Bidət əhlinin gətirmiş olduğu dəlillərdən biri də bu hədisdir: “Kim mənim qəbrimin yanında mənə salavat deyərsə, mən onu eşidərəm, kim uzaqdan deyər, səsi mənə çatdırırlar”. Bu hədis zəif və uydurma hədisdir.
Ölülər ümumi olaraq insanların danışıqlarını, çağırışlarını və dualarını eşitmirlər. Necə ki Allah buyurur: “Dirilərlə ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah istədiyinə haqqı eşitdirir. Sən isə qəbirlərdə olanlara eşitdirə bilməzsən” (Fatir, 22).
Nə Allahın kitabında, nə də Muhəmməd ﷺ səhih sünnəsində Allahın Rəsulunun ﷺ bütün çağırışları, insanların bütün sözlərini eşidir deyə bir şey varid olmamışdır. Kimsə bu barədə “Peyğəmbər ﷺ hər bir şeyi eşidir” və ya “hər bir şeyi bilir” deyə səhih olan bir dənə də olsun hədis gətirə bilməz. Peyğəmbərdə ﷺ rəvayət edilən xüsusi olan yalnız bir qeyd var ki, o da Peyğəmbərə ﷺ salavatın və salamın çatmasıdır. Bu məsələdə yaxından və uzaqdan salavat deməyin fərqi yoxdur. İstər həmin salavat deyən qəbrinin yanında, istər Mədinədə, istərsə də ən uzaq bir torpaqlarda Peyğəmbərə ﷺ salavat deyildikdə, bunu ona mələklər çatdırırlar. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ belə demişdir: “Bir adam mənə salam verəndə, mənim bu salamı almağım üçün Allah ruhumu geri qaytarır ki, cavab verim”. (Əbu Davud, 2041. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2266).
Heç bir səhih hədistə birbaşa dəlalət edərək Peyğəmbərin ﷺ özünün həmin salamı eşitməsi haqda qeyd edilmir. O salamı yalnız mələklər çatdırır. Yəni heç bir hədisdə yoxdur ki, “mən eşidirəm” deyilmir. Fərz etsək ki, Peyğəmbərin ﷺ özü salavatı eşidir, lakin salamdan başqa duaları, kiminsə müraciətini axı eşitmir.
Bidət əhlinin “bizim dünya həyatı kimi həyatdır” demələrindən belə çıxır ki, onlar yeyir, içir, gəzir, ehtiyacını ödəyirlər. Bu isə ağlı olan adama yaraşmayan sözdür. Peyğəmbərin ﷺ sağ olmasını iddia edənlər bu ayələrə qarşı çıxmışlar:
“Sözsüz ki, sən də öləcəksən, onlar da öləcəklər!” (əz-Zumər, 30); “Muhəmməd ancaq bir elçidir. Ondan əvvəl də, elçilər gəlib getmişlər. Məgər o ölərsə və ya öldürülərsə, siz dininizdən gerimi dönəcəksiniz?!" (Ali-İmran, 144); “Səndən əvvəl də heç bir bəşərə ölümsüzlük nəsib etmədik. Məgər sən öləcəksən, onlar həmişəlik qalacaqlar?! Hər kəs ölümü dadacaq. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!” (əl-Ənbiya, 34-35); “Hər kəs ölümü dadacaq. Sonra da Bizə qaytarılacaqsınız” (əl-Ənkəbut, 57); “Hər kəs ölümü dadacaq”. (Ali-İmran, 180); “Yer üzündə olan hər kəs ölməyə məhkumdur. Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir”. (ər-Rahmən, 26-27); “Sözsüz ki, sən də öləcəksən, onlar da öləcəklər!” (əz-Zumər, 30).
Bidət əhli Peyğəmbərin ﷺ sağ olmasını dəlil gətirərək övliya və öz şeyxlərinin sağ olduğunu, onların məclislərini ziyarət etdiklərini, ölən şeyxlərinin Peyğəmbərlə ﷺ görüşmələrini iddia edirlərsə, bəs yuxarıda gətirilən ayə və hədislərə necə cavab verirlər? Axı ayə və hədislərdə onların ölməsi deyilir. Onlara verəcəyimiz sualımız budur ki, axı siz bundan öncə saydığımız ayələri və hədisləri qarşı çıxmış olursunuz. Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: "...Qiyamət günü qəbri yarılaraq ən birinci oradan çıxan mən olacam...". (əl-Buxari, 2235, 2412; ət-Tirmizi, 3615, 3975).
Hər hansı ağlı başında olan bir müsəlmana “ölü bir kəsdən istədi” deyildiyi zaman o, “hər bir zaman diri olan Allahı qoyub nədən ölüdən istəyim” deyə ona sual yönəldər. Peyğəmbərin səhabələrindən heç biri bunu etməmişlər. Onlardan sonra gələnlər də bunu etməmişlər.
Peyğəmbərdən ﷺ bazar ertəsi və cümə axşamı tutulan oruc haqda soruşduqda belə buyurur: “O iki gündə əməllər Allaha təqdim olunur. Mən də əməllərimin oruclu ikən Allaha təqdim olunmasını istəyirəm”. (ən-Nəsəi “Sunən” 2358, 2370. Hədis həsən səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1043). Bu hədisdən Peyğəmbərin ﷺ özünün belə əməllərinin Allaha ərz olunduğu bilinir. Nə mükafatının verilməsi əlində olmayan, nə də etdiyi haqqa və səhvlərə görə cəzalandırılması əlində olmayan birinə əməllər nəyə görə ərz olunsun?
Həmçinin bidət əhli bu ayəni öz batil iddialarına dəlil gətirirlər: “De: “İşinizdə olun! Allah, Onun Elçisi və möminlər əməllərinizi görəcəklər. Sonra qeybi və aşkarı Bilənin yanına qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir”. (ət-Tövbə, 105). Bu ayəni Peyğəmbərin ﷺ əməllərə şahid olmasına, möminlərə ərz olunmasına dəlil gətirirlər.
Bu ayə Peyğəmbərin ﷺ sağ olduğu vaxta və Qiyamət günü əməllərin üzə çıxmasına aiddir. İbn Kəsir (Allah ona rəhm etsin) də, həmçinin bunun Qiyamət günü baş verəcəyini deyir. “O gün siz məhşərə gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcək” (əl-Həqqa, 18); “Sirlərin sınaqdan keçiriləcəyi gün” (ət-Tariq, 9); “və kökslərdə olanlar aşkar ediləcəyi zaman” (əl-Adiyat, 10). İmam Əhməd (Allah ona rəhm etsin) də bunu qeyd etmişdir. Əməllərin və münafiqlərin əməllərinin açılması Qiyamət günü baş verəcək. Onların gətirmiş olduğu bu ayə münafiqlər barəsində gələn ayədir və əməllərin Peyğəmbərə ﷺ ərz olunmasına heç bir aidiyyatı yoxdur. Həmçinin Peyğəmbərin ﷺ Qiyamət günü hovuzun yanından qovulacaq şəxslər barəsində olan hədis də onun vəfat etdikdən sonra olanlardan xəbərdar olmamasını göstərir. (İbn Kəsir "Əzəmətli Quranın Təfsiri", ət-Tövbə surəsi 105-ci ayəsinin təfsiri).
Həmçinin bidət əhli deyirlər ki, əgər salavat deyilən vaxt Peyğəmbərə ﷺ ruhu qaytarılırsa, deməli dünya çevrə şəklində olduğu üçün, hər yerdə də namaz qılan olduğuna görə təşəhhüddə salavat deyir, deməli Peyğəmbərin ﷺ ruhu həmişə bədənində olur. Burdan da çıxır ki, Peyğəmbər ﷺ sağdır. Cavab da budur ki, birincisi, yuxarıda da qeyd etdik ki, qəbirdə olan həyat bizim həyat və diriliyimiz kimi deyil. İkincisi, hədisdə yalnız salavatı qaytarmaq üçün Peyğəmbərin ﷺ ruhu bədəninə qaytarılır. Üçüncüsü, qəbir aləmində gündüz və gecənin, vaxtın, saatın necə olması haqda bizdə bir məlumat yoxdur. Biz bunun bizim saatlarla üst-üstə düşməsini, bərabər olmasını necə iddia edə bilərik.? Axı bu qeybi məlumatdır və Allah və Onun Elçisi ﷺ bizə bu haqda bir məlumat bildirməmişdir. Dördüncüsü, hər hansı bir səhabə gecə-gündüzü dəlil gətirib bunu iddia edibmi?
Gördüyümüz kimi bu da bidət əhlinin əvvəlki iddiaları kimi batil iddiadır.