Hər bir müsəlmanın bilməsi lazım olan qaydalar var ki, Əhli Sünnə val-Cəməa əqidəsi bu qaydalar üzərində qurulmuşdur.
Birinci qayda: Allahın hökmü ilə hökm vermək hər bir müsəlmana fərzdir. Bu qayda öz içərisində altı əsası cəm etmişdir.
- Hər bir müsəlmana Allahın şəriəti ilə hökm vermək vacibdir. Buna dəlil əl-Maidə surəsinin 49 – cu ayəsidir. Uca Allah buyurur: “Onların arasında Allahın nazil etdiyi ilə hökm ver və onların istəklərinə uyma. Onlardan ehtiyat et ki, Allahın sənə nazil etdiyi hökmlərin bəzisindən səni sapdırmasınlar. Əgər onlar üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Həqiqətən, insanların çoxu fasiqlərdir” (əl-Maidə, 49).
- Allahın şəriətilə mühakimə olunmağın və buna razı olub şəriətin əhkamlarına təslim olmağın vacib olması. Buna dəlil ən-Nisa surəsinin 65 – ci ayəsidir. Uca Allah buyurur: “Xeyr, sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam şəkildə təslim olmayınca iman gətirmiş olmazlar” (ən-Nisa, 65).
- Allahın şəriəti ilə hökm etməyən şəxsin şiddətli cəzaya düçar olması. Buna dəlil əl-Maidə surəsinin 44, 45 və 47 – ci ayələridir. Uca Allah buyurur: “Şübhəsiz ki, Biz, içində hidayət və nur olan Tövratı nazil etdik. Özlərini Allaha təslim edən peyğəmbərlər bununla yəhudilər arasında hökm edərdilər. Din xadimləri və elm adamları isə Allahın kitabından qorunub saxlanılanlarla hökm verərdilər. Onlar buna şahiddirlər. Elə isə insanlardan qorxmayın, Məndən qorxun! Ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirdirlər. Biz Tövratda onlara yazıb buyurduq ki, cana can, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş, yaralara da misli ilə qisas alınmalıdır. Kim bu qisası bağışlayarsa, bu onun üçün kəffarə olar. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar zalımdırdır” (əl-Maidə, 44-45); “Qoy İncil əhli Allahın onda nazil etdiyi şəriət qanunları ilə hökm versin. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar fasiqdirlər” (əl-Maidə, 47).
- Allahın və Onun Elçisinin – sallallahu aleyhi və səlləm - əmrlərinə müxalif olmaqdan uzaq durmaq. Buna dəlil ən-Nur surəsinin 63 – cü ayəsidir. Uca Allah buyurur: “Peyğəmbəri, öz aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın. Allah sizin aranızdan daldalanaraq xəlvətcə çıxıb gedənləri bilir. Qoy onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar” (ən-Nur, 63).
- Hər bir müsəlmanın bilməsi vacib olan məsələ, Allahın hökmünün hökmlər arasında ən gözəl hökm olmasıdır. Buna dəlil əl-Maidə surəsinin 50 - ci ayəsidir. Uca Allah buyurur: “Yoxsa onlar cahiliyyət dövrünün hökmünü istəyirlər? Nəyin haqq olduğunu yəqin bilən bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?” (əl-Maidə, 50).
- Allah tərəfindən enmiş şəri əhkamların nur olmasıdır. Buna dəlil əş-Şura surəsinin 52 – ci ayəsidir. Uca Allah buyurur: “Biz sənə Öz əmrimizdən olan Ruhu (Quranı) vəhy etdik. Sən kitab nədir, iman nədir bilmirdin. Lakin Biz onu, qullarımızdan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik. Həqiqətən, sən onları doğru yola yönəldirsən” (əş-Şura, 52).
İkinci qayda: Müəyyən bir şəxsin küfr və ya şirk olan əməli etməsi, həmin şəxsin kafir olmasını gərəktirmir, çünki müəyyən bir şəxsin təkfir edilməsi üçün ona hüccətin qaldırılması şərtdir. İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Heç bir kəsə müsəlmanlardan hər hansı birini səhv və xəta etdiyinə görə hüccət qaldırmadan təkfir etməsi icazəli deyil. Bu, yalnız hüccətin qaldırılması və şübhənin aradan aparılmasından sonra ola bilər”. (Məcmuul-Fətava, 12/466). Bunu dörd şərti var:
- Həmin adam etdiyi əməlin küfr olmasını bilməlidir ki, bunun əksi cahillikdir.
- Onu məqsədyönlü şəkildə etməlidir ki, bunun əksi həmin əməlin xəta olaraq edilməsidir.
- Bunu özü ixtiyari olaraq etməlidir ki, bunun əksi məcburiyyət qarşısında etməkdir.
- Düzgün olmayan təfsir və ya təvil etdiyi üçün həmin əməli etməsidir ki, bunun da əksi həmin adamın düzgün təvildən xəbərinin olmamasıdır.
Üçüncü qayda: Müsəlman hakimin küfr etməsi ona qarşı çıxmağı gərəktirmir. Bunun da beş şərti var:
- Müsəlman hakim açıq-aşkar və şübhə doğurmayan küfr etməlidir.
- Həmin müsəlman hakimə hüccət qaldırılmalıdır.
- Həmin küfr edən müsəlman hakimin dəyişdirilməsinə güc və qüdrət olmalıdır.
- Onun yerinə digər hakimi gətirməyə güc olmalıdır.
- Onun dəyişdirilməsi, o, hakimiyyətdə qaldığından daha böyük fəsad törətməməlidir.
İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Möminlərdən və müsəlmanlardan hər hansı şəxs bir yerdə zəif olarsa və ya hər hansısa bir zamanda müsəlmanlar zəif olarlarsa, o zaman onlar səbir və bağışlanma ayələrinə əməl etsinlər. Müsəlmanlar güc və qüvvət sahibi olduqda isə, o zaman onlar küfr başçılarına və Allahın dininə qarşı vuruşanlara qarşı vuruşmaq ayələrinə, kitab əhlinə qarşı cizyə tətbiq etmək ayələrinə əməl etsinlər”. (Sarimul-Məslul, 2/413).
Ümumiyyətlə isə bütün alimlər demişlər ki, alimlərin hər hansısa bir əməli böyük küfr olaraq adlandırması, bu beş şərt olmadan həmin küfrə düşən müsəlman hakimə qarşı çıxmağı gərəktirmir.
Dördüncü qayda: Şəriətə müxalif olan əməlləri edənlər təkfir olunmur. Müəyyən müsəlman bir şəxsin kafir olmasını iddia edən insan onun küfrünə dəlil gətirib bunu isbat etməlidir. Əks təqdirdə onun sözünə etimad edilmir. İxtilaf olan məsələdə əslə qayıtmaq lazımdır. Əgər alimlər hətta dəstəmazın pozulub-pozulmamasını yalnız səhih və icma ilə qəbul edilən və buna dəlil olan səbəbə görə batil olduğunu demişlərsə, bəs insanın İslamının batil edilməsi kimi təhlükəli məsələyə necə diqqətlə yanaşmışlar?! İnsanın İslamının batil olmasına hüccətsiz necə dəlil gətirmək olar? İnsanın İslamının batil olması dəstamazın batil olması ilə yanaşı qoyula bilməz. Allahın hökmü ilə hökm verməmək məsələsində, əsl olan həmin kəsin kafir olmamasıdır. Həmin şəxsi təkfir edən dəlil gətirməlidir. Əgər dəlil gətirməzsə, onun heç bir sözünün etibarı yoxdur.
Beşinci qayda: Allahın hökmü ilə hökm verməmək məsələsi müəyyən bir qism insanlara aid olub, digərləri bundan istisna deyil. Bu, yalnız hakimə, rəhbərə və ya qaziyə aid deyil. Bu məsələ hamıya aiddir. İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “İki nəfər arasında hökm verən hər hansı bir kəs artıq qazidir. İstər həmin şəxs hərb əhli, istər yüksək vəzifə tutsun, yaxud yaxşılığı əmr edib pislikdən çəkindirən birisi və ya küçədə oynayan uşaqlar arasında hökm versin, həmin şəxs artıq hökm vermiş və hökm sahibi sayılar. Səhabələr bunu hakimlik və hökm verməkdən sayardılar”. (Məcmuul-Fətava, 17/170). Burdan da aydın olur ki, başçı ilə başçı olmayan hökm vermək məsələsində eyni hökmdədirlər. Yalnız başçını Allahın hökmü ilə hökm verməmək məsələsində məsul bilmək düzgün deyil. Bu məsələ hamıya aiddir.
Altıncı qayda: Ümumi və yığcam təfsilatsız sözlər əksər problemlərin səbəbidir. İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurur: “Umumi və yığcam təfsilatsız – inkar və isbat etmək üçün istifadə edilən və geniş izah edilmədən götürülən sözlər cahillik, zəlalət, fitnə və dedi-qoduya gətirib çıxarır”. (Minhəcus-Sunnə, 2/217).
İbn əl-Qeyyim (Allah ona rəhm etsin) buyurur: “O kəslər ki, öz ağılları ilə Kitab və Sünnəyə qarşı gəlirlər, onlar öz işlərini bir-birinə bənzər ümumi sözlərin üzərində qururlar. Bu sözlərin mənası şübhəli olan, açıq-aşkar olmayan və bir neçə məna verən sözlərdir. Özündə bir neçə məna daşıyan ümumi mucməl olan və içində haqq və batil məna daşıyan sözləri bilməyən insanlar ya haqq, ya da batil mənanı götürürlər. Bizdən əvvəlkilərin azmağının səbəbi və bizim ümmətdən olanların bidətə düşməsinin hər birinin səbəbi də budur. Adəm övladının azmasının ən böyük səbəbinin əsli mucməl – ümumi və mənası aydın olmayan və içində bir neçə məna daşıyan sözlərə tabe olması olmuşdur. Bunun ən çox təsir etdiyi kəslər də zehni zəif olan kəslər olmuşdur”. (əs-Səvaiq əl-Mursələ, 3/925). Bu qaydadan anladığımız - dəlillərin geniş şəkildə izah etdiyi məsələləri təfsilatlı bir şəkildə götürməsi və şəriətin izah etdiyi bir şəkildə ortaya qoymasıdır. Bu zaman insan azğınlıqdan qurtarar və zəlalətdən uzaq durar. Bir məsələdə dəlilin təfsilatına baxmadan o əhkamı onun edənin üzərinə şamil etmək doğru deyil.