Bu hədis səhihdir, lakin bəziləri bu hədisin mahiyyətini öz istəklərinə uyğun şəkildə dəyişib insanlara çatdırmağa çalışırlar.
Rəvayət edilir ki, (bir dəfə) İbn Abbas (Allah ondan razı olsun): “Cümə axşamı! Nədir cümə axşamı?!”– deyib ağladı və onun göz yaşları yerdəki daşların üstünə düşməyə başladı. Sonra dedi: “Cümə axşamı Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) ağrıları şiddətləndi və o: “Mənə kağız gətirin, sizə elə bir yazı yazım ki, ondan sonra heç vaxt haqq yoldan azmayasınız”– deyə buyurdu. (Həmin vaxt oradakılar) mübahisə etməyə başladılar, halbuki onun hüzurunda mübahisə etmək olmaz. Onlar dedilər: “Peyğəmbərin vəziyyəti ağırdır!” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: “Məni rahat buraxın! Mənim olduğum hal sizin məni dəvət etdiyiniz şeylərdən daha xeyirlidir”. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ölüm ayağında üç şeyi vəsiyyət etdi: “Müşrikləri ərəb yarımadasından çıxardın! Mən (nümayəndələrə) hədiyyə verdiyim kimi, siz də (yanınıza gələn) nümayəndələrə hədiyyələr verin!” Üçüncü (vəsiyyətini isə) unutmuşam”. (əl-Buxari, 2825, 3053). Digər rəvayətdə bu əlavə var: “İbn Abbas belə deyirdi: “Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yazı yazmasına maneə törədən əsas problem, oradakılarn ixtilaf etmələri və çox danışmaları olmuşdur”. (əl-Buxari, 5237, 5669, 6818, 7366; Muslim, 3091, 4322).
Əhli Sünnə val-Cəməanın bu hədis haqda mövqeyi və batil əhlinə cavab
-
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) xəstə olduğu zaman səhabələrə ona qələm və kağız gətirməsini istəmişdir. Onlara bəzi şeyləri imla edib yazdırmaq istəmişdir. Lakin bu, vəhylə bağlı olan yeni bir şey deyildi. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) yazdırmaq istədiyi şeyi otaqda səhabələr arasında baş verən ixtilaf səbəbilə tərk etmişdir. Onun bundan imtina etməsi bir daha göstərir ki, vacib və din ilə əlaqəli bir məsələ, vəhy ilə əlaqəli məsələ deyildi. Bu dediyimizə dəlil budur:
-
Bu hadisə həftənin dördüncü günü baş vermişdir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) isə bundan dörd gün sonra, həftənin birinci günü vəfat etmişdir. Bu dörd gün ərzində onun başqalarından qələm və kağız istəmək imkanı var idi. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) bunu etməməsi və dörd gün ərzində bu məsələyə qayıtmaması onu göstərir ki, Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) endirilən və insanlara çatdırılması vacib olan məslələrdən deyildi. Əgər vəhydən olsaydı, onu gizlətməsi icazəli olmaz, Allah da buna imkan verməzdi.
-
Uca Allah şəriəti insanlara çatdırması səbəbilə Peyğəmbərini (ona Allahın salavatı və salamı olsun) tərifləmiş, insanlara kamil və tamamlanmış bir din endirmişdir. Günümüzdə kiminsə qələm və kağız hadisəsini dindən olan və ümmətin ehtiyacı olan bir şey olmasını iddia etməsi, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) boynuna düşən vəzifəni tam yerinə yetirməməsini və Allahın əl-Maidə surəsində dediyinin yalan olmasını iddia etməsi deməkdir. Belə ki, Uca Allah buyurur: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim” (əl-Maidə, 3). Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: “Bu yazının yazılması Allahın Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) vacib etdiyi və həmin vaxtda ona təbliğ etməsini istədiyi bir şey deyil. Əgər belə olsaydı, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ona əmr edilmiş bir əmri icra etməyi heç vaxt tərk etməzdi”. (İbn Teymiyyə “Minhəcus-Sunnə, 6/315-316). Digər yerdə İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurmuşdur: “Əgər bu, yazılması və bəyan edilməsi vacib olan bir məsələ olsaydı, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bunu edər və heç kimin sözünə qulaq asmazdı. Çünki o, Allaha ən çox itaət edən insan idi. Buradan da bu yazının vacib olmadığı üçün Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bu yazını yazmağı tərk etməsi görünür. Həmçinin bu yazının həmin vaxtda dini cəhətdən vacib olan məsələ olmamışdır. Əgər vacib olsaydı, o bunu edərdi”. (Minhəcus-Sunnə, 6/12).
-
Peyğəmbərlə (ona Allahın salavatı və salamı olsun) bir yerdə olan səhabələr onun sözünün həqiqi mənasını anlamaq üçün dayandılar. Əgər onlar bu sözün birbaşa icra edilməsinin əmr olduğunu başa düşsəydilər və belə bir işarə olsaydı, onlar Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) əmrini hamılıqla etməyə tələsərdilər. Çünki onlar haqda olan məlumatlara baxdıqda, onların Peyğəmbərin əmrlərini o dəqiqə sözsüz, etirazsız icra etmələrini və bunun hamılıqla tələsərək yerinə yetirilməsini yerinə yetirən bir camaat olduğunu görürük. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) namazda ayaqqabılarını çıxardığı zaman, onların hamısının namazda ayaqqabılarını çıxardığı görürük. Onlar söz və əmr olaraq eşitmədikləri, bu hərəkəti yalnız gördüklərinə görə itaət etmişdilər. Halbuki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) onlara belə şey əmr etməmişdi. Belə insanlar barəsində, onların Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun) vacib olan əmrinə, vəhyə aid olan bir məsələyə müxalif olduqlarını düşünmək olarmı?! Onlar Peyğəmbərin əmr etdiyini başa düşməmişdilər. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) onların otaqdan çıxmalarını istəyənə qədər bu məsələni vacib əmr olduğunu anlamaq üçün orada dayanmışdılar. Onlar vəhyə qarşı çıxmaqdan uzaqdılar. Hətta orada olanların bəziləri qələm və kağız gətirmişilər. Digərləri isə qələm və kağız gətirməsindən imtina etmişdilər və bunu Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) ağrısının şiddətindən belə deməsini düşünərək imtina etmişdilər. Bəziləri isə yaxşı bir əməli göstərəcək deyə onu narahat etməmək üçün bunda imtina etmişdilər. əl-Qurtubi (Allah ona rəhm etsin) demişdir: “Amma Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun) bu sözünə: “Gəlin sizə bir yazı yazım ki, məndən sonra yolunuzu azmayasınız”- gəldikdə isə, heç şübhəsiz “Gəlin...” sözü əmr və istəkdir. Bu söz orda olanların hamısına ünvanlanmışdır. Əgər bu sözə əməl etmək vacib olsaydı, onu eşidən və orda olan hər kəsə ona əməl etməyə tələsmək lazım olardı. Xüsusilə orada “Məndən sonra yolunu azmayasınız” ifadəsi var. Lakin bu kəlmə Ömər və orda olanlar üçün xeyirə yönəltmə kimi başa düşülür. Uca Allah buyurur: “Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yol göstəricisi, mərhəmət və müjdə olaraq nazil etdik” (ən-Nəhl, 89). Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) xəstə olduğuna görə səhabələr onun əziyyət çəkməsinə qarşı idilər, ona görə də bu ağrılı halda yazı yazmamasını və əziyyət çəkməməsini istəyirdilər. Digər dəstə isə daha çox izahların olması üçün bunun yazılmasını düşünürdülər. Buna baxmayaraq birinci dəstə qınanılmır, çünki onlar Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) əziyyət olmasın deyə belə düşünürdülər. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) nə onlara qarşı sərt davranmadı, nə də onları məzəmmət etmədi. Əksinə orda olan hər iki dəstəyə də onu tərk etməsini istədi: “Məni tərk edin, üzərimdə olduğum hal daha xeyirlidir”. (əl-Mufhim limə Əşkələ min təlxis Kitəbi Muslim, 19/15). İbn Həcər demişdir: “Səhabələrin bu yazının yazılmasını istənilməsində ixtilaf etməsi, baxmayaraq ki bu söz əmrə dəlalət edir, verilmiş əmrlərlə yanaşı onu vaciblikdən kənara çıxaran bir dəlil varsa, bir əmr vaciblikdən aşağı hökmə düşər. Ona görə də səhabələr bu məsələni müxtəlif cür başa düşmüş, ixtilaf etmişlər”. (Fəthul-Bari, 8/133-134).
Ardı var...
Əhli Sünnə val-Cəməanın bu hədis haqda mövqeyi və batil əhlinə cavab