namaz qılmayanın hökmü

Əhli-Sünnə vəl-Camaatın əksər alimləri namazın vacibliyini inkar etmədən səhlənkarlıqdan tərk edənin kafir olmadığını demişlər.
Cumhur alimlərin rəyinə görə dəlillər əsasında namazın tərk edənin etdiyi küfr İslam ümmətindən çıxaran küfr deyildir.

Əhməd ibn Ruşd (Allah ona rəhm etsin) buyurur: “Namaz qılmayanı təkfir edənlərin əlində bəzi əsərlərin zahirindən başqa dəlil yoxdur”. (“Fəthul-Aliyyil-Malik” 2/ 346).

ardını oxu 1063 oxunma namaz qılmayanın hökmü

Cahillik Əhli Sünənin alimlərinin əksəriyyətinə (cumhura) görə üzrlüdür. Şeyx İbn əl-Useymin (Allah ona rəhm etsin) buyurur: “Cahilliyin üzürlü olması Quran və Sünnədən götürülmüşdür. Bir nəfər dəlil gətirə bilməz ki, insan cahilliyinə görə üzürlü deyildir. Çünki, Uca Allah buyurur: “Biz müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın”. (ən-Nisa, 165). Əgər cahillik üzr olmasaydı, Rəsulların göndərilməsində heç bir fayda olmazdı.

ardını oxu 375 oxunma mənhəc nədir, bidətçilərlə münasibət, cahilliyin üzrlü olması

“Rəhmli və mərhəmətli Allahın adı ilə! Allahın salamı və salavatı Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinə olsun.

ardını oxu 383 oxunma cahilliyin üzrlü olması, namaz qılmayanın hökmü

Hafiz İbn Rəcəb (Allah ona rəhm etsin) deyir: “Zəruri olaraq bilinir ki, Peyğəmbər (salləllahu aleyhi va səlləm) İslama daxil olmaq onun yanına gələnlərdən yalnız iki şəhadət kəliməsini qəbul edərdi və onun qanı bununla qorunulmuş olardı və onu müsəlman edərdi. Peyğəmbər (salləllahu aleyhi va səlləm) Usamə ibn Zeydin qılıncını üzərinə qaldırdıqda “lə iləhə illəllah” deyən kəsi öldürməsini inkar etmişdi və çox şiddətlə qınamışdı. Peyğəmbər (salləllahu aleyhi va səlləm) müsəlman olmağı istəyərək yanına gələnlərə namaz və zəkata riayət etməyi şərt qoşmazdı.

ardını oxu 480 oxunma cahilliyin üzrlü olması, namaz qılmayanın hökmü
Sual: Şeyx, insan ixtilaf etdikdə onun başına gələcək (ona tətbiq ediləcək) hökmlər barədə cahildirsə, üzürlü sayılırmı? Məsələn, namazı tərk etməyin küfr olduğunu bilmir?
ardını oxu 405 oxunma namaz qılmayanın hökmü

İslam beş əsas üzərində qurulmuşdur. Şəhadət gətirərək Uca Allaha və Onun Rəsuluna (salləllahu aleyhi və səlləm) iman gətirən şəxs İslama girmiş olur, amma bundan sonra ondan namaz, zəkat, oruc, həcc kimi vacib əməllər tələb olunur. Əksər İslam alimlərinə görə, vacibliyinə inanaraq namaz qılmayan kafir yox, böyük günah sahibi olan müsəlmandır. Bu alimlərə görə namaz qılmayan, amma Uca Allaha və Onun Peyğəmbərinə (salləllahu aleyhi və səlləm) iman gətirərək özünü müsəlman adlandıran adama "kafir" deməyin qadağan olmasının dəlillərindən bəziləri bunlardır:

ardını oxu 383 oxunma cahilliyin üzrlü olması, namaz qılmayanın hökmü

Abdullah ibn Şəqiq əl-Uqeyli (Allah ona rəhm etsin) adlı tabiin belə deyir: “Səhabələr hər hansısa bir əməlin tərkini namaz müstəsna olmaqla küfr saymazdılar”. (ət-Tirmizi 2622, 2831. Şeyx əl-Albani səhih məvquf olduğunu bildirmişdir).

Bu əsər isə bir neçə tərəfdən ziddiyətlidir:

ardını oxu 1039 oxunma namaz qılmayanın hökmü

Sual: Namaz qılmayan insana cənazə namazı qılmağın savabı var, yoxsa yox? Onun namaz qılmadığını bildiyi üçün cənazə namazını tərk edənə günah varmı? Eləcə də şərab içən və namaz qılmayan kimsənin halını bilənin ona cənazə namazı qılması icazəlidirmi?

ardını oxu 929 oxunma namaz qılmayanın hökmü

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, (bir dəfə) camaat soruşdu: “Ey Allahın elçisi! Qi­yamət günü Rəbbimizi görə biləcəyikmi?” (Peyğəmbər salləllahu aleyhi və səlləm) dedi: “Məgər siz bu­ludla örtülməmiş on dörd ge­cəlik ayı (görəcəyinizə) şübhə edirsiniz?” On­lar: “Xeyr, ey Allahın elçisi!”– deyə cavab verdilər. (Peyğəmbər salləllahu aleyhi və səlləm) dedi: “Mə­gər siz buludla örtülməmiş günəşi (görəcəyini­zə) şübhə edirsiniz?” Onlar: “Xeyr!”– dedilər. (Peyğəmbər salləllahu aleyhi və səlləm) buyurdu: “Rəbbi­nizi də beləcə görə­cəksiniz.

ardını oxu 540 oxunma digər, namaz qılmayanın hökmü
Əhli-Sünnə vəl-Camaatın əksər alimləri (cumhur alimlər) namazın vacibliyini inkar etmədən səhlənkarlıqdan tərk edənin kafir olmadığını demişlər. Burada belə bir sual ortaya çıxır: Əgər təmbəlliyindən dolayı namaz qılmayan kafir deyilsə, onda namaz qılmayana kafir adı verilən hədisləri necə başa düşək? Namaz qılmayanı kafir saymayan alimlər bu hədislərin belə deyilməsinin hikmətlərini açıqlamaqdan əvvəl  hədislərdə kecən kafir kəlmələrini doğru düzgün başa düşmək üçün küfrün (kafirin) iki növünün olduğunu bildirmişlər. Küfr (Kafirlik) iki yerə bölünür.
ardını oxu 899 oxunma dəlillər, namaz qılmayanın hökmü

Pages