Tağut nədir?
Tağut - sözü tağa - həddi aşmaq sözündən əmələ gəlib və hər bir həddi aşan tağutdur. Bunların ən böyükləri isə beşdir. Tağutun əsas beş növünü aşağıda qeyd etmişik. İbn əl-Qeyyim (Allah ona rəhm etsin) demişdir: “Tağut - qulun ibadətdə, itaətdə və tabeçilikdə həddini aşmasıdır”. Uca Allah buyurur: "Şübhəsiz ki, (tufanda) su həddini aşdığı (tuğyan etdiyi) zaman sizi gəmidə Biz daşıdıq”. (əl-Haqqa, 11) ayəsi də bu kökdən gəlməkdədir. “Biz hər ümmətə Allaha ibadət edin və tağutdan çəkinin deyə peyğəmbər göndərdik”. (ən-Nəhl, 36). Abdur-Rahmən ibn Həsən (Allah ona rəhm etsin) demişdir: “Bu ayədəki “tağut” sözü həddi aşmaq mənası verən “tüğyan” sözündən törənmişdir".
"Əgər bir insana ibadət edilsə, lakin bu insan ona ibadət edilməsindən razı deyilsə, o tağut sayılmır". (Şərh Fəthul-Məcid, 1/ 62).
Tağutu inkar etmək nədir?
Tağut maddi və mənəvi ola bilər. Tağut - Allahdan başqasına ibadət etməkdir: “...Hər kəs Tağutu inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən yapışmış olur..." (əl-Bəqərə, 256). “Hər kəs Tağutu inkar edib” sözləri, kəlmeyi şəhadətin “Lə iləhə” hissəsini, yəni “haqq ilah yoxdur” mənasını əhatə edir. “Allaha iman gətirsə” sözləri, “İlləllah” kəlməsini yəni, “Allahdan başqa” sözlərini təsdiq edir.
Tağuta küfr edən kimsə, Allahdan başqasına ibadət olunmasına küfr edir. Yəni, kimsə soruşsa ki, “sən bütlərə ibadət etməyə necə baxırsan? Allahı qoyub, hansısa bəşərə, daşa, cinə ibadət edən kimsəyə necə baxırsan?” Əlbəttə ki, cavabımız belə olmalıdır: “Biz Allahdan başqasına ibadət etməyi inkar edirik". Tağuta küfr etmək elə budur. Belə tağuta mütləq küfr etmək lazımdır. Bu, mənəvi cəhətdən küfr edilən tağut növüdür.
Maddi olaraq küfr edilən tağutlara gəldikdə, alimlərin dedikləri kimi, belə tağutlar çoxdur. Onlardan əsas olanları beşdir:
Tağutun növləri
1. İblis
Uca Allah İblis haqda buyurur: “Qiyamət gününə qədər Mənim lənətim sənin üstündən əskik olmasın”. (Sad, 78) ayəsində Allahın xitab etdiyi İlahi rəhmətdən qovulmuş və lənətlənmiş olan - şeytandır. “Biz mələklərə Adəmə səcdə edin dedikdə İblisdən başqa hamı səcdə etdi. O, lovğalanaraq imtina etdi və kafirlərdən oldu”. (əl-Bəqərə, 34).
2. Allahdan qeyri ibadət olunanlar
Həmin ibadət olunanlar onlara ibadətdən razı olması şərtilə tağut sayılırlar. Bundan Allaha sığınırıq. İstər həyatda ikən, istər də ölümündən sonra ona ibadət edilməsindən razı olduğu təqdirdə, o kimsə tağutdur.
"...Bu, Allahın lənətlədiyi, ona qəzəbləndiyi, özlərini də meymunlara və donuzlara döndərdiyi şəxslər və tağuta ibadət edənlərdir". (əl-Maidə, 60).
3. İnsanları özünə ibadət etməyə çağıran bir kimsə
Belə bir kimsənin çağırışı istər qəbul edilsin, istərsə də qəbul edilməsin, o kimsə də tağutdur.
4. Qeybi bildiyini iddia edənlər
Qeyb - insanın görmədiyi, hal-hazırda olmayan deməkdir. Bu da iki növdür.
a) Nisbi qeyb - bəzi insanlar üçün məlum ola bilir.
b) Mütləq qeyb - yalnız Allah tərəfindən və Allahın istədiyi peyğəmbər tərəfindən bilinə bilər. Bunu bildiyini iddia edən kimsə kafirdir, çünki o, bu iddiasıyla Allah və Rəsulunu (salləllahu aleyhi və səlləm) yalan saymışdır. “Göylərdə və yerdə qeybi Allahdan başqa heç kəs bilməz. Onlar nə vaxt diriləcəklərini də bilməzlər”. (ən-Nəml, 65). “Qeybi bilən ancaq Odur və O qeybi heç kəsə əyan etməz. Bəyənib seçdiyi Peyğəmbərdən başqa”. (əl-Cinn, 26-27). “De ki: Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır, mən qeybi də bilmirəm…”. (əl-Ənam, 50).
5. Allahın hökmü ilə hökm etməyənlər
Alimlər tağutun bir növünün də müəyyən şərtlər daxilində hüccət qaldırıldıqdan sonra Allahın hökmündən başqa hökmlə hökm verməyi halal görən rəhbər olduğunu demişlər. Tavus (Allah ona rəhm etsin) rəvayət edir ki, İbn Abbas (Allah ondan razı olsun) “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir"- ayəsi haqqında belə dedi: “Bu sizin başa düşdüyünüz böyük küfr deyil”. (İmam Mərvəzi “Təazimu Qadrus-Saləh”, 2/ 522, 574; əl-Albani “Silsilətul-Əhədisis-Sahihə”, 6/ 114)
İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “İbn Abbas və başqaları (Allahın hökmü ilə hökm verməyən kafirdir) ayəsi haqqında “Onlar insanı dindən çıxarmayan küfr etdilər”- demişdir. Eləcə də İmam Əhməd və Əhli-Sünnənin digər imamları da onların bu sözünə müvafiq olmuşlar”. (Məcmuul-Fətava, 7/312).
Şeyx İbn əl-Useyminə (Allah ona rəhm etsin) bu haqda sual verdikdə, o bu cür cavab verir: “Əgər bir kişi Allahın hökmü ilə hökm verməli olduğunu bildiyi halda nəfsi istəyinə tabe olaraq Allahın hökmü ilə hökm verməzsə, o kəs təkfir olunmur, lakin fasiq və zalım olur. Həmçinin, bir insan ümmətin o hökmlə gedəcəyi ümumi bir hökmlə hökm verərsə və ona elə gəlsə ki, bunu etmək ümumi faydaya daha uyuğundur, bu insan da təkfir olunmur. Çünki əksər hakimlər şəri elmdən cahildirlər və şəriətdən anlayışı olmayan hakimin alim olduğunu düşünür. Bununla da şəriətə müxalif hökm verilir. Əgər şəriətdən anlayışı olsa və buna baxmayaraq yenə o hökmlə hökm versə, və ya o hökmü insanların tabe olacağı bir qayda etsə, yəni öz uydurma qanunlarını ortalığa qoyub və bunu bir qayda edib və insanları da o qoyduğu qanuna tabe etdirirsə, biz o insanı təkfir edə bilmirik. Biz o kəsi təkfir edirik ki, o kəs qoyduğu qeyri hökmləri Allahın hökmündən üstün və ya ona bərabər sayır”. (“ət-Təhrir fil-Məsələtit-Təkfir” dərsi).