English

ŞÜBHƏLƏRƏ CAVABLAR

Şübhəyə cavab:
Hüseyn ibn Əlinin (Allah ondan razı olsun) hadisəsi Yezid hamı tərəfindən rəhbər seçilməmiş baş vermişdir. Hüseyn Yezidə qarşı çıxmayıb. Kufə camaatı onu öz şəhərlərinə çağırırdılar. Ona görə də onun məqsədi Kufəyə getmək idi. Hətta onun Yezidə qarşı çıxmasını qəbul etsək də, bir səhabənin etdiyi dəlil deyil. Həmçinin, Hüseyn (Allah ondan razı olsun) iki dəfə bu fikrindən qayıtdı. Birincisi, əmisi oğlu Muslim ibn Əqilin xəbəri ona çatanda, ikincisi, də Kərbəlada. O, Yezidlə görüşmək istədi. Lakin, zalımcasına qətlə yetirildi.
ardını oxu 1763 oxunma Rəhbərlərə itaət
Şübhəyə cavab:
Bu şübhə sahiblərinə deyilir: “Əhli Sünnənin bəzi kitablarında rəhbərə qılıncla qarşı çıxmağın qadağan olmasına gəlincə, bu o demək deyil ki, dil ilə rəhbərləri pisləmək olar. Əgər Uca Allah bir günahı qadağan edibsə, ona  aparan yolları da qadağan edib. Məsələn, baxışın son mərhələsi sayılan zinanın qadağan olunması, gözlə harama baxmağın qadağan olunmasına dəlildir. Həmçinin, dil ilə hakimlərin əleyhinə danışmağın son mərhələsi sayılan xurucun (rəhbərə qarşı çıxmaq) qadağan edilməsi də rəhbərlərin əleyhinə danışmağın qadağan olmasına sübutdur.
ardını oxu 853 oxunma Rəhbərlərə itaət
Şübhəyə cavab:
Həzrət Əlinin (Allah ondan razı olsun) sözü olaraq rəvayət olunan "onlar bizə qarşı həddi aşmış qardaşlarımızdır" əsəri zəifdir, isnadında sınıqlıq və münkər hədis rəvayət edən ravi var. Amma “onlar bizə qarşı həddi aşmış bir qövmdürlər” əsəri səhihdir. Həmçinin, onlarla yumşaq olmaq olmaz, çünki Sünnəyə tabe olmaq bizdən bunu tələb edir. Xəvariclərin şər, fitnə-fəsad törədən və Cəhənnəmə dəvət edən bir qövm olması haqqında yüzə yaxın hədis mövcuddur.
ardını oxu 823 oxunma Bidətçilərlə münasibət
Şübhəyə cavab:
Və aleykum Salam. Peyğəmbərmiz (salləllahu aleyhi və səlləm) ehtiyac olduqda səhabə xanımlarla (Allah onlardan razı olsun) danışmış, şikayətlərini dinləmiş, onların suallarına cavab vermişdir. Əbu Səid əl-Xudri (Allah ordan razı olsun) nəql edir ki: "Bir gün qadınlar Peyğəmbərə (salləllahu aleyhi və səlləm) belə dedilər: "Kişilər bizə (səndən söz soruşmağa imkan vermirlər. Digər hədisdə: "Ey Allahın Rəsulu! Ancaq kişilər sənin elmindən faydalanırlar). Odur ki, özün bizim üçün bir gün ayır. (Allahın sənə öyrətdikərini bizə də öyrət)".
ardını oxu 605 oxunma
Şübhəyə cavab:
Bidət əhli olan xavariclər insanlara “Kafirə kafir deməyənin özü kafirdir” şübhəsini ataraq, elmsiz müsəlmanları qorxuzur və beləliklə onların savadsızlığından istifadə edərək təkfirə salmış olurlar. Onların məqsədi bu kəlimələri insanlara məcburən dedizdirməkdir. Yəni, “əgər sən kafirə kafir deməsən özün də kafir olacaqsan”. Elmdə zəif olan, ibadətə yeni qədəm qoyan insanlar isə dini savadsızlıqlarından onların sözlərini təkrarlayırlar.
ardını oxu 1333 oxunma Təkfir
Şübhəyə cavab:
Şübhə olaraq "bidət və hava əhlindən xeyiri götürüb, şəri ataq" deyənlərə belə cavab verilir: İmam Malik ibn Ənəs (Allah ona rəhm etsin) deyir:  "Dörd nəfərdən elm götürülməz, bunlardan qeyrisindən götürülər: 1) Səfehdən, 2) insanları öz havasına çağıran hava əhlindən, 3) insanlarla danışığında yalançı olandan, hətta Peyğəmbərin (salləllahu aleyhi və səlləm) hədislərində yalanla ittiham olunmasa da belə və 4) fəzilət sahibi, saleh biri, ibadət əhli olsa da nə danışdığını bilməyən şeyx (və ya qoca).
ardını oxu 810 oxunma Bidətçilərlə münasibət
Şübhəyə cavab:
Üzərlərinə elm əhlinin hüccət qaldırdığı bəzi bidətçilərin Hafiz ən-Nəvəvi və Hafiz İbn Həcər kimi bəzi alimlərlə müqayisə etmək və ya eyni tutmaq barədə.
ardını oxu 625 oxunma
Şübhəyə cavab:
Bu şübhəyə cavab olaraq deyilir: İmam İbn Atiyyə (Allah ona rəhm etsin) deyir: “Ayədə olan “əgər tövbə etsələr” yəni, əgər hallarından (yəni, Allaha şərik qoşmağa tövbə edib, şəhadət kəlməsini dedikdən sonra müşriklikdən) dönərlərsə, onların tövbəsi imanı əhatə edən bir tövbədir. Namazı qılmaq isə imanı əhatə edən bir tövbədən sonrakı şərtdir. Allah: “Əgər tövbə etsələr” ifadəsini namaz və zəkatdan əvvəl zikr etmişdir. Bu da dini qardaşlıqla bağlı hökm verməkdə əsas qaydanın ayədəki tərtib olduğuna dəlalət edir”. (İbn Atiyyə “əl-Muharrəri Vəciz” 8/ 139).
ardını oxu 1153 oxunma Təkfir
Şübhəyə cavab:
Bu şübhə batil şübhədir. Daha ətraflı: Müasir dövrdə Cümə namazını tərk etmək nə dərəcədə düzgündür?
ardını oxu 971 oxunma Məscidə getmək
Şübhəyə cavab:
Həqiqətdə Məkkə müşriklər cahil deyildilər və Lə iləhə illəllahı gözəl dərk edirdilər. Uca Allah buyurur: “Öz aralarından onlara xəbərdarlıq edən bir peyğəmbər gəldiyinə təəccüb edərək kafirlər dedilər: "Bu, yalançı bir sehrbazdır! O, bütün məbudları bir məbudmu etdi? Həqiqətən, bu, əcaib bir şeydir”. (Sad, 4-5).
ardını oxu 2758 oxunma Təkfir
Şübhəyə cavab:
Bu şübhəyə cavab olaraq özünü İslama nisbət edən insanın onun barəsində dünya və axirət hökmünün ayrılmasına görə iddia edilən şübhələrin heç birinə Quran və Sünnədən dəlillər yoxdur.  Ona görə də hər məsələdə olduğu kimi bu məsələni də Qurana, Sünnəyə və Əhli Sünnə vəl-Camaanın əqidəsinə, fəhminə qaytarmaq lazımdır.
ardını oxu 936 oxunma Təkfir
Şübhəyə cavab:
Bu mövzuya toxunmadan əvvəl bunu qeyd edək ki, əməl imanın əsas göstəricisi və səmimiyyət işarəsidir. Həyatda hər bir şey isbat istədiyi kimi iman da isbat istəyir. Amma bütün dillərdə olduğu kimi ərəb dilində də bir şeyin kamilliyini tərk edənlər yerli-dibli tərk etmiş olaraq vəsfləndirilir.
ardını oxu 1271 oxunma Təkfir
Şübhəyə cavab:
Allahın endirdiyi ilə hökm verməmək barəsində Uca Allah: “Allahın endirdiyi ilə hökm etməyənlər əlbəttə kafirlərdir” (əl-Maidə, 44) ayəsində buyurduğu halda, alimlər bu ayədə qeyd edilən küfrün “kufrun dunə kufr", yəni insanı İslamdan çıxarmayan küfr olduğunu deyirlər. Allahın hökmü ilə hökm verməmək həm böyük küfr, həm də kiçik küfr ola bilər. Sadəcə bəzi insanlar əl-Maidə surəsinin 44-cü ayəsini yanlış anlayaraq, Allahın hökmü ilə hökm verməyənlərin mütləq olaraq kafir olduğunu düşünürlər.
ardını oxu 1055 oxunma Təkfir, Rəhbərlərə itaət
Şübhəyə cavab:
Məscidlər Allaha ibadət olunan, xüsusi hörmətə sahib olan yerlərdir və məscidlərin bəzəyi orada camaat namazı qılan mömin qullardır. Lakin son illərdə bəzi müsəlmanlar Allahın evlərindən uzaqlaşmasına səbəb olan müxtəlif şübhələrə düşmüşlər. Belə şübhələrə düşən müsəlman bilməlidir ki, əgər müşriklərin məbədlərində namaz qılmaq icazəlidirsə içində bəzən bəzi kimsələr tərəfindən bidət və küfrün edildiyi məscidlərdə namaz qılmaq isə heç bir sıxıntısız icazəli olmalıdır.
ardını oxu 1050 oxunma Məscidə getmək
Şübhəyə cavab:
Şeyx Muhamməd Saleh ibn əl-Useymindən (Allah ona rəhm etsin) bu barədə soruşurlar: “Bəzi insanlar deyirlər ki, cahillikdə üzr görənlər murciə məzhəbinə daxil olanlardır - buna necə baxırsınız?” Şeyx İbn əl-Useymin (Allah ona rəhm etsin) cavab verərək buyurur: “Cahilliyin üzürlü olması Quran və Sünnədən götürülmüşdür. Bir nəfər dəlil gətirə bilməz ki, insan cahilliyinə görə üzürlü deyildir.
ardını oxu 1355 oxunma Təkfir
Şübhəyə cavab:
Bu şübhə haqda Şeyxul-İslam İbn Teymiyyənin (Allah ona rəhm etsin) buyurur: “Bu cür təfriqə varmağın, dini məsələri bu cür bölməyin əsli yoxdur. Bu nə səhabələrdən, nə tabiinlərdən, nə də ki, imamlardan gəlməmişdir. Bu mötəzilə əqidəsindən götürülmüş bir şeydir”. (Məcmuul-Fətava, 23/ 346).  
ardını oxu 778 oxunma
Şübhəyə cavab:
Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Kim yalnız Allaha aid olan bir şeyi Allahdan başqası haqqında isbat edərsə, ona hüccət – elə bir hüccət ki, onu tərk edən kafir olur - çatdırıldıqdan sonra kafir olur”. (“Məcmuul-Fətava”, 1/ 112). Şeyxul-İslamın (Allah ona rəhm etsin) bu məsələlərdə belə cahilliyi üzr görməsinin ən böyük dəlillərindən biri budur ki, o, özü əl-Bəkrini təkfir etməmişdir. Halbuki, əl-Bəkri qəbirlərdən kömək istəməyin icazəli olması haqqında kitab yazıb.
ardını oxu 1370 oxunma Təkfir
Şübhəyə cavab:
Bu fikir kökündən səhvdir, o dövrdəki müşriklərlə indiki cahil müsəlmanlar arasında böyük fərq var: Məkkə müşrikləri:
ardını oxu 1782 oxunma Təkfir
Şübhəyə cavab:
Əvvəla, Muazın (Allah ondan razı olsun) hədisinə nəzər salaq: O, nə İslamda təzə idi, nə də haqq çatmayan yerlərdə yaşayırdı. Həmçinin, Əhməd ibn Hənbəlin (Allah ona rəhm etsin) həyatına nəzər salsaq, onun təkfir eləmədikləri nə İslamda təzə idilər, nə də haqq çatmayan, Quran və Sünnə olmayan alimlərin yanında yaşamırdılar. Əksinə, onlar İslamda təzə deyildilər və ətraflarında Quran və Sünnəni bilən alimlər var idi.
ardını oxu 861 oxunma Təkfir
Şübhəyə cavab:
Hədislərdə namazın tərk olun­ma­sına görə gələn küfr sözü kiçik küfrdür, yəni İslamdan çıxar­mayan küfrdür. Necə ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur:   مَنْ حَلَفَ بِغَيْرِ اللَّهِ فَقَدْ كَفَرَ أَوْ أَشْرَكَ   “Allahdan qeyrisinə and içən artıq küfr və ya şirk etmişdir”. (Əhməd, 2/ 125; ət-Tirmizi, 1535; əl-Albani “Səhihul-Cəmi”də (№ 6204) səhih olduğunu bildirmişdir).   سِبَابُ الْمُسْلِمِ فُسُوقٌ وَقِتَالُهُ كُفْرٌ  
ardını oxu 820 oxunma Təkfir

Pages