Bütün müsəlman ölkələrində özünə sələfi deyən elm tələbələri arasında əvvəllər sələfi olan, lakin sonradan müəyyən etiqadi xətalara düşən və bu xətalardan dönməyən adamları sələfi dairəsində saxlamaq problemi geniş vüsət almışdır. Həmin elm tələbələri etiqadi xətası olan şəxsdən sıravi müsəlmanları çəkindirmir, onların bu səhv addımına görə isə minlərlə sıravi müsəlman da həmin xətaları mənimsəyərək bidətə düşmüş olurlar.
bidətçilərin üslubları
Davamı...
6-cı şübhə: Sufilər belə bir şübhə yayırlar: “Qurani-Kərimdə haqlarında ayə enmiş kəslər Allahın tək ilah olmasına şəhadət gətirməyən, lə iləhə illəllah deməyən, Allahın Peyğəmbərini ﷺ qəbul etməyən, öldükdən sonra dirilməni yalan sayan, Quranı sehrə bənzədən bir toplum idilər. Biz isə Allahın tək olmasına şəhadət gətirir, Lə iləhə illallah deyir, Peyğəmbərin Allahın Elçisi ﷺ olmasına iman edir, Quranı təsdiqləyir, öldükdən sonra dirilişə inanaraq namaz qılır, oruc tuturuq. Siz bizi necə onlarla bərabər edirsiniz?!”
Sufilərin şübhələrini dəf etməzdən qabaq bilməyimiz lazım olan bir neçə məsələ var. Bu barədə elm olmadan onların şübhələrini dəf etmək olmaz.
Bidət əhlinin gətirmiş olduğu dəlillərdən biri də bu hədisdir: “Kim mənim qəbrimin yanında mənə salavat deyərsə, mən onu eşidərəm, kim uzaqdan deyər, səsi mənə çatdırırlar”. Bu hədis zəif və uydurma hədisdir.
Ölülər ümumi olaraq insanların danışıqlarını, çağırışlarını və dualarını eşitmirlər. Necə ki Allah buyurur: “Dirilərlə ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah istədiyinə haqqı eşitdirir. Sən isə qəbirlərdə olanlara eşitdirə bilməzsən” (Fatir, 22).
Səhabələr nə Muhəmməd Peyğəmbərin ﷺ qəbrinin yanına gedib ona olanları danışar, nə də onun öldükdən sonra qəbrindən bir şey istəyərdilər. Çünki bilirdilər ki, Peyğəmbər ﷺ hətta sağ olduğu vaxt qeybi bilməzdi və bu ayəni onlara oxuyar, namazlarını da bu ayələri oxuyar və gözəl şəkildə anlayaraq qılardılar.
“De: “Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən yalnız mənə vəhy olunana tabe oluram”. (əl-Ənam, 50).
Müxaliflər iddia edirlər ki, Peyğəmbər ﷺ qəbirdə bizi eşidir, əməllərimiz ona ərz olunur və kimin nə etdiyindən xəbərdardır.
Bu iddiaların bir neçə səbəbi var;
Bəziləri ayə və səhih hədisə istinad edirlər, lakin hədisi düzgün başa düşmədiklərinə görə bu yanlış əqidəyə düşürlər.
Bəziləri zəif, uydurma və əsli olmayan hədisləri dəlil gətirib azırlar. Bunların əsasən hədis elmindən anlayışı olmadıqlarına görə belə şeylər baş verir.
Bəzən səhabələrin Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sözlərini dəqiqləşdirmələri, onların Peyğəmbərin əmrini qəbul etməmələri və ya şəriətə tabe olmaq istəməmələri demək sayılmırdı. Çünki onlar bəzi məsələlərdə bir vəhyin qəti bir şəkildə gəlməsinə qədər ondan bəzi məsələləri tam bir şəkildə dəqiqləşdirərdilər. Əgər onlar bu sözün vəhy olduğunu və ya Allah Elçisinin demiş olduğu qəti bir hökm olduğunu bilərdilərsə, həmin sözü dərhal yerinə yetirməyə tələsər və buna hamısı birlikdə can atardılar.
İmam ən-Nəvəvi (Allah ona rəhm etsin) demişdir: “Peyğəmbər (sallallahu aleyhi və səlləm) səhabələrə yazını yazdırmağın daha uyğun olduğunu və daha gözəl olduğunu düşündüyü üçün onlara bunu yazdırmaq istədi. Bu o yazının yazdırılması üçün ya ona enmiş olan vəhy idi ki, sonra həmin vəhy nəsx olundu və Allah Elçisi (sallallahu aleyhi və səlləm) bunu yazdırmağı tərk etdi. Ya da Peyğəmbərin şəxsi ictihadı idi, O istəyirdi ki, səhabələrə yazı yazsın, sonra isə onu tərk etməyin daha məsləhətə uyğun olduğunu gördüyü üçün onu tərk etdi. (İmam ən-Nəvəvi “Şərh Muslim" 11/90).
"Onların məzarı üstündə mütləq bir məscid tikəcəyik!”- əl-Kəhf surəsinin 21-ci ayəsinin izahı
Uca Allah buyurur: “Beləcə, insanları onların halından xəbərdar etdik ki, Allahın vədinin həqiqət olduğunu və Qiyamət saatının gələcəyinə şübhə olmadığını bilsinlər. O zaman möminlər və kafirlər öz aralarında onların işi barəsində mübahisə edirdilər. Bəziləri: “Onların üstündə bir bina tikin. Rəbbi onların halını daha yaxşı bilir!”– dedilər. Mübahisədə üstün gələnlər isə: “Onların məzarı üstündə mütləq bir məscid tikəcəyik!”– dedilər”. (əl-Kəhf, 21).
Bidət insanı zəlalətə və parçalanmaya aparır. Bidətin çox təhlükəli olduğunu bilmək lazımdır. Bunun səbəbilə bidətin nə olduğunu, onun qisimlərini, ümmətə təhlükəsi və bidətə dəvətin necə olmasını bilmək lazımdır. Bu, birbaşa böyük alimlərin, sünnəni gözəl şəkildə bilənlərin işidir. Bu məsələdə səhlənkar davranmaq olmaz. Elmi olmayanın bidət əhlini dəvət etməsi icazəli deyil. Bidət əhlini dəvət edən insan Əhli Sünnənin üsul qaydalarını və hansı məsələlərdən uzaq durmağı bilməlidir.
Maturudilik nədir?
Maturudilik Əbu Mənsur Muhəmməd ibn Muhəmməd əl-Maturudinin adı ilə bağlıdır. O, miladi tarixlə 853-cü ildə Səmərqənddə anadan olmuş, 944-cü ildə (hicri 333) isə vəfat etmişdir. Qeyd etmək lazımdır ki, Əbu Mənsur əl-Maturudi sonradan onun adına çıxılan bidətlərin çoxundan uzaq olmuşdur. Bu bidətlər bəziləri aşağıdakılardır:
1. Murciələrin etiqadı – yəni halal saymağı bütün ediləcək əməllərdə şərt görmüşlər. Əhli Sünnə isə bəzi əməllərdə şərt görmüş, bəzilərində isə şərt görməmişdir. Sual olunsa ki, təkfir olunmasında etiqad edilməsi şərt olan əməldə qayda nədir? Cavab budur ki, bu məsələdə qayda dəlildir. Dəlil – təkfir olunacaq bir əməli edənin təkfir olunması üçün həmin adamın etiqad etməsi şərt görülməyibsə, həmin əməli edən bir-başa təkfir edilir.
Bidət əhli həmişə Əhli Sünnədən olanları dəlilsiz olaraq öz batil fikirləri ilə ittiham etmişlər. Amma bir şeyi iddia edən dəlil gətirməli olduğu kimi, bidət əhli də ittiham etdikdə dəlil ilə ittiham etmələri lazım idi. Bidət əhlinin etdiyi ittihamların dəlili olmazsa, bu ittihamların heç birinə baxılmaz, çünki bu, ancaq batil fikirlərdən meydana gələn ittihamlardır. Belə boş ittihamlar nəinki adi insanlara, həmçinin peyğəmbərlərə edilmişdir.
Şeyx Süleyman Ruheyliyə (Allah onu qorusun) belə bir sual verilir:
"Hörmətli Şeyx, sual verən deyir ki, Allah sizdən razı olsun, bəzi elm iddia edənlər deyirlər ki,
İslam dini rəhbərlə ona tabe olan insanlar arasındakı əlaqəni tam və gözəl şəkildə nizamlamışdır. İslam dinində hər iki tərəfin öz haqları var və bu haqlar tam şəkildə yerinə yetirməlidir. Rəhbərin üzərinə düşən vəzifə onun insanlara Allahın şəriəti ilə hökm etməsi və Allahın dininin çatdırılmasında onlara yardım etməsi, həmçinin, ədalətin yayılmasına yardım etməsi, hər bir fərdin haqlarının qorumasını təmin etməsi, istər daxili, istərsə də xarici düşmənlərdən və müsəlmanların haqlarını tapdalayanlardan qorumasıdır.
Əhli Sünnə vəl-Cəmaanın rəhbərlərə itaətin nə qədər önəmli olması haqda İslam alimləri əqidə kitablarında geniş yer ayırmışlar. Müsəlmanın həm bu dünyasının, həm də Axirət həyatının islah olması üçün rəhbərlərə itaət etməsi vacibdir.
Böyük alim İmam əl-Bərbəhari (Allah ona rəhm etsin) belə demişdir: "Əgər bir kimsəni rəhbərə (dövlət başçısına) bəd-dua edərkən görsən, bil ki o, hava (bidət) əhlidir və bir kimsəni da rəhbərin (dövlət başçısının) islahı üçün dua etdiyin görsən, bil ki o, Allahın izni ilə sünnə əhlidir.
Mahmud əl-Həddad Misir əsilli olub Səudiyyə Ərəbistanına köçdükdən sonra öz bidətini yayan bir insan olmuşdur. O, bidətlər yaymış və öz ətrafına özü kimi zəlalət əhlini toplamışdır. Həddadilərin bəzi əlamətlərini qısa olaraq qeyd edək:
1. Kim bidət sözü söyləmiş və ya bidət əməl etmişsə, bidətçi adlandırırlar. Onlar bir növ xavariclərin bidətinə oxşamışlar. Belə ki, xavariclərə görə küfr söz deyən və ya əməl edən qeyd şətsiz kafir olur. Həddadilərə görə də bidət edən qeyd şərtsiz bidətçi olur və onu Əhli Sünnədən çıxarırlar.