namaz qılmayanın hökmü

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, (bir dəfə) camaat soruşdu: “Ey Allahın elçisi! Qi­yamət günü Rəbbimizi görə biləcəyikmi?” (Peyğəmbər salləllahu aleyhi və səlləm) dedi: “Məgər siz bu­ludla örtülməmiş on dörd ge­cəlik ayı (görəcəyinizə) şübhə edirsiniz?” On­lar: “Xeyr, ey Allahın elçisi!”– deyə cavab verdilər. (Peyğəmbər salləllahu aleyhi və səlləm) dedi: “Mə­gər siz buludla örtülməmiş günəşi (görəcəyini­zə) şübhə edirsiniz?” Onlar: “Xeyr!”– dedilər. (Peyğəmbər salləllahu aleyhi və səlləm) buyurdu: “Rəbbi­nizi də beləcə görə­cəksiniz.

ardını oxu 1157 oxunma namaz qılmayanın hökmü, dəlillər
Əhli-Sünnə vəl-Camaatın əksər alimləri (cumhur alimlər) namazın vacibliyini inkar etmədən səhlənkarlıqdan tərk edənin kafir olmadığını demişlər. Burada belə bir sual ortaya çıxır: Əgər təmbəlliyindən dolayı namaz qılmayan kafir deyilsə, onda namaz qılmayana kafir adı verilən hədisləri necə başa düşək? Namaz qılmayanı kafir saymayan alimlər bu hədislərin belə deyilməsinin hikmətlərini açıqlamaqdan əvvəl  hədislərdə kecən kafir kəlmələrini doğru düzgün başa düşmək üçün küfrün (kafirin) iki növünün olduğunu bildirmişlər. Küfr (Kafirlik) iki yerə bölünür.
ardını oxu 1993 oxunma dəlillər, namaz qılmayanın hökmü

Namazı tərk edəni kafir saymayanlar belə demişlər: “İslama girməklə insan üçün İslam hökmü sabit olmuşdur, yəni yəgin olaraq ona müsəlman hökmü verilmişdir. Belə bir insanı ancaq yəgin bir məlumata dayanaraq İslamdan çıxartmaq olar”.

ardını oxu 2007 oxunma namaz qılmayanın hökmü, dəlillər

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, bir gün Peyğəmbərə (sallallahu aleyhi və səlləm) cəmdək gətirdilər. Sonra bu cəmdəyin bel tərəfini (bişirib) ona verdilər. Ətin bu yeri onun xoşuna gəlirdi. O, ətdən bir tikə dişlədikdən sonra dedi: “Qiyamət günü mən insanların ən hörmətlisi olaca­ğam. Bunun nə səbəbdən belə olduğunu bilirsinizmi? Allah (bütün) insanları - əvvəlkiləri və sonrakıları - elə bir yerə yığacaq ki, carçı onları çağıra bilsin, gözlər də onları əhatə etsin.

ardını oxu 1073 oxunma cahilliyin üzrlü olması, namaz qılmayanın hökmü, dəlillər

İnsan müsəlman olmaq niyyətilə şəhadət gətirərək İslam çərçivəsinə girir və müsəlman olur. İlk olaraq müsəlman olmaq üçün şəhadət kəlməsi kifayətdir. Məsələn; əgər insan şəhadət gətirsə, əməl etməyə vaxtı olmasa (şəhadət gətirib sonra dərhal döyüşə atılan səhabə kimi) və yaxud cahilliyi üzündən əməlin ona vacib olduğunu bilməsə (Huzeyfə ibn Yəmənin Qiyamətə yaxın qoca kişi ilə qoca qadının Lə iləhə illəllah demələri hədisi) və belə halda ölsə, bu lə iləhə illəllah ona fayda verəcək. Kitablarda keçən sələflərin “İslam kəlmədir” sözündəki hikmət də məhz bundan ibarətdir.

ardını oxu 1240 oxunma cahilliyin üzrlü olması, namaz qılmayanın hökmü

Pages