Zahirdə şirk edənlə bu dünyada davranış necə olmalıdır? - Şeyx əl-Albani

English

Şeyx Saleh Ali Şeyx: "Şirk edən zahirən müşrikdi və axirətdə hökmü Allaha aiddir".

Şeyx əl-Albanii: "Şəkk yoxdur ki, insan şirk edir, lakin Allahın hüccəti ondan qalxana qədər mən onu İslam dairəsindən çıxartmıram. Buna sənin rəyin nədir, ey şeyx?"

Şeyx Saleh Ali Şeyx: "Şəkk yoxdur ki, şirkə düşən insana küfr hökmü verilmir və ona müşrik deyilmir. O, hüccət qalxandan sonra müşrik olur".

Şeyx əl-Albani: "Onda sən də mənim sözümü işlətdin ki!"

Şeyx Saleh Ali Şeyx: "Lakin burda fərq var. Kimdə şirk olarsa, ona dünyada zahirən küfr hökmü verilir. Hüccət çatana qədər onun həqiqi axirət hökmü verilmir. Amma kim şirk edirsə, ona zahirən hökm verilir".

Şeyx əl-Albani: "Sözün bitdimi?"

Şeyx Saleh Ali Şeyx: "Bəli, şeyx".

Şeyx əl-Albani: "İki dəlil bir-birinə zidd olduqda biz necə edirik? Hansı önə çəkilir? Yəni bir insanın şəhadəti də var, şirki də var, hansı daha üstündür? Cavabın nədir?" 

Şeyx Saleh Ali Şeyx: "Belə ölçü yoxdur. Saleh əməllər etsə də, həqiqətdə şirk edərək İslamdan çıxır".

Şeyx əl-Albani: "Ey şeyx! Həqiqət qəlbdə olur. Sən onu heç vaxt bilə bilməzsən".

Şeyx Saleh Ali Şeyx: "Bəli, amma qəlbdəki həqiqət zahirə çıxır axı (yəni şirk edir)".

Şeyx əl-Albani: "Bu tərəfdən də həqiqət zahirə çıxır axı. Şəhadət edir, namaz qılır və s".

Şeyx Saleh Ali Şeyx: "Axı bunun əməli var (yəni şirk edir)".

Şeyx əl-Albani: "Nə olsun ki, şəhadəti də dəlalət edir ki, müsəlmandır. Vallahi bu təəccüblü sözdür. Get bu məsələni yenidən araşdır. Bu çox təhlükəli bir məsələdir".

(Şeyx əl-Albani "Silsilə əl-Huda van-Nur", 1004-cü kasetdən bir hissə).