Arafa orucunu Məkkə ilə tutmalıyıq, yoxsa Azərbaycanla?
Sual: "Məntəqələrin və ayın görünməsində olan müxtəlifliyinə görə biz Arafa orucunu öz ölkəmizə görə tutmalıyıq, yoxsa Məkkə və Mədinəyə görə?"
Arafa orucunu Məkkə ilə tutmalıyıq, yoxsa Azərbaycanla?
Sual: "Məntəqələrin və ayın görünməsində olan müxtəlifliyinə görə biz Arafa orucunu öz ölkəmizə görə tutmalıyıq, yoxsa Məkkə və Mədinəyə görə?"
Daimi elmi araşdırmalar və fətvalar mərkəzinə belə bir sual verilir: "Biz radio vasitəsi ilə Səudiyyə Ərəbistanında orucluğun başlanmasını eşidirik amma biz hələ ayı görməmişik. Buna görə də bizim aramızda ixtilaf düşür, bəziləri radio ilə eşitdiklərinə əsasən oruc tutur, digərləri isə ölkəmizdə ayın görsənməsini gözləyirlər. Bu artıq bizim aramızda çox dəhşətli ixtilafa gətirib çıxarıb. Xahiş edirik bizə bu haqda fətva verin?!"
1. Murciələrin etiqadı – yəni halal saymağı bütün ediləcək əməllərdə şərt görmüşlər. Əhli Sünnə isə bəzi əməllərdə şərt görmüş, bəzilərində isə şərt görməmişdir. Sual olunsa ki, təkfir olunmasında etiqad edilməsi şərt olan əməldə qayda nədir? Cavab budur ki, bu məsələdə qayda dəlildir. Dəlil – təkfir olunacaq bir əməli edənin təkfir olunması üçün həmin adamın etiqad etməsi şərt görülməyibsə, həmin əməli edən bir-başa təkfir edilir.
Bidət əhli həmişə Əhli Sünnədən olanları dəlilsiz olaraq öz batil fikirləri ilə ittiham etmişlər. Amma bir şeyi iddia edən dəlil gətirməli olduğu kimi, bidət əhli də ittiham etdikdə dəlil ilə ittiham etmələri lazım idi. Bidət əhlinin etdiyi ittihamların dəlili olmazsa, bu ittihamların heç birinə baxılmaz, çünki bu, ancaq batil fikirlərdən meydana gələn ittihamlardır. Belə boş ittihamlar nəinki adi insanlara, həmçinin peyğəmbərlərə edilmişdir.
Hər bir müsəlmanın bilməsi lazım olan qaydalar var ki, Əhli Sünnə val-Cəməa əqidəsi bu qaydalar üzərində qurulmuşdur.
Birinci qayda: Allahın hökmü ilə hökm vermək hər bir müsəlmana fərzdir. Bu qayda öz içərisində altı əsası cəm etmişdir.
Şeyx Süleyman Ruheyliyə (Allah onu qorusun) belə bir sual verilir:
"Hörmətli Şeyx, sual verən deyir ki, Allah sizdən razı olsun, bəzi elm iddia edənlər deyirlər ki,
5. Alimlərin rəhbərlər ilə gözəl münasibətdə olmaları. Tarixə baxdıqda alimlərin öz rəhbərləri ilə gözəl münasibətdə olmalarını görmək olar. Bizim üçün bunu öyrənmək və bilmək düzgün mənhəcdə olmağa və bu mənhəcdə sabit qalmağa çox kömək edir. Bu, rəhbərə qarşı qadağan olunmuş etiqadda olmağa və qadağan olunmuş addımlar atmağın qarşısını alır.
Uca Allahın dinində müsəlmanlar təqvadan başqa bir şey ilə seçilməzlər.
“Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır” (əl-Hucurat, 13).
İslam dini rəhbərlə ona tabe olan insanlar arasındakı əlaqəni tam və gözəl şəkildə nizamlamışdır. İslam dinində hər iki tərəfin öz haqları var və bu haqlar tam şəkildə yerinə yetirməlidir. Rəhbərin üzərinə düşən vəzifə onun insanlara Allahın şəriəti ilə hökm etməsi və Allahın dininin çatdırılmasında onlara yardım etməsi, həmçinin, ədalətin yayılmasına yardım etməsi, hər bir fərdin haqlarının qorumasını təmin etməsi, istər daxili, istərsə də xarici düşmənlərdən və müsəlmanların haqlarını tapdalayanlardan qorumasıdır.
Əhli Sünnə vəl-Cəmaanın rəhbərlərə itaətin nə qədər önəmli olması haqda İslam alimləri əqidə kitablarında geniş yer ayırmışlar. Müsəlmanın həm bu dünyasının, həm də Axirət həyatının islah olması üçün rəhbərlərə itaət etməsi vacibdir.
Günümüzdəki problemlərdən biri də gənc müsəlmanların cihad etmək adı altında fitnə-fəsad yayan müxtəlif terrorçu qruplara cəlb edilməsidir. Fitnəkar dəvətçilərin aldadıcı xüsusiyyətlərindən biri də özlərini sələfi kimi göstərmələri, tövhiddən danışmaları, çoxlu ibadət etmələri, Quran və sünnədən dəlillər gətirmələridir.
Həqiqi cihadla müasir dövrdə baş verən fitnənin və terrorun arasındakı fərq nədir? Bu suala cavab verməzdən öncə cihadın əmr edilməsinin hikməti, nə üçün əmr edilməsi, hansı hallarda edilməsinin icazəli və ya qadağan olduğunu bilmək lazımdır.
Mərhəmətli və Rəhmli Allahın adı ilə
Hamıya məlumdur ki, İslam mükəmməl dindir və onun elmləri müsəlmanın həyatının bütün sahələrini əhatə edir. Əgər bu böyük din öz davamçılarına qonşulara, qonaqlara, yolda olanlara və s. necə münasibət göstərməli olduqlarını öyrədirsə, onda İslamda müsəlmanların üzərində hakimiyyət sahibi (müsəlman rəhbərlərə) olan insanlara xüsusi yer verilməsi heç də təəccüblü deyil.
Dəyərli izləyici, bu gün müsəlman dünyasının baş-bəlasına çevrilmiş üsyançı ixvan düşüncə hər yerdə fəsad törətməkdə davam edir. Elə bu üsyankar düşüncənin “bəhrəsi” ilə bir çox ölkələrdə müsəlmanlar bəlaya düçar olublar. Biz “ərəb baharı” üsyanının nəticəsini görmək üçün Misir, Liviya, Tunis, Yəmən, Suriya və digər ölkələrə baxsaq kifayət edər. Sizə təqdim edəcəyimiz görüntülər Suriyanın ən gözəl şəhəri olmuş, indi isə üsyan səbəbi ilə xarabalığa çevrilmiş Hələb şəhərindəndir. Əvvəlcə sizə üsyançı ixvan dəvətçilərin səsini, daha sonra isə mötəbər Rəbbani alimlərin səsini təqdim edəcəyik.
Günümüzdə rəhbərin eyiblərini araşdıran, onu insanların gözündən salmağa çalışan şəxslər qəhrəman kimi təqdim edilir, onları müdafiə etmək üçün insanlar mitinqə çıxmağa, dövlətə itaətsizlik etməyə çağrılır. Bu adamların arxasında kafir dövlətlərinin durduğu açıq aşkar hamıya məlum olduğu halda, nə üçün insanlar onların istədiklərini etməyə can atırlar? Ölkəmizdə son yüz ildə baş vermiş 31 Mart, 20 Yanvar, Xocalı soyqırımı kimi qırğınlara göz yuman kafir dövlətlərini məgər xalqımızın necə yaşaması bu qədərmi narahat edir?
Uca Allah buyurur: "Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və Qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır". (ən-Nisə, 59).
Şeyx Saleh əl-Fövzən (Allah onu qorusun) belə buyurur: "Biz demirik ki, rəhbərlər məsumdur! Onlarda xətanın olmadığını, zülm baş vermədiyini demirik. Biz demirik ki, xalqın haqqı yoxdur. Əksinə deyirik ki, xalqın haqqı var, rəhbərlər də məsum deyillər, onlarda baş verən baş verir. Lakin bunun dərmanı mitinqlərdə, hərc-mərclikdə, xaraba qoymaqda, ictimai yerləri yandırmaqda deyil. Problemin həlli bunda deyil. Problem Uca Allahın zikr etdiyi ilə həll olunur: "Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar.
Allahın endirdiyi ilə hökm verməmək barəsində Uca Allah: “Allahın endirdiyi ilə hökm etməyənlər əlbəttə kafirlərdir” (əl-Maidə, 44) ayəsində buyurduğu halda, alimlər bu ayədə qeyd edilən küfrün “kufrun dunə kufr", yəni insanı İslamdan çıxarmayan küfr olduğunu deyirlər.
Allahın hökmü ilə hökm verməmək həm böyük küfr, həm də kiçik küfr ola bilər. Sadəcə bəzi insanlar əl-Maidə surəsinin 44-cü ayəsini yanlış anlayaraq, Allahın hökmü ilə hökm verməyənlərin mütləq olaraq kafir olduğunu düşünürlər.
Şeyx Muhamməd ibn Saleh əl-Useymin (Allah ona rəhm etsin) buyurmuşdur: "Amma bəzi səfeh insanların bu sözü ki, “Əmr sahibləri ancaq tamamilə doğru yolda olsalar, onlara tabe olmaq bizim üzərimizə vacibdir” bu xətadır. Bu, düz deyil və şəriətdən olan bir şey deyildir. Əksinə, bu xəvariclərin məzhəbindəndir, hansı ki, əmr sahiblərindən hər bir şeydə (təmamən) Allahın əmri üzərində düz olmalarını istəyirlər. Uzun zamandır ki, bu mümkün olmur. Artıq işlər dəyişmişdir.