ki, Allahın aləmlərə ehtiyacı yoxdur". (Ali-İmran, 97); "Kafir olanlar heç vaxt dirildilməyəcəklərini iddia edirlər. De: “Xeyr, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra isə etdiyiniz əməllər sizə xəbər veriləcək. Bu, Allah üçün çox asandır!” (ət-Təğabun, 7).
Şübhəsiz ki, tövhid namazdan, zəkatdan, orucdan daha böyük və daha əzəmətli bir vacibdir. Bəs tövhiddən olan bir şeyin inkar edilməsi necə böyük küfr olmalıdır?
Tovhid namazdan, zəkatdan və digər şəri əhkamlardan daha önəmli əmrdir. Hər hansı bir övliyanı, imamı, peyğəmbəri Allahın səviyyəsinə qaldırmaq nə qədər böyük günahdır?! Övliyanın zərər və ya xeyir verməsinə, həmin övliyaya yönəlib ondan istəməsinə, ona sığınmasına etiqad edənlər necə də böyük küfr etmiş olurlar.
7-ci şübhə: Sufilər “Zətu Ənvat” hadisəsini şirk edənin kafir olmamasına dəlil gətirirlər. Hədis belədir: Əbu Vaqid əl-Leysi (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ ilə birlikdə Məkkədən Huneynə tərəf yola çıxmışdıq. Biz o vaxtlar İslamı yenicə qəbul etmişdik və küfrdən yenicə çıxmışdıq. Müşriklərin üstündən silahlarını asdıqları böyük bir Sidr ağacı var idi. Onun ətrafında yığışaraq öz adət ənənələrini yerinə yetirir və o ağacı “Zətu Ənvat” deyə çağırırdılar. Biz də bu böyük bir Sidr ağacının yanından keçdikdə: “Ey Allahın Peyğəmbəri! Onların “Zətu Ənvat” olduğu kimi bizim üçün də “Zətu Ənvat” düzəlt”- dedik. Peyğəmbər ﷺ buyurdu: “Allahu Əkbər! Şübhəsiz ki, bunlar hamısı keçmiş adət ən-ənələrdir. Nəfsim əlində olana and olsun ki, siz İsrail oğullarının Musadan istədikləri şeyin eynisini məndən istədiniz: "…Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!” (əl-Əraf, 138). Həqiqətən, siz əvvəlkilərin adət ənənəsi ilə gedəcəksiniz”. (Əhməd, 21950; 22245; ət-Tirmizi, 2180, 2335. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 5369).
Cavab: Hədisdə qeyd edilənlər Məkkənin fəthindən sonra İslama yenicə girmiş və çox şeydən xəbəri olmayan insalar olmuşlar. Onlar isə cahillikləri ucbatından bunu istəmişdilər, Peyğəmbər ﷺ bunun şirk olduğunu bəyan edəndən sonra bu fikirdən uzaqlaşmışdılar.
8-cu şübhə: Qiyamət günü insanlar Adəmin, Nuhun və digər peyğəmbərlərin yanlarına gəlib kömək istəyəcəklər. Bu da Allahdan qeyrisindən yardım diləməyin şirk olmamasına dəlildir.
Cavab: Səhih bir hədisdə insanlar yığışıb əvvəl Adəmin, sonra da ardıcıl olaraq bir neçə peyğəmbərin yanına gəlib olduqları pis vəziyyətdən çıxarmaq üçün Allaha şəfaət etməsini istəyirlər. Hər dəfə də peyğəmbərlər şəfaətin onlara aid olmadığını deyərək son peyğəmbər olan Muhəmmədin ﷺ yanına göndərirlər. Sufilər isə bunu Allahdan qeyrisindən kömək diləməyə dəlil gətirmək istəyirlər. Halbuki qüdrəti çatan və yanında olandan kömək diləmək şirk deyil. Hədisdə də düşdükləri vəziyyətdən çıxmaq üçün deyil, şəfaət etməsi üçün onlardan kömək istəmişdilər. Biz bunu inkar etmirik.
“O, şəhərə əhalisi xəbərsiz ikən daxil oldu və orada bir-biri ilə vuruşan iki kişi gördü. Biri onun tərəfdarlarından, o biri isə düşmənlərindən idi. Tərəfdarlarından olan kəs onu düşməninə qarşı köməyə çağırdı...” (əl-Qasəs, 15).
Allahın haqqı olan hər hansı bir ibadəti başqasına yönəltmək şirkdir. Sağ olan və yanında olandan kömək istəmək isə şirk deyil. Səhabələr Peyğəmbərdən ﷺ dəfələrlə Allaha dua etməsini istəmişdilər. Lakin Peyğəmbər vəfat etdikdən sonra onun qəbrinin yanına gedib ondan kömək istəməzdilər. Əhli Sünnə vəl-Cəməa əqidəsində bir adam əməlisaleh sandığı adamın yanına gələrək ondan özü üçün dua etməsini istəməsi icazəlidir. Bu işdə heç bir problem yoxdur, lakin yenə də Əhli Sünnə vəl Cəməaya görə insana bunu özü üçün din tutub adətə çevrilməsi də yaxşı hal deyil. Hər dəfə bir əməlisaleh kişi gördüyü zaman onun yanına qaçaraq “mənim üçün dua et!” deməsi bəyənilmir. Çünki bu bizim ümmətin sələfinin adətindən deyil. Həmçinin bu işdə insanın dua etməsində olan halında özündən başqasına arxayın olmaq var. Beləliklə, insan özünün düşdüyü çətinliklərdə özünün dua etməsini tərk edərək başqasına arxayınlaşma var. İnsanın özünün ehtiyaclarını Rəbbindən istəməsi onun üçün daha xeyirlidir. Çünki O, bunu etdiyi zaman ibadət edər və beləliklə Allaha yaxınlaşar.
9-cu şübhə. Bidət əhli deyir: İbrahim peyğəmbər oda atıldığı zaman Cəbrail onun yanına gəlib deyir: “Mənə bir ehtiyacın varmı?” İbrahim peyğəmbər: ”Xeyr” deyir. Bu hadisə Allahdan qeyrisindən kömək istənilməyin şirk olmamasına dəlildir. Əgər əksi olsaydı, Cəbrail bu sözləri deməzdi.
Cavab: əl-Əcluli demişdir: "İbrahim peyğəmbər oda atıldığı zaman dedi: "Onu mənim halımı bilməsi mənim Ondan istəməməyimə bəs edir". ("Kəşf əl-Xəfə" 1136). İmam əl-Bəğavi əl-Ənbiya surəsinin təfsirində bunu belə rəvayət etmişdir: "Kəb əl-Əhbərdən rəvayət edilmişdir ki, İbrahim (ona salam olsun) oda atıldğı zaman belə dedi: "Səndən başqa ibadət olunmağa haqqı olan heç bir məbud yoxdur. Sən nöqsanlardan təmizsən, Sən aləmlərin Rəbbisən. Həmd Sənədir! Mülk Sənindir. Sənin heç bir şərikin yoxdur". Sonra isə onu mancalaqla oda atdılar və onu göydə ikən Cəbrail qarşıladı və ona belə dedi: "Ey İbrahim! Sənin nəyəsə ehtiyacın varmı?" İbrahim ona cavabında dedi: "Mənim sənə heç bir ehtiyacım yoxdur". Sonra Cəbrail ona dedi: "O zaman Rəbbindən kömək dilə!" İbrahim belə dedi: "Onun mənim halımı bilməsi, mənim Ondan istəmək ehtiyacımı aradan qaldırmışdır". İmam əl-Bəğavinin gətirdiyi digər rəvayətdə deyilir: "İbrahim belə dedi: "Allah mənə bəs edər. O, nə gözəl qoruyandır". Nəmrud onu oda atmaq istədikdə, su xəzinələrinin nəzarətçisi olan bir mələk ona dedi: "İstəsən bu odu, mən söndürüm?" İbrahim dedi: "Allah mənə bəs edər, O, nə gözəl qoruyandır". Sonra isə küləklərin gözətçisi gələrək ona dedi: "Əgər istəsən mən bu odu havaya qaldıraram". İbrahim ona cavab olaraq dedi: "Mənim sizə ehtiyacım yoxdur. Allah mənə bəs edər, O, nə gözəl qoruyandır". (əl-Bəğavi “əl-Ənbiya surəsinin 68-ci ayəsinin təfsiri”). Şeyx əl-Albani demişdir: "Bu rəvayətlərin əsli yoxdur. Bunu bəzi kəslər İbrahimin (ona salam olsun) sözü kimi gətirirlər. Bu, İsrailiyyatdan olan rəvayətdir və onun heç bir əsli yoxdur. Həmçinin yüksək hədis dərəcəsinə də çatmamışdır. İmam əl-Bəğavi bunun zəif rəvayət olmasına işarə etmək üçün termin olaraq orada "belə rəvayət edilir ki," deyərək qeyd etmişdir. Hədis alimləri bir hədisin zəif və ya əsli olmadığını və qəbul edilmədiyini göstərmək üçün bəzi terminlərdən istifadə edirlər. Bu terminlərdən biri də "ruviyə" - "belə rəvayət edilir ki" terminidir. Bu, əsli olmayan uydurma bir rəvayəti bəzi bidət əhli özləri üçün hikmət mənbəyi və təriqətlərinin ən böyük yolu olaraq tutmuşlar. Onlara deyildikdə ki, Allahdan istə, onlar bunu özləri üçün böyük bir azğınlıq və bu sözün böyük bir təhqir olduğunu qəbul edirlər. Onlar deyirdilər ki, “sənin Allahdan ona yalvararaq hər hansısa bir ehtiyacını istəməyin Allaha ittihamdır, çünki sən Allahdan ehtiyacını istədiyin zaman, sanki demiş olursan ki, Allah mənim ehtiyacımı bilmir”. Allaha and olsun ki, bu, onların düşmüş olduqları ən böyük azğınlıqdır. Şeytan onları səhih olmayan bir rəvayətlə bu dərəcədə azdırmışdır. Məgər onlar Quran və Sünnədə rəvayət edilən duaları görmürlərmi? Bir müsəlman bir duanın nə qədər önəmli olduğunu bildiyi halda İbrahim (ona salam olsun) bunu bilməmişdirmi!? Bunun İbrahimə (ona salam olsun) nisbət edilməsi, onun ittiham edilməsidir. Səbəb isə həmin ittiham edənlərin Allahın dinini bilməmələridir. Allah Qurani-Kərimdə bizdən Ona yalvarıb istəməyimizi bildirir: "Mənə dua edin, mən də sizin duanızı qəbul edim" (Ğafir, 60). Sonra mən bu hədisi İbn İraqinin "Tənzih əş-Şəria əl-Mərfua ən əl-Əxbərəş-Şəria əl-Məvdua" (1/250) kitabında tapdım". (Zəif hədislər silsiləsi, 1/74).
İkincisi, əgər belə fərz etsək ki, bu rəvayət səhihdir, axı biz bilirik ki, İsrail övladlarından gələn xəbərləri nə təsdiq edirik, nə də inkar edirik. Necə ola bilər ki, bu rəvayətdə qeyd edilən bir şeyi əqidədə sabit olan və Kitab və Sünnədə olan səhih dəlillərə qarşı qoyulsun!? Həmçinin Cəbrail Allahın ona verdiyi qüvvət sayəsində İbrahimə kömək etmək istəyirdi. Bu, varlı insanın kasıb bir insana kömək etməsinə bənzəyir, çünki varlının kasıba maddi cəhətdən kömək etməyə qüdrəti çatır. Kasıbın o köməyi qəbul etməsində heç bir problem yoxdur. Yəni qüdrəti çatandan kömək istəmək icazəlidir, yetər ki həmin qüdrəti çatan istəyənin yanında olsun, sağ olsun və onu eşitsin. Ona görə də bu, şirk sayılmır.
10-cu şübhə. Bidət əhlindən qəbirlərə dua edib onlardan kömək istəyənlər şübhə olaraq gətirirlər ki, necə ola bilər ki, qəbirdə olan meyit fayda vermir? Axı Musa Uca Rəbbinə qovuşmuş olduğu halda Meracda Peyğəmbərimizlə ﷺ qarşılaşaraq namazların əlli vaxtdan beş vaxta düşməsinə səbəb oldu.
Cavab: Bu hadsiə Peyğəmbərimizin ﷺ möcüzələrindəndir. Ölənlərin isə bu dünya ilə əlaqələri kəsilmişdir. Uca Rəbbimiz buyurur: “Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin onlara ibadət etdiyinizi danacaqlar. Heç kəs hər şeydən Xəbərdar olan Allah kimi sənə xəbər verə bilməz”. (Fatir, 14); "Dirilərlə ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah istədiyinə haqqı eşitdirir. Sən isə qəbirlərdə olanlara eşitdirə bilməzsən". (Fatir, 22); "Allahı qoyub Qiyamət gününədək özünə cavab verə bilməyən bütlərə yalvaran kimsədən daha çox azmış kim ola bilər?! Halbuki o bütlər onların yalvarışından xəbərsizdirlər. İnsanlar bir yerə toplanacaqları zaman bütlər onlara düşmən kəsiləcək və onların ibadətini inkar edəcəklər". (əl-Əhqaf, 5-6).
Allah Elçisi ﷺ demişdir: “Öləndən sonra kişiyə ən xeyirli olan bu üç şeydir; onun üçün dua edən əməlisaleh övlad, mükafatı kəsilməyən sədəqə və özündən sonra qoyub getdiyi faydalı elm”. (İbn Hibban, 93). Bu məsələrdə istisna ola bilər, lakin bu istisnalar da dəlilə söykənməlidir. Necə ki Bədr döyüşündə öldürülüb Bədr quyularına atılan müşriklərə Peyğəmbərin ﷺ xitab etməsi kimi. Amma bu dəlillər məsələləri xüsusiləşdirir və hamıya aid etmir, çünki digər dəlillər ümumən ölülərin eşitməməsini, eşitsələr belə cavab verə bilməməsini və heç nəyə qadir olmamasını göstərir. Xüsusi dəlil gəlmədikcə ümumi olan şeylər öz halından çıxmaz. Sabit olan bir şeyi qiyasla öz əslindən çıxarmaq qadağandır, çünki bu məsələlər qeybi məsələdir.
11-ci şübhə: Bidət əhli belə bir hədis gətirir: "Sizdən biri bir şey itirdiyi zaman və ya hər hansısa bir torpaqlarda olduqda ona kömək edilməsini istədiyi zaman belə desin: "Ey Allahın qulları! Mənə kömək edin". Allahın görünməyən qulları var".
Cavab: Hafiz əl-Heysəmi deyir: "Bunu ət-Tabərani rəvayət etmişdir. Bu hədisin isnadında zəif rəvayətçilər var. Həmçinin qeyd etmişlər ki, Yəzid ibn Əli Utbəni görməmiş və ondan hədis eşitməmişdir". Hafiz ibn Həcər "Təxric əl-Əzkər" kitabında deyir: "Bunu ət-Təbərani kəsik isnadla rəvayət etmiş və rəvayətin sonunda da bu sözü əlavə etmişdir: "Artıq bu təcrübədən keçmiş bir haldır". Mən bunu ət-Tabəraninin kitabının əslində belə gördüm, lakin bunun kim tərəfindən deyildiyini təyin edə bilmədim". Şeyx əl-Albani deyir: "ət-Təbəraninin hədisin sonunda öz sözü olaraq iddia etməsi ki, "bu artıq təcrübədən keçmiş bir haldır"- bu sözə etimad etmək icazəli deyil, çünki ibadətlər təcrübə ilə deyil, dəlillərlə sabit olar.
12-ci şübhə: Sonra isə başqa bir hədisi dəlil gətirirlər: Abdullah ibn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: "Sizdən birinizin heyvanı bir yerdə itdiyi zaman belə çağırsın: "Ey Allahın qulları, onu tutun! Ey Allahın qulları, onu tutun!" Allahın yer üzərində olan qulları var ki, onu tutub saxlayacaqlar".
Cavab: Hafiz əl-Heysəmi (Allah ona rəhm etsin) demişdir: "Bunu Əbu Yalə və ət-Tabərani rəvayət etmişlər. Bu hədisin isnadında Maruf ibn Həssən var və o, zəif ravidir".
Sonra isə başqa bir hədisi dəlil gətirərək deyirlər: İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: "Allahın yer üzərində qoruyucu mələkləri var. Onlar hər ağacdan düşən yarpağı yazırlar. Sizdən birinin ehtiyacı olduqda onları çağırsınlar və "Ey Allahın qulları! Bizə yardım edin!" desinlər". Hafiz əl-Heysəmi demişdir: "Bunu ət-Tabərani rəvayət etmişdir və onun rəvayət etdiyi hədisin isnadında olan kişilər etibarlı kişilərdir". Şeyx əl-Albani bu hədisi "Silsilə əd-Daifə və Məvdua" kitabında 2/109 qeyd etmiş və demişdir: "Bu hədisi əl-Bəzzar İbn Abbasdan bu ləfz ilə rəvayət edir: "Allahın yer üzərində mələkləri var ki, hər düşən yarpağı yazırlar. Sizdən birinə yer üzərində, səhralıqda ehtiyac üz verərsə belə desin: "Ey Allahın qulları! Mənə kömək edin!" Bu hədis Allah Rəsuluna birbaşa isnadı bağlı olan hədislərin dərəcəsinə qaldırıla biləcək hədislər növündən deyil. Ehtimal var ki, İbn Abbas bunu əhli Kitabdan götürmüşdür.
13-cü şübhə: Şübhə əhli ən-Nəml surəsinin 38-40-cı ayələrini Allahdan qeyrisindən istəməyin icazəli olmasına dəlil gətirirlər. Ayədə deyilir: “Süleyman dedi: “Ey əyanlar! Onlar müti olaraq yanıma gəlməmiş hansınız onun taxtını mənə gətirə bilər?” Cinlərdən çox qüvvətli birisi dedi: “Sən yerindən qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!” Kitabdan xəbəri olan bir başqa kimsə isə belə dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” Süleyman o taxtı yanında hazır durmuş görən kimi dedi: “Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görsün şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nankor olsa, bilsin ki, həqiqətən, Rəbbim onun şükrünə möhtac deyil, Səxavətlidir!” (ən-Nəml, 38-40).
Onlar deyirlər ki, Süleyman (ona salam olsun) yanında olan Asif ibn Bərxiya yə Allahdan başqa kimsənin gücü çatmayacağı bir şeyi deyib tələb edir: "Yəmən əhlindən olan o başçının onlar Islama girmədən əvvəl taxtını kim gətirə bilər". Asif ibn Bərxiya deyir ki: "Sənin baxışın sənə qayıtmadan əvvəl onu sənə bir göz qırpımında gətirərəm!" Asif ibni Bərxiya Süleyman (ona salam olsun) taxtın olduğu Yəmən tərəfə baxmağı söyləyir. Sonra isə qalxıb dəstəmaz alır və Allaha dua edir". Mucahid deyir ki, o, belə dua etdi: "Yə Zəl-Cələli val-İkram!" Zuhri isə deyir ki, o, belə dua etdi: "Ey bizim ilahımız, ey hər şeyin ilahı, Ey tək İlah! Səndən başqa ibadət olunmağa haqqı olan heç bir məbud yoxdur. Onun taxtını bizim üçün gətir". Bu duanı etdiyi anda onun taxtı Süleymanın (ona salam olsun) qarşısında olur.
Cavab: İlk olaraq biz soruşmaq istəyir ki, həmin şəxsin Asif ibni Bərxiya olmasına sizin dəliliniz nədir? Quranda: "kitabdan elm verilmiş" deyildiyi zaman onun Asif ibn Bərxiya olmasınına dəliliniz nədir? Onun Asif ibn Bərxiya olması haqda Peyğəmbərdən ﷺ bir dənə də olsun səhih hədis yoxdur. Ən azından bu hadisənin zəif olsa belə isnadını ortaya qoyun. Bu məsələdə Əhli Sünnə vəl Camaa arasında elm əhlindən sayılanların kitablarında bu hadisənin baş verməsi və həmin taxtı gətirən şəxsin kim olması barəsində bir çox ixtilafları var. Bu məsələ də ən güclü dörd rəy var.
1. Həmin şəxs Süleymanın katibi olan Asif ibni Bərxiya olmuşdur,
2. O, Süleymanın özü idi.
3. O, Cəbrail (ona salam olsun) idi.
4. O, mələklərdən hər hansısa bir mələk idi.
Birinci rəydə o, Süleymanın vəziri olan Asif ibni Bərxiya idi. O, Allahın o adla dua edildiyi zaman istəyənin istədiyi verməsi olan əzəmətli adını bilirdi. Bu sözü Məhəmməd ibn İshaq Yəzid ibni Rumandan rəvayət etmişdir. Lakin bu isnad səhih isnad deyil, çünki Yəzid ibn Rumanla Süleyman (ona salam olsun) arasında səhralar qədər məsafələr var,. Onun üçün bu isnad isnad sayılmaz.
İkinci rəydə taxtı gətirənin Süleymanın özü olması rəyində - həmin şəxsin kitabdan elm verilmiş şəxsin ifritə deməsi - Süleymanın (ona salam olsun) ifritin sözünün qarşılığında ona demiş olduğu söz idi. O vaxt ki, Süleyman (ona salam olsun) ifritin o taxtın gətirilməsinin gec olduğunu düşündü. İfritə müraciət edərək dedi ki, "mən onu sən göz qırpana qədər gətirərəm". Bu ayənin mənasının başa düşülməsinə ən yaxın olan bir rəydir. Ən doğru və səhih olan da budur, çünki ayənin zahiri də buna dəlalət edir. Bəzi alimlər bu rəyin ən doğru olduğunu söyləmişlər. Çünki Süleyman Allahın peyğəmbəri və padşah olan bir peyğəmbər və elçi idi. Mümkün deyil ki, onun ətrafı Allahın Kitabını ondan daha gözəl bilsin. Ayədə deyilir: "Kitabdan elmi olan və mümkün deyil ki, onun ətrafı Allahın kitabını Süleyman Peyğəmbərdən daha gözəl bilsin. Mümkün deyil ki, həmin şəxs də Süleymanda (ona salam olsun) olmayan bir güc və ya qüvvət olsun. Bu, Allahın ayəsinə müxalifdir. Onun ətrafında olanların nə ktabdan olan elmi Süleymanın elmindən daha üstün və çox ola bilərdi, nə də onların bacarığı, gücü və qüvvəti Süleymanın güc və qüvvətindən daha çox ola bilərdi, Çünki Uca Allah Süleyman (ona salam olsun) duasını qəbul etmişdi. Necə ki, Sad surəsinin 35 ci ayəsində Uca Allah bu barədə xəbər verir: "O dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın. Həqiqətən, Sən Bəxşedənsən". (Sad, 35). Beləliklə, biz bu ayənin mənasından anladıq ki, kitabdan elmi olan və həmin hər şey gətirməyə Allahın izni ilə güc və qüvvəti olan Süleyman (ona salam olsun) özü idi.
Biz həmin şəxsin Asif ibn Bərxiya olduğunu deyənlərə sual veririk: "Necə ola bilər ki, bir katib və vəzir Süleymandan daha güclü və daha savadlı olsun? Axı elm və qüvvət mülkün və padşahlığın ən vacib səbəblərindəndir. Həmçinin Süleyman nəbidir, rəsuldur və möcüzələr verilmiş bir şəxs idi. Bu halda həmin taxtı daha tez gətirməyə daha o özü deyildimi?
Düşünmək olarmı ki, Süleyman peyğəmbərin katibi ondan daha elmli olsun və Allahın əzəmətli adını bilsin, Süleyman peyğəmbər isə bunu bilməsin?
Bu ayədə qəsd olunan Süleyman Peyğəmbər deyilsə, ya Cəbrail, ya da başqa mələkdir. Lakin söylənilən rəylərdən heç biri Allahdan qeyrisindən kömək istəməyin icazəli olmasına dəlil olsun. Əgər belə fərz etsək ki, Asif ibni Bərxiya rəyi daha doğrudur. Əksinə bu həmin şəxsin tovhidlə ibadət etməsinə və yalnız Allahdan istəməsinə dəlildir. Çünki Asif ibn Bərxiya tək olan Allaha, Onun tək ilah olması ilə təvəssül etdi: "Ey bizim ilahımız, ey hər şeyin ilahı, Ey tək İlah! Səndən başqa ibadət olunmağa haqqı olan heç bir məbud yoxdur. Onun taxtını bizim üçün gətir". Deyilir ki, o, Allahın əzəmətli adını bilirdi. Siz yenə də bizim dediyimizə gəlib çıxırsınız. Bu hadisə səhih olmasa belə Asif ibni Bərxiya Allahdan istədi, Allaha təvəssül etdi. Süleyman peyğəmbər ona Allahdan istəməsini əmr etdi.Bu hadisədə Süleyman əmr edəndir, istəyib tələb edən deyil. Əmr etməklə tələb etmək arasında böyük var fərq var. Əmr etmək bir kəsə bir şey etməsini buyuraraq, ondan üstün olaraq söyləməkdir. Bir kəsə bir sözü əmr edirsənsə, sən ondan üstünsən. Amma bir kəsdən bir şeyi istəyirsənsə bu sənin ondan zəif olman, onun qarşısında zəlil olmaq və ondan ümid bəsləməndir. Lakin bu hadisəni gətirdiyiniz zaman biz burada Süleymanın (ona salam olsun) həmin şəxsin qabağında aciz olaraq istəməsini görmədik. Əksinə Süleymanın üstün olaraq əmr etməsini gördük. Bu, bir padşahın öz mülkü və əmri altında olandan bir şeyi əmr edərək istəməsidir. Necə ki, ata oğluna, padşah öz rəiyyətinə əmr edərək bir şeyi istəyər. Bu hadisə bizə göstərir ki, bu adi səbəblərdən tutmaq növündən olan bir istəməkdir. Əgər bir kişi əməlisaleh olması ilə tanınarsa və duasının qəbul olması ilə məşhur olarsa, bir kəsin ona mənim üçün dua et deməsi icazəlidir. Onun Allahdan dua etməsini istəmək, onun duaları qəbul etməsi demək deyil. Bütün duaların Allaha yönəldilməsi deməkdir. Duaları qəbul edən, duanı edən deyildir, dua ediləndir. Həmin şəxsdən duanı qəbul etmək istənilməz həmin şəxsə deyirlər ki, Allahdan bizim üçün istə və bu duanın istənilməsi ilə həmin şəxs Allahın qarşısında zəlil olaraq möhtac olaraq özünü göstərər və bu ayədə tək-Allahlılıq var. İnsanların üzlərini Allaha çevirib yönəltməsi vardır. Qəlblərin Allaha çevrilməsi vardır. Əgər yenə deyirik bu hadisə isnad cəhətdən səhih deyildir və bu belə bir hadisə olmamışdır. Əgər yenə də belə bir hadisənin varlığını fərz etsək, Asif ibni Bərxiya Allaha Rububiyyət Tovhidi ilə yönələrək onun Rəbb və İlah olmasını söyləyərək yalnız Allahı qəsd etmişdir. O, nə Süleymana (ona salam olsun) yönəlmədi, nə də ondan qeyrisinə yönəlmədi. Axı sizin gətirdiyiniz bu hadisədə söyləyirsiniz ki, o dəstəmaz alaraq namaz qıldı və Allahdan istədi. Əgər şəxslərdən istənilməsi olsaydı, peyğəmbərlik səbəbi ilə Süleyman (ona salam olsun) həmin Asif ibni Bərxiya dan daha üstün idi. Əgər bu icazəli olsaydı, o namaza gedib Allahdan istəməz Süleymandan (ona salam olsun) istəyərdi. Beləliklə, aydın olur ki, Allahdan qeyrisinə yalvarıb kömək istəmək heç bir zaman Qiyamətə qədər heç kim üçün dəlil ola bilməz.