Müxaliflər iddia edirlər ki, Peyğəmbər ﷺ qəbirdə bizi eşidir, əməllərimiz ona ərz olunur və kimin nə etdiyindən xəbərdardır.
Bu iddiaların bir neçə səbəbi var;
Bəziləri ayə və səhih hədisə istinad edirlər, lakin hədisi düzgün başa düşmədiklərinə görə bu yanlış əqidəyə düşürlər.
Bəziləri zəif, uydurma və əsli olmayan hədisləri dəlil gətirib azırlar. Bunların əsasən hədis elmindən anlayışı olmadıqlarına görə belə şeylər baş verir.
Bəzən hədis ümumi mənada olsa da, bunu xüsusi olaraq anlayırlar, bu da ziddiyyətə gətirib çıxarır. Həmçinin əksinə, hədis xüsusi məna ilə müəyyən bir şəxs üçün deyilib, lakin onu ümumi mənaya yozaraq hər bir şeyə aid edirlər.
Bəzən bir aya zahirinə görə ümumi görünür, amma o, xüsusi və müəyyən bir şeyə aiddir. Həmçinin ola bilsin ki, ayə zahirinə görə müəyyən bir şeyə aid olaraq görünsün, lakin o özü-özlüyündə ümumi və hər bir kəsə aid olandır.
Bunu ən gözəl şəkildə bilən Peyğəmbərimiz ﷺ, sonra da səhabələr olmuşlar. Onlar Peyğəmbərin ﷺ sözləri və əməlləri ilə hansı şeyin qəsd olunduğunu görmüşlər.
Bu dediyimiz məsələyə dəlil olaraq bu ayəni qeyd etmək olar: “Allah sizə övladlarınız haqqında, kişiyə iki qadının payı qədər pay verilməsini buyurur...” (ən-Nisa, 11). Bu ayəyə zahirən baxdığımız zaman burada hökm ümumidir. Yəni miras valideyndən övlada keçir. Lakin Muhəmməd ﷺ sünnəsində “kafir müsəlmana varis və mirasçı ola bilməz” deyilmişdir. (Məcmuul Fətəva, 7/3991-393).
Bidət əhli bu ayırımı bilmədikləri üçün bu bidətlərə düşmüşlər. Ona görə bəzi dəlillər ümumi, bəziləri xüsusi olur, bəzi hallarda isə hər hansısa bir məsələyə bağlı olur.
Həmçinin qəbirdə olanların eşitməsinə bu hədisi dəlil gətirirlər. Aus ibn Aus (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: "Sizin ən fəzilətli gününüz cümə günüdür. Həmin gün Adəm yaradılmış, həmin gün də onun ruhu alınmışdır. Həmin gün Sura üfürüləcək, həmin gün diriliş və ölüm olacaqdır. Həmin gün mənə salavat deməyi çoxaldın. Həqiqətən, sizin salavatınız mənə ərz olunur". Səhabələr soruşdular: "Ey Allahın elçisi, bizim salavatımız sənə necə ərz olunur? Axı sən öldükdən sonra torpaq olacaqsan?" Peyğəmbər ﷺ dedi: "Şübhəsiz ki, Allah torpağa peyğəmbərlərin cəsədlərini yeməsini haram etmişdir". (İbn Məcə, 1636. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 2212).
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: "Mənim qəbirimi daimi ziyarətgaha çevirməyin. Evlərinizi də qəbir etməyin. Harada olsanız mənə salavat deyin. Həqiqətən, sizin salavatınız mənə yetişir". (Əbu Davud, 2026. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 7226).
Bu hədislər ikisi də səhihdir. Sadəcə bidət əhli bu hədisləri öz istəklərinə uyğun yozurlar. Onlar ya səhih hədisi götürüb etdiklərə əməllər dəlil olmadığı halda bu hədisi əməllərinə dəlil kimi gətirirlər. Ya da zəif və ya uydurma hədis üzərində öz etiqadlarını qururlar. Bu hədislərdə qeyd olunan odur ki, burada Peyğəmbərə xas olan salavat qeyd edilir. Bu hədislərdə Peyğəmbər ﷺ bunu aşkar şəkildə qeyd edir. Bidət əhli isə bunu ümumi şəkildə başa düşürlər və bizim əməllərimizin Peyğəmbərə ﷺ ərz olunmasını iddia edirlər. Bundan sonra onlara daha da irəli gedərək və hədlərini aşaraq iddia edirlər ki, "əgər bu hədislərə görə Peyğəmbərə ﷺ ruhu qaytarılar və salam ona çatarsa, demək o, öz qəbrində diridir. Onun öldükdən sonrakı həyatda olması və diri olması arasında fərq yoxdur". Sonra onlar bu şübhəni daha da dərinə gedərək Peyğəmbər ﷺ diridirsə, biz onun yanına gedib ona istəklərimizi deyə və ondan kömək istəyə bilərik. Sonra isə övliya saydıqları insanları da bura şamil etdilər. Kimin kəramətləri varsa, eyni şəkildə həmin övliyaların öldükdən sonra nələrin baş verdiyindən xəbərdar olduqlarını deməyə başlamışlar.
Onlar bunu istəyirlər ki, əgər peyğəmbərlər qəbirlərində diridirlər, biz onlara dua edir və onlardan istəyirik ki, onlar da bizim üçün Allaha yalvarsınlar. Çünki əgər onlar qəbirlərində diridirlərsə, onlardan nə isə istəmək icazəlidir.
Biz həmin bidət əhlinə demək istəyirik ki, peyğəmbərlərin qəbirlərində diri olması həqiqətdir, lakin bizim qadağan edib çəkindirdiyimiz onlardan hər hansısa bir şeyin istənilməsidir. Onlar vəfat edib dünya həyatında ölü adını aldıqdan və ölü kimi adlandırıb qəbrə qoyulduqdan sonra onlardan hər hansısa bir şeyin istənilməsi batildir. İstər bu istənilməyə istiğasə, istər onlara yönəlmə, istərsə də "onlar bizim üçün dua etsin" deyilsin, bunlar hamısı eyni şeydir və haramdır. Biz bu sözümüzlə onların qəbir həyatında hansı bir şəkildə diri olub-olmaması məsələsini müzakirə etmirik. Çünki kömək istənilməsi yalnız Uluhiyyət tövhidinin şərtidir və yalnız Allaha xasdır. Bidət əhli bizim bu sözümüzlə razı olmayıb desələr ki, “peyğəmbərlərin qəbirdə olan həyatları bizim dünyada yaşamaqda olduğumuz həyatımız kimi həqiqi bir həyatdır”, o zaman biz onların suallarına cavab olaraq deyirik:
Bu hədislərdə keçən həyat həqiqi həyat mənasına gələn həyat deyil və bu hədislərdən qəsd edilən də bu deyil. Çünki əgər həqiqətən də hədislərdən istənilən həmin qəbirdə olanların həqiqi həyat üzərində olduqları nəzərdə tutulsaydı, o zaman həqiqi həyatın tələbləri onların üzərinə yenidən vacib olardı. İstər əməl etmə cəhətdən, istər mükəlləf olmaq cəhətdən, istər ibadət etmə cəhətdən, istərsə də bundan qeyri olan dini əhkamların yerinə yetirilməsi cəhətindən. Əslində isə onların qəbirdə diri olması dünya həyatında olandan fərqlənir, çünki heç bir ağıl sahibi qeyd edib deməz ki, qəbirdə olanlara hətta peyğəmbərlər olsalar belə, onların üzərində dünyada diri olduqları vaxt vacib olan məsələlər onlara indi də vacibdir. Şübhəsiz, Peyğəmbərin ﷺ ölümü ilə həqiqi dünyəvi həyat və orada olan tələblər artıq bitmiş, qəbir həyatının həqiqiliyi başlamışdır, Biz də həmin həyata ölüm deyirik.
Necə ki Uca Allah Peyğəmbərin ﷺ də öləcəyini xəbər vermişdir: "Sözsüz ki, sən də öləcəksən, onlar da öləcəklər!" (əz-Zumər, 30). "Hər bir nəfs ölümü dadacaq". (Ali-İmran, 185). Uca Allah buyurur: "Səndən əvvəl də heç bir bəşərə ölümsüzlük nəsib etmədik. Məgər sən öləcəksən, onlar həmişəlik qalacaqlar?!" (əl-Ənbiya, 34). Kim bu ayələrdən sonra Peyğəmbərin ﷺ qəbirdə dünya həyatı kimi həqiqi bir həyatın yaşadığını deyərsə, artıq onlar bu ayələrə qarşı gəlmiş sayırlar. Peyğəmbərin ﷺ həmin hədisdə dediyi "Sizdən biri mənə salam verdiyi zaman Allah ruhumu mənə qaytarar", bu ruhun salamdan sonra qaytarılması sözünün deyilməsi, həmin ruhun bədəndə davamiyyətli olması mənasına gəlməz. Çünki burada ruhun bədənə qayıtması, müəyyən bir çərçivə və şərtlə hasil olması barədə qeyd var. Bu da salamdan sonradır.
Həmçinin "sizdən biri mənə salam verdiyi zaman ruhum bədənimə qaytarılar" ifadəsi, yəni salamdan öncə ruhu bədənində deyildi və bu da Peyğəmbərin ﷺ həqiqi həyatda olmamasına bir dəlildir.
Hədisin özünü Allah Rəsulunun ﷺ, bizim həyatda olduğumuz və yaşadığımız kimi bir həyatda olmadığına bir dəlildir. Ruh bədənə qayıtdıqdan sonra həmin ruhun davamiyyətli olaraq həmin bədəndə olması demək deyil. Bu onu tələb etmir. Həmçinin Qiyamət günü dirilişdən öncə də hər hansısa bir həyatın olmadığına və bizim adət etdiyimiz həqiqi dünyəvi həyatın var olması demək deyil. Əksinə bu ruhun bədənə və cəsədə qaytarılması, bərzəx həyatında (qəbir aləmində) olan ruhun qaytarılmasıdır. Bərzəxdə ruhun bədənə qaytarılması ilə ölünün üzərindən ölü adı götürülməz və sona qədər də həmin şəxsə ölmüş və ya ölən kəs deyilərək müraciət edilər.
Bəra ibn Azibdən rəvayət edilən uzun hədisdə "Ölən kəsin ruhu bədənə qaytarılar" deyilir. Bu, dünya həyatında olan həyat kimi deyil. Bizim dünyaya aid deyil, orada ona nemət və əzab verilməsini biz görə bilmədiyimiz kimi, bu həyat həmin şəxsin özünə aid, özünə məlum olan həyatdır. Bizim həyatdan fərqli bir həyatdır. Kim bu həyatın bizim həyat kimi olmasını iddia edərsə, artıq həm şəri, istərsə də əqli cəhətdən müxalif olan bir şey iddia etmişdir. Bunu İbnul-Hədi "əs-Sarim əl-Mumti" əsərində qeyd etmişdir. səh. 222-223.
Bu hədislərdə Allah Elçisinin ﷺ ruhunun bədəninə qayıtması salavat və salama görə baş vermişdir və başqa bir əməl və ya söz nəticəsində qayıtmadığı qeyd edilmişdir.
Peyğəmbərin ﷺ ölməsi və Rəbbinə qovuşması həqiqi bir ölümdür. Artıq o dünyada bizim öyrəşdiyimiz və üzərində olub vərdiş etdiyimiz bu həqiqi həyatda deyil. Peyğəmbərin ﷺ dediyi bütün hədislər ruhunun qayıtması, yalnız və yalnız salama cavab verməsinə, salam verilmə anında ruhun bədənə qayıtmasına aiddir. Bu bizim üzərində yaşadığımız hala aid deyil, bərzəx həyatına aiddir.
Səhabələr öz aralarında olan ən böyük problemlər, hətta qanlı döyüşlərdə belə Peyğəmbərin ﷺ qəbrinin yanına gəlib ondan hər hansısa bir yardım diləməz və ya aralarında olan problemin həll edilməsi üçün ondan bir şeylər tələb etməzdilər. Çünki onlar Peyğəmbərin ﷺ bu həyatda olmadığına, bərzəx həyatına aid olan bir həyatla yaşadığını dərk edirdilər.
Həmçinin bizim bidət əhlinə yönəltmiş olduğumuz suallardan biri də budur: Məgər onlar bilmirlərmi ki, qeybi bilmək yalnız tək Allaha aiddir? Uca Allah bu haqda buyurur:
“De: “Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər” (ən-Nəml, 65); “Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın”. (əl-Ənam, 59); “Elçilərin xəbərlərindən hər birini sənə söyləyirik ki, bununla sənin ürəyini möhkəmləndirək. Bu ayələrdə sənə həqiqət, möminlərə də öyüd-nəsihət və xatırlatma vəhy edilmişdir” (Hud, 120); “De: “Mən Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir zərər yetirməyə qadir deyiləm. Əgər qeybi bilsəydim, əlbəttə, özüm üçün xeyir artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə, iman gətirən bir qövm üçün qorxudan və müjdələyənəm”. (əl-Əraf, 188).
Öldükdən sonra Peyğəmbərin ﷺ qeybi bildiyini iddia edən, artıq bu ayələrə qarşı çıxmış sayılır.
Ardı var...