İmam ən-Nəvəvi (Allah ona rəhm etsin) demişdir: “Peyğəmbər (sallallahu aleyhi və səlləm) səhabələrə yazını yazdırmağın daha uyğun olduğunu və daha gözəl olduğunu düşündüyü üçün onlara bunu yazdırmaq istədi. Bu o yazının yazdırılması üçün ya ona enmiş olan vəhy idi ki, sonra həmin vəhy nəsx olundu və Allah Elçisi (sallallahu aleyhi və səlləm) bunu yazdırmağı tərk etdi. Ya da Peyğəmbərin şəxsi ictihadı idi, O istəyirdi ki, səhabələrə yazı yazsın, sonra isə onu tərk etməyin daha məsləhətə uyğun olduğunu gördüyü üçün onu tərk etdi. (İmam ən-Nəvəvi “Şərh Muslim" 11/90). Bu mənada Hafiz İbn Həcər də demişdir. (Fəth əl-Bari, 8/134). Beləliklə, bizə aydın oldu ki, bu hal iki haldan kənara çıxmayıb, ya vəhy olub, sonra nəsx olunub, ya da Peyğəmbərin (sallallahu aleyhi və səlləm) ictihadı olub. Sonradan isə onu yazmağı tərk etməyin məsləhətə daha uyğun olduğunu gördüyü üçün onu tərk edib.
Bəzi azğın tayfalar Peyğəmbərin (sallallahu aleyhi və səlləm) özündən sonra həmin yazını yazmaq istəməsi, Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) xəlifə kimi seçilməsi və bunu vəsiyyət etməsini iddia edirlər. Görəsən onlar bu kağız və qələm hadisəsini nəyə belə çox şişirdirlər? Niyə onlar bu hədis üzərində belə oyunlar qururlar, fitnələr törədirlər? Biz onlara eyni sualı yönəldirik və onlara deyirik ki, “bəs ola bilməzdimi ki, bu kağız və qələm hadisəsində Peyğəmbər (sallallahu aleyhi və səlləm) özündən sonra xəlifə kimi Əbu Bəkri göstərsin, onu özünə xəlifə təyin etmək istəsin? Bu ola bilməzdimi? Siz yazılmayan bir vəsiyyətin Əli ibn Əbu Talib üçün olduğunu haradan bilirsiniz? Bəlkə həmin yazılmamış vəsiyyət Əbu Bəkrin xəlifə təyin edilməsi üçün olacaqdı?! Axı niyə siz bu hədisin üzərində belə fitnələr törədirsiniz? Axı sizə də yönəldilmiş olan bizim də suallarımız var. Şeyxul-İslam ibn Teymiyyə (Allah ona rəhm etsin) demişdir: “Kim elə zənn edib düşünsə ki, bu yazılması istənilən qələm və kağız hadisəsindəki vəsiyyət Əli ibn Əbu Talibi (Allah ondan razı olsun) xəlifə olması barədə idi, o, artıq Əhli Sünnə və şiələrin bütün firqələrdən olan alimlərin ittifaqına görə yolundan azmışdır. Artıq o böyük bir azğınlığa uğramışdır. Əhli Sünnəyə gəldikdə isə Əhli Sünnə Əbu Bəkrin Əlidən daha üstün və öndə gələn olmasında bütövlüklə icma etmişlər. Həmçinin Əhli Sünnə Əbu Bəkrin digər xəlifələrdən daha üstün olub öndə olmasına ittifaq etmişlər. Digər şiələrə gəldikdə isə onlardan Əlinin xilafətə daha haqlı olduğunu deyənlər belə demişlər: “Əlinin imam olmasına bundan öncə də açıq aşkar zahir bilinən naslar və dəlillər var”. Bu zaman biz onlara sual yönəldərək deyirik: “Əgər siz bunu iddia edirsinizsə, o zaman onun xəlifə olmasının yazı olaraq qeyd edilib yazılmasına heç bir ehtiyac qalmır”. (Minhəcus-Sunnə ən-Nəbəviyyə, 6/11) .
İbn Teymiyyə (Allah ona rəhm etsin) demək istəyir ki, müxaliflərə gəldikdə isə onlar, qələm və kağız hadisəsindən əvvəl də Əlinin xəlifə olması barədə dəlillərin açıq, aşkar və içərisində şəkk və şübhə olmayan sübutların olduğunu qeyd edirdilər. O zaman bu hədisin ətrafında qurulmuş bu oyun onların nəyinə gərəkdir? Axı sizin bu yazılmayan bir vəsiyyətə ehtiyacınız yoxdur. Bu hədisin ətrafında qurduğunuz bu böyüklükdə fitnələr və oyunlar nə üçündür? Təbii ki, onların bunu etməsi öndə gedən səhabələri gözdən salınıb, onların fəzilət və haqlarının tapdanmasından və aşağı endirilməsindən başqa bir şey deyil.
Mötəbər isnadla Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Əbu Bəkri özündən sonra xəlifə təyin etməsi rəvayət edilmişdir. Sonra isə bu vəsiyyəti tərk etmiş, onsuz da müsəlmanların Əbu Bəkri (Allah ondan razı olsun) seçəcəyini və ondan başqasının xəlifə olmasına razı olmayacaqlarını demişdir:
Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) belə demişdir: “Allah Elçisi (sallallahu aleyhi və səlləm) xəstələndiyi ərəfədə mənə belə buyurdu: “Əbu Bəkri, atanı, qardaşını bir yazı yazmağım üçün yanıma çağır. Mən arzu edənin təmənna edərək “Mən xəlifə olmaq üçün daha üstünəm!”- desin. Halbuki, Allah və möminlər isə yalnız Əbu Bəkr xəlifə görmək istəyir. (Muslim, 4399, 6332).
Həmçinin Peyğəmbər (sallallahu aleyhi və səlləm) ölümündən sonra Əbu Bəkrin (Allah ondan razı olsun) xəlifəliyə ən layiq səhabə olduğunu dəlil olan bir neçə hədisi qeyd edək:
Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə Peyğəmbər (sallallahu aleyhi və səlləm) öz xütbəsində demişdir: “Allah bir qula dünya həyatı ilə Öz yanında olan (nemətlər) arasında seçim etmək imkanı verdi və (o qul) Allah yanında olanları seçdi”. Əbu Bəkr (bu sözləri eşidəndə) ağladı. Mən öz-özümə dedim: “Əgər Allah bir qula dünya həyatı ilə Öz yanında olan (nemətlər) arasında seçim etmək imkanı verib və (o qul) Allah yanında olanları seçibsə, onda bu şeyxi ağladan nədir?” (Axırda bəlli oldu ki,) bu qul Peyğəmbərin (sallallahu aleyhi və səlləm) özü imiş. (Həqiqətən də,) Əbu Bəkr bizdən çox bilirdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Ey Əbu Bəkr, ağlama! Həqiqətən, insanlar arasında dostluqda və malını (xərcləməkdə) mənə ən sadiq olanı Əbu Bəkrdir. Əgər mən ümmətimin arasında özümə ən yaxın dost seçməli olsaydım, mütləq Əbu Bəkri seçərdim. Lakin İslamda qardaşlıq və sevgi (bundan da yaxşıdır). Qoy məsciddə Əbu Bəkrin qapısından başqa bütün qapılar qapadılsın!” (əl-Buxari, 446, 466)
İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə demişdir: “Mən özümə dost tutmaqdan uzağam. Əgər mən özümə yaxın dost seçmiş olsaydım, əlbəttə ki, Əbu Bəkri seçərdim. Lakin sizin yoldaşınız Uca Allahın dostudur”. (Əhməd, 3580; Muslim, 4395, 6327).
Rəvayət edilir ki, Cubeyr ibn Mutim (Allah ondan razı olsun) demişdir: “(Bir dəfə) bir qadın Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəldi və o, qadına (bir müddətdən sonra) gəlməyi buyurdu. Qadın: “Bəs gəlib səni tapmasam necə olsun?”– deyə soruşdu. Sanki o, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) vəfat edəcəyini qəsd edirdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Məni tapmasan, Əbu Bəkrin yanına gedərsən!” (əl-Buxari, 3659).
Bu hədislər açıq-aydın şəkildə Əbu Bəkrin Peyğəmbər (sallallahu aleyhi və səlləm) tərəfindən xəlifə təyin edilməsinə dəlildir. Həmçinin Peyğəmbər (sallallahu aleyhi və səlləm) xəstə olduğu günlərdə Əbu Bəkrin onun tərəfindən namaza imam təyin edilməsi, hər dəfə müsəlmanlara namazı Əbu Bəkrin qıldırması onun xəlifə olacağına açıq-aydın işarə idi. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bu əmrinin mənasını səhabələr çox gözəl bilirdilər. Bilirdilər ki, dində, ibadətdə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) onlar üçün təyin etdiyi öndər, onların dünyasında da öndər olmağa və başçı olmağa daha layiqdir. Bilirdilər ki, namazı yalnız Peyğəmbərin (sallallahu aleyhi və səlləm) xəlifəsi və təyin etdiyi dini öndər qıldıra bilər. Bu səbəblə də bizim dərdimiz kimin xəlifə olub-olmayacağı deyildir. Artıq yuxarıda qeyd edilən hədisdə də deyildiyi kimi Allah və möminlər Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) sonra Əbu Bəkrin xəlifə olmasını istədi. İnsanlar da Əbu Bəkrin xəlifə olmasını istədi. Allah bunu səhabələrə və bu ümmətə nəsib etdi.
Ardı var...