Müsəlman rəhbəri şəri (qanuni) rəhbər saymamaq bidət əhlinin yoludur

English
Video: 

Şeyx Süleyman Ruheyliyə (Allah onu qorusun) belə bir sual verilir:

"Hörmətli Şeyx, sual verən deyir ki, Allah sizdən razı olsun, bəzi elm iddia edənlər deyirlər ki,

"Ölkə başçısı müsəlman olsa da belə qeyri-şəri (qeyri qanuni) başçı sayıla bilər",
"Biz Allahın nazil etdiyi ilə hökm verməyən və çoxlu günahları olan müsəlman başçını təkfir etmirik, bununla yanaşı onu şəri başçı da saymırıq və ona olan itaəti Allaha olan itaətdən və Allaha yaxınlaşdıran ibadətdən də saymırıq. Bu başçıya yalnız qeyri-müsəlman başçıya itaət edildiyi kimi fayda baxımından itaət edirik". Bu fikri iddia edənlər deyirlər ki, bu fikir Əhli Sünnənin fikridir. Biz onları inkar edərək bu sözlərini bidət saymalıyıq, yoxsa susmalıyıq?

Süleyman Ruheyli (Allah onu qorusun) belə cavab verir: "Şeytan insana çoxlu saylı yollardan yaxınlaşır. Bu yollardan biri də şeytanın bəzi insanlara xoş göstərərək onlara, "Hakimiyyətin müsəlman başçı üçün bərqərar olaraq tamamladıqdan sonra itaəti vacib olan şəri (qanuni) başçı sayıldığına görə deyil, xeyir güdmək baxımından itaət olunur" deməsidir, çünki bəzi insanlar başçını təkfir etməyi qəbul etmir. Lakin ona deyilsə ki; "Bu başçı müsəlmandır. Onu təkfir etməkdən, müsəlmanların qeybətini etməkdən Allaha sığınırıq. Buna baxmayaraq o, şəriət ilə hökm vermədiyinə görə şəri (qanuni) hakim deyil, çünki onun günahları var".

Biz deyirik: Məsələnin kökünə əks olan bu söz bidət sözlər cinsindəndir. Əhli Sünnə val-Cəməa İslamı və hakimiyyəti sabit olan şəxsə, Uca Allaha asi olmaq xaricində, ona itaət etməyin vacib olmasında ittifaq etmişlər. Çünki, o, müsəlmanların əmr sahibi sayılır. Əhli Sünnə hakimiyyəti və İslamı sabit olana səhabə, Allahın övliyası və s. demirik. Hər bir insan öz əməlinə cavabdehdir. Lakin onlar (Əhli Sünnə) hakimiyyət baxımından deyirlər:

"O, Allaha asilik istisna olmaqla, itaəti vacib olan müsəlman rəhbərdir. Onun namusu və şərəfi müdafiə olunmalıdır. Səhvləri və eybləri danışıq və geyim tərzində olsa belə yayılmamalıdır. Çünki rəhbərə edilən təzim Allaha edilən təzimdəndir. Rəhbərin heybətini itirməyə çalışmaq isə bidət əhlinin yoludur. Əhli Sünnə val-Cəməa daha da irəli gedərək deyir ki, "Rəhbərin hakimiyyətə gəlməsi şəri yol ilə olmasa belə, hakimiyyətə gəlsə və hakimiyyət onunla və onun üçün bərqərar olarsa, onun hakimiyyəti şəri (qanuni) sayılır. Əgər bir rəhbər hakimiyyətə qılıncla gələrsə - ona qılıncla hakimiyyətə gəlməsi icazəli deyil - lakin hakimiyyətə gələr və rəhbər olarsa, bu iş onun üçün tamamlanarsa, onun hakimiyyəti və hökmü şəri olar və Uca Allaha asilik istisna olmaqla həmin rəhbərə itaət etmək vacib sayılır". Əhlü Sünnə val-Cəməa bu söz üzərində ittifaq etmişlər. Fərqi yoxdur, desək ki, kökündən bu məsələdə ixtilaf olmamışdır, yaxud da ilk əsrdə ixtilaf olmuş, sonra isə bu ixtilaf aradan qalxaraq bu məsələnin üzərində Əhli Sünnə val-Cəməa ittifaq etmişlər. Deməli, Əhli Sünnə val-Cəməanın icması ilə müsəlmanlardan bir şəxs müsəlmanlar üçün rəhbər olar və hakimiyyət onun üçün tamamlanarsa, o şəxs Allaha asilik istisna olmaqla itaət edilməsi vacib olan müsəlman rəhbər sayılır.

Şeyx Süleyman Ruheyliyə (Allah onu qorusun) verilən sualın video yazısı əsasında: