Rəhbərlərin zülmünün səbəbi
Müasir dövrdə bir çox insanlar rəhbərləri təhqir etməyi az qala Allaha yaxınlaşmaq vəsiləsinə çevirmişlər. Belə ki, onlar Cümə xütbələrində, müxtəlif məclislərdə və ya ümumiyyətlə bir-birilə görüşüb söhbət etdikdə rəhbərləri təhqir edir, bəziləri isə söyürlər. İş o yerə çatıb ki, bəzi müsəlman qadınlar internet vasitəsilə müsəlman rəhbərlərə qarşı təhqir dolu sözlərdən istifadə etməyə başlamışlar. Məgər bu müsəlmanlar Uca Allahın bu ayəsi haqqında düşünmüşlərmi: “Beləliklə, qazandıqları günahlara görə zalımların bir qismini digərinə hakim təyin edərik” (əl-Ənam, 129).
Mənsur ibn Əbul-Əsvəd (Allah ona rəhm etsin) demişdir: “Mən Aməşdən: “Beləliklə, qazandıqları günahlara görə zalımların bir qismini digərinə hakim təyin edərik” (əl-Ənam, 129) ayəsi haqda: “Bu ayə haqda nəyin deyildiyini eşitmisən?”- deyə soruşdum. O dedi: “Mən bu haqda belə deyildiyini eşitmişəm: “Əgər insanlar korlanarlarsa, onların ən pislərinə hakimiyyət verilər”. (əd-Durrul-Mənsur” 3/358).
Malik ibn Dinar (Allah ona rəhm etsin) demişdir: “Hər dəfə siz günah etdikdə, Allah sizə hakimləriniz tərəfindən cəza göndərir”. (əd-Durrul-Mənsur, 8/395).
Rəhbərin xətası necə bildirilməlidir?
Zalım hakimlərin müsəlmanların başında olması, müsəlmanların özlərinə görədir. Hər hansı bir kəsin şəriətə qarşı olan əməlinə qarşı çıxaraq ona nəsihət şəklində etiraz edən həmişə olmuşdur. Belə ki, Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər - sallallahu aleyhi və səlləm - orucluq və qurban bayramlarında namaz qılınan yerə gəlib əvvəlcə namaz qılardı. Namazı bitirdikdən sonra ayağa qalxıb cərgəbəcərgə oturmuş insanların qarşısında durar, onlara öyüd-nəsihətlər, tövsiyələr və əmrlər verərdi. Əgər harasa bir qoşun göndərmək istəsəydi, onu göndərər və ya bir şey əmr etmək istəsəydi, onu əmr edər, sonra da çıxıb gedərdi”. Əbu Səid (rəvayətinə davam edib) demişdir: “Mən Mədinənin əmiri Mərvanla[1] birlikdə orucluq ya da qurban bayramında namaz qılınan yerə getdiyim günədək camaat bu (sünnəyə) riayət edirdi. Biz namaz qılınan yerə gəlib çatdıqda, mən Kəsir ibn Səltin düzəltdiyi minbəri gördüm və bir də baxdım ki, Mərvan namazı qılmamış minbərə qalxmaq istəyir. Mən onun ətəyindən dartdım, lakin o ətəyini dartıb (əlimdən aldı) və (minbərə) qalxıb namazdan əvvəl xütbə verdi. Mən ona dedim: “Vallahi, siz (Sünnəni) dəyişdirdiniz!” O dedi: “Ey Əbu Səid, sənin bildiyin keçmişdə qaldı”. Mən dedim: “Vallahi, mənim bildiyim, bilmədiyimdən daha xeyirlidir”. O dedi: “Camaat namazdan sonra oturub (xütbəni) dinləmir deyə, mən onu namazdan əvvəl verdim”. (əl-Buxari, 956).
Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: “Peyğəmbərlər – onlara salam olsun – alimlərdən və rəhbərlərdən fərqli olaraq, ciddi xəta etməkdən qorunmuşlar. Həqiqətən alimlər və rəhbərlər bundan qorunmamışlar. Ona görə onlara izlənilməsi vacib olan haqqı nəsihət etmək - bu nəsihətdə alimlərin və rəhbərlərin səhvlərini qeyd etmək lazım olsa belə - icazəli, hətta vacib sayılır”. (Məcmuul-Fətava, 19/123).
Zalım rəhbərə qarşı müsəlmanın münasibəti onun zülmünə qarşı səbir, onun islahı üçün dua və imkan daxilində ona nəsihətdir. Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “Ən üstün cihad zalım rəhbərə deyilən haqq sözdür”. (ət-Tabərani “Mucəmul-Kəbir” 8007. əl-Albani “Sənin əl-Cami”də (1100) səhih olduğunu bildirmişdir).
Bu nəsihəti də hansı yol ilə etməyi Peyğəmbər - ona Allahın salavatı və salamı olsun - öz ümmətinə bildirmişdir: “Qoy rəhbərinə nəsihət etmək istəyən bunu aşkarda deyil, gizlində etsin...”. (Əhməd, 3/403; İbn Əbu Asim, 1097. əl-Albani “Ziləlul-Cənnə” də (1097) səhih li-ğeyrihi olduğunu bildirmişdir). Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) xəlifə olduğu zaman deyərdi: “Ey insanlar! Həqiqətən, sizin bizə gizlində nəsihət verməyinizdə və bizə yaxşı işlərdə kömək etməyinizdə bizim sizin üzərinizdə haqqımız var”. (Hənnəd ibn Səri “əz-Zühd” 2/602).
Şəqiq (Allah ona rəhm etsin) deyirdi: “Bir dəfə Usama ibn Zeyddən soruşdular: “Nəyə görə Osmanın yanına ona nəsihət etmək üçün getmirsən?” O dedi: “Mənim onunla nə haqda danışmağımız barədə bilməyinizimi istəyirsiniz?! Allaha and olsun! Mən onunla təklikdə danışmışam və istəmirəm ki, bizim aramızda olanları yayanın ilki mən olum”. (Muslim, 5035, 7674).
İbn Abbasdan (Allah ondan razı olsun) rəhbərə nəsihət haqda soruşanda, o dedi: “Əgər sən bunu (rəhbərə nəsihəti) etmək istəyirsənsə, bunu elə et ki, aranızda heç kim olmasın və öz rəhbərinin qeybətini etmə!” (İbn Əbu Şeybə, 15/74; Səid ibn Mənsur, 4/1657. İsnadı səhihdir).
Sələf alimləri deyərdilər: “Rəhbərə nəsihəti insanların içində deyil, gizlində etmək lazımdır”. (əl-Mətbu, 24/50; Seylul-Cərrar, 4/556).
Rəhbəri söyməyin haram olması və bunun fəsadları
Beləliklə, rəhbərin səhvlərini ona bildirmək icazəli və vacibdir. Rəhbərlərin günahlarına və zülmünə görə onların təhqir edilməsi və söyülməsi isə tamamilə başqa bir məsələdir. Şəriət bunu qadağan edir. Buna dəlil isə aşağıdakı hədisdir; Ənəs ibn Məlik (Allah ondan razı olsun) demişdir: “Bizdən yaşca böyük olan səhabələr bizə rəhbərlərin təhqir edilməsini qadağan edərək deyirdilər: “Rəhbərlərinizi pisləməyin (təhqir etməyin), onlara yalan isnad etməyin və onlara nifrət bəsləməyin! Allahdan qorxun və səbir edin! Həqiqətən, asanlıq yaxındır”. (ət-Tabərani “Mucəmul-Kəbir” 7609; İbn Əbu Asim “əs-Sunnə” 1015; əl-Beyhəqi “Şuabul-İman” 6/96. əl-Albani “Ziləlul-Cənnə” (1015) səhih olduğunu bildirmişdir).
Bu hədisdə rəhbərlərin söyülməsinin qadağan olunmasına dəlil var. Burada heç bir istisna yoxdur və bu qadağa bütün müsəlman rəhbərlərinə aiddir. Abdus-Sələm ibn Bərcis (Allah onu qorusun) demşdir: “Bu əsər müsəlmanların rəhbərlərini söyməyin qadağan olunması haqda Allah Elçisinin - sallallahu aleyhi və səlləm - böyük səhabələrinin arasında ittifaq olmasına işarədir. Bu qadağa rəhbərləri tərif, ucaltma demək deyil. Belə ki, bu qadağa şəriət tərəfindən rəhbərlərin üzərinə qoyulan böyük məsuliyyətdən xəbər verir, çünki rəhbərləri söymək onlara yaxşı əməllərdə belə itaətin olmamasına, camaatın qəlblərinin onlara nifrət etməsinə səbəb olacaq. Bu da öz növbəsində hərc-mərcliyin yayılmasına və insanlara qarşı yalnız şərə çevrilməsinə gətirib çıxaracaq”. (Muamələtul-Hukəm, 75).
Abdus-Sələm ibn Bərcisin dediklərinə sələflərin sözlərindən təsdiq var. Belə ki, Abdullah ibn Uqeymə (Allah ona rəhm etsin) bir dəfə belə dedi: “Osmanın (Allah ondan razı olsun) ölümündən sonra heç kimə kiminsə öldürülməsində kömək etməyəcəm”. Ondan soruşdular: “Sən Osmanın qətlə yetirilməsində iştirak etmisənmi?” O dedi: “Hesab edirəm ki, onun çatışmazlıqlarından danışmaq onun qətlə yetirilməsinə yardım etməkdir”. (İbn Əbu Şeybə, 12/47; İbn Sad “ət-Tabaqat” 6/115. İsnadı səhihdir).
İbn Quseyb əl-Adəvi (Allah ona rəhm etsin) demişdir: “Bir dəfə mən zərif paltarda xütbə verən İbn Amirin minbərinin yanında Əbu Bəkrə ilə birlikdə idim. Əbu Bilal dedi: “Bizim rəhbərə baxın, fasiqlərin paltarından geyinib!” Əbu Bəkrə ona dedi: “Kəs səsini! Belə ki, Mən Allah Elçisinin - sallallahu aleyhi və səlləm - belə dediyini eşitmişəm: “Kim Allahın yer üzündə olan (təyin etdiyi) rəhbəri alçaldarsa, Allah da onu alçaldar!” (Əhməd, 20450; ət-Tirmizi, 2224. əl-Albani səhih olduğunu bildirmişdir).
Bu hədisdə müsəlmanların rəhbərlərini söyməyin qadağan olunmasına birbaşa dəlil var. Aun əs-Səhmi (Allah ona rəhm etsin) demişidir: “Bir dəfə mən Əbu Umamənin yanına gəldikədə, o mənə dedi: “Həccacı söymə! ənim əmirim olmasa da sənin əmitindir”. (əl-Buxari “Tarixul-Kəbir” 7/18). O vaxtlar Əbu Umamə (Allah ondan razı olsun) Şamda yaşayırdı, Həccac isə İraqın əmiri idi.
Əbu Həmzə (Allah ona rəhm etsin) demişdir: “Həccacın (İbn əz-Zubeyrlə döyüş zamanı) atdığı yanar daşın Kəbəyə dəyməsi mənə çatanda, İbn Abbasın yanına gəldim və onun yanında Həccacı söyməyə başladım. İbn Abbas (Allah ondan razı olsun) dedi: “Şeytanın köməkçisinə çevrilmə!” (əl-Buxari “Tarixul-Kəbir” 8/104).
Muaz ibn Cəbəl (Allah ondan razı olsun) demişdir: “Müsəlmanların rəhbəri Uca Allahın izni ilə bu rəhbərliyə gəlir. Kim onu söyərsə, Uca Allahın (təyin etdiyi) əmirini söymüş olur”. (Əbu Amr əd-Dani “əl-Fitən” 1/404).
Şeyx İbn əl-Useymin (Allah ona rəhm etsin) demişdir: “Qeybət qadağandır və böyük günahlardan biridir. Xüsusilə qeybət müsəlmanların rəhbərlərinə qarşı edildikdə daha da şiddətli olur. Həqiqətən, rəhbərlərə və alimlərə qarşı edilən qeybət, adi insana qarşı edilən qeybətdən daha ciddidir. Bunun səbəbi odur ki, alimlərin qeybəti onların qoruduğu və insanları öyrətdiyi elmi hörmətdən salmasıdır. Bundan sonra insanlar həmin alimlərin elmlərini inkar etməyə başlayırlar. Bu da dinə zərər vurur. Müsəlmanların rəhbərlərinə qarşı edilən qeybətə gəldikdə isə bu, onların nüfuzunu aşağı salır və insanların onlara qarşı çıxmasına gətirib şıxarır. İnsanlar müsəlmanların rəhbərlərinə qarşı üsyana qalxdıqda hərc-mərclik yayılır”. (Şərh Riyadus-Salihin, 1/340).
Alimlər rəhbərləri söyməyi qadağan etdikdə, müsəlmanların rifahını fikirləşirlər. Belə ki, bunun müsəlmanlar üçün nə dərəcədə ağır nəticələr verdiyini başa düşürlər. Cavanlar isə bunu dərk etməkdə çətinlik çəkib öz hissiyatlarına qapılır və alimlərin yaltaq olmasını düşünürlər.
Rəhbəri söyənə sələfilər necə münasibət bəsləyirdilər?
Rəhbərləri pisləmək və söymək Xavariclərin xüsusiyyətlərindəndir. Rəvayət edilir ki, Uqbə ibn Vassəc (Allah ona rəhm etsin) demişdir: “Mənə xavariclər və onların rəhbərləri pisləmələri haqda danışırdılar. Bir dəfə də mən Abdullah ibn Amra rast gəldim və ona dedim: “Sən Allah Elçisinin - sallallahu aleyhi və səlləm - sağ qalan səhabələrindənsən və Allah sənə elm bəxş etmişdir. Burda İraqdan olan insanlar öz rəhbərlərini pisləyirlər və hamının eşidəcəyi tərzdə onların zəlalətləri haqqında danışırlar. Sən bu haqda nə deyə bilərsən?” O dedi: “Onlar Allahın, mələklərin və bütün insanların lənət etdiyi şəxslərdir”. (İbn Əbu Asim “əs-Sunnə” 934; əl-Bəzzər, 297. əl-Albani “Ziləlul-Cənnə” (934) səhih olduğunu bildirmişdir).
Rəhbərləri söymək həmçinin münafiqliyin əlamətlərindəndir. Belə ki, Əbud-Dərdə (Allah ondan razı olsun) demişdir: “Həqiqətən, münafiqliyin ilk əlaməti müsəlmanların rəhbərini söyməkdir”. (İbn Abdul-Bərr “ət-Təhmid” 21/287).
Sələflər rəhbərləri söyməyi bidətçilərin əlaməti kimi görürdülər. İmam əl-Bərbəhari (Allah ona rəhm etsin) demişdir: “Müsəlmanların rəhbərinə dil uzadan bir kimsə görsən, bil ki o, nəfs və hava əhlindəndir. Rəhbər üçün Allahdan xeyir və bərəkət istəyən kimsə görsən, bil ki o, Sünnə əhlindəndir”. (Sərhus-Sunnə, 113).
Müsəlman rəhbərlərini pisləməyin qadağan edilməsi və onlar üçün dua etməyə təşviq, heç də onları tərif etmək kimi başa düşülməməlidir. Bu eyni şey deyil. Rəvayət edilir ki, Fudeyl ibn İyad (Allah ona rəhm etsin) demişdir: “Əgər mənim qəbul ediləcək bir duam olsaydı, onu mütləq rəhbər üçün edərdim. Çünki, bizə onların islah olunmaları üçün dua etmək əmr, bəd dua etmək isə qadağan olundu. İstərsə haqsızlıq, istərsə də zülm etsinlər. Çünki, onların zülm və ədalətsizlikləri özlərinin əleyhinədir. Ədalətli olmaları isə həm özlərinin, həm də müsəlmanların xeyrinədir. Digər tərəfdən onların islah olunmaları ilə ümmət də islah olur, çünki mənim yaxşı əməl sahibi olmağım yalnız özümün, rəhbərin yaxşı əməl sahibi olması isə bütün müsəlmanların xeyrinədir”. Bu sözləri eşidən İbn əl-Mubarək (Allah ona rəhm etsin) onun alnından öpərək: “Ey xeyir işlərin müəllimi! Bunu sənin kimi gözəl şəkildə kim çatdıra bilərdi?” (“Şərhus-Sunnə”, səh. 114; Əbu Nueym “Hilyətul-Əuliyə”, 8/ 91).
Əbu Osman əz-Zahid (Allah ona rəhm etsin) demişdir: “Rəhbərə nəsihət et! Onun mömin olması və əməllərdə, sözlərdə və qərarların qəbul edilməsində doğru yola gəlməsi üçün dua et! Əgər rəhbərlər düzələrlərsə, bunun səbəbilə camaat da düzələr. Rəhbərləri lənətləməkdən çəkin! Çünki, onlar şər və bəlalarını müsəlmanlara qarşı artıracaqlar. Müsəlmanlara şər və zərər vurmamalarından ötrü onlar üçün bağışlanma dilə!” (əl-Beyhəqi “əl-Cami li Şuabul-İman” 13/39).
Müsəlman rəhbərlərini söymək müsəlmanlar üçün şər, zülm və bəladır. Əbu Micləz (Allah ona rəhm etsin) demişdir: “Rəhbəri söymək – həlakdır”. (İbn Zəncəveyh “əl-Əmval” 1/78).
Əbu İshaq əs-Sabii (Allah ona rəhm etsin) deyirdi: “Hansı camaat öz rəhbərini söyməyə başlayardısa, mütləq onun xeyrindən məhrum olardı”. (Əbu Amr əd-Dani “əl-Fitən” 1/405; İbn Abdul-Bərr “ət-Təhmid” 21/287).
Bu, bizim müasir dövrümüzdə şahidi olduğumuz vəziyyətdir.
Əbu İdris əl-Xaulani (Allah ona rəhm etsin) demişdir: “Rəhbəri söyməkdən çəkin, çünki bu – həlakdır. Həqiqətən, onları söyənlər şər olanların ən şərləridir”. (İbn Zəncəveyh “əl-Əmval” 1/78).
Diqqət edin! Sələflər rəhbərləri söyənləri ən şərli insan sayardılar.
İmam əl-Munavi (Allah ona rəhm etsin) rəhbərləri pisləmək haqda olan hədisi şərh edərkən demişdir: “Sələflər rəhbərləri lənətləməkdən çəkindirərdilər. Belə ki, həqiqətən bu yalnız müsəlmanlar üçün şər və bəlanı artırır”. (Feydul-Qadir, 6/499).
Bu ümmətin bir çox alimləri müsəlman rəhbərləri söyməyin qadağası haqda kitablar yazar, əsərlərində ayrıca başlıqlar qoyar və sələflərdən buna dair əsərlər gətirərdilər.
Bütün bu məlumatlar rəhbəri söyməyin, onun haqda pis danışmağın qadağan olunmasını, bunun çox ciddi fəsadlara gətirib çıxan əməl olmasına bir daha sübutdur. Bəs özünü Əhli-Sünnədən hesab edən və ya özünə sələfi deyən şəxs rəhbəri söyən ola bilərmi?! Əgər bu məlumatlardan xəbəri olan birisi özünün Əhli-Sünnədən olduğunu iddia etsə, lakin rəhbərləri – rəhbər zalım və fasiq olsa belə - söysə, onlar haqda pis danışarsa, Allahın və Onun Elçisinin haqq olan yolundan azmış biridir.
Təsəvvür edin ki, biriniz bir neçə nəfərin qarşısında nalayiq hərəkət edib. Bundan sonra bunu görənlərdən biri cümə xütbəsi zamanı sizin etdiyiniz əməli danışır və sizin adınızı çəkir. Məgər bu sizin xoşunuza gələrmi? Əlbəttə ki, belə hal heç kimin xoşuna gəlməz. Bəs, Allahın hakimiyyət verdiyi şəxsin eyibləri haqda hamının qarşısında danışan barəsində nə demək olar?!
Şeyx Abdur-Rahmən əs-Səədi (Allah ona rəhm etsin) deyirdi: “İnsanlar müsəlmanların rəhbərlərinin çatışmamazlıqlarını müzakirə etməkdən və onları pisləməkdən çəkinməlidirlər. Əksinə, onlar Allahdan onun haqq üzərində möhkəmlənməsini diləməlidirlər. Həqiqətən, müsəlmanların rəhbərlərini söyməkdə həm cəmiyyətə, həm də ayrı-ayrı fərdlərə böyük şər və zərər var. Rəhbərləri söyən, lakin onlara heç nəsihət etmək istəməyən insana rast gəlmək olar. Bu isə onlara qarşı xəyanətdir”. (Nurul-Bəsair val-Əlbab, 66).
Bu ümmətin alimlərinin bu məsələlərə yanaşması bu cür idi, çünki onlar Allahın dinini düzgün başa düşürdülər. Məgər bir sıra müsəlman ölkələrinin rəhbərlərini açıq şəkildə söymək, cümə xütbələrində onların eyibləri haqda danışmaq Allahın dininin daşıyıcısına yaraşarmı?! O ki qaldı “müsəlman zalım və fasiq rəhbərlərə necə münasibət bəsləməlidir? – sualına, şəriət bunu da diqqətsiz qoymayıb. Huzeyfə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - sallallahu aleyhi və səlləm - belə buyurdu: “Məndən sonra yalançı və zalım rəhbərlər olacaq. Kim onları yalanları və zülmlərində dəstəkləyərsə, o məndən mən də ondan deyiləm və hovuzuma yaxın buraxılmayacaq. Kim də onları təsdiq etməz və zülmlərində onlara kömək etməzsə, o məndən mən də ondanam və hovuzuma da buraxılacaq”. (İbn Əbu Asim, 759. əl-Albani “Ziləlul-Cənnə” (759)isnadının yaxşı olduğunu bildirmişdir).
Muhəmməd ibn əl-Munkədir (Allah ona rəhm etsin) demişdir: “Yezid ibn Muaviyəyə beyət edildikdə, bunu İbn Ömərə dedilər. O da dedi: “Əgər o, yaxşı olarsa, biz razı olacağıq. Əgər pis olarsa, səbir edəcəyik”. (İbn Əbu Zəmanin “Usulus-Sunnə” 990; İbn Sad “ət-Tabaqat” 4/182. İsnadı yaxşıdır).
Müsəlmanların zalım və fasiq rəhbərlərə qarşı olan münasibəti səbirdir. Uca Allahdan bizi və müsəlmanların rəhbərlərini doğru yola yönəltməsini diləyirik.
[1] Mərvan miladi təqvimi ilə 661-ci ildə Mədinənin əmiri təyin edilmişdir.