"Onların məzarı üstündə mütləq bir məscid tikəcəyik!”- əl-Kəhf surəsinin 21-ci ayəsinin izahı
706 oxunma
Uca Allah buyurur: “Beləcə, insanları onların halından xəbərdar etdik ki, Allahın vədinin həqiqət olduğunu və Qiyamət saatının gələcəyinə şübhə olmadığını bilsinlər. O zaman möminlər və kafirlər öz aralarında onların işi barəsində mübahisə edirdilər. Bəziləri: “Onların üstündə bir bina tikin. Rəbbi onların halını daha yaxşı bilir!”– dedilər. Mübahisədə üstün gələnlər isə: “Onların məzarı üstündə mütləq bir məscid tikəcəyik!”– dedilər”. (əl-Kəhf, 21).
English
Zahirdə şirk edənlə bu dünyada davranış necə olmalıdır? - Şeyx əl-Albani
Şeyx Saleh Ali Şeyx: "Şirk edən zahirən müşrikdi və axirətdə hökmü Allaha aiddir".
Şeyx əl-Albanii: "Şəkk yoxdur ki, insan şirk edir, lakin Allahın hüccəti ondan qalxana qədər mən onu İslam dairəsindən çıxartmıram. Buna sənin rəyin nədir, ey şeyx?"
Şeyx Saleh Ali Şeyx: "Şəkk yoxdur ki, şirkə düşən insana küfr hökmü verilmir və ona müşrik deyilmir. O, hüccət qalxandan sonra müşrik olur".
Şeyx əl-Albani: "Onda sən də mənim sözümü işlətdin ki!"