English

ŞÜBHƏLƏRƏ CAVABLAR

Şübhəyə cavab:
Bu şübhənin heç bir əsası yoxdur. Belə ki, Şeyxul - İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) bir çox kitabında vacibliyinə inanaraq namaz qılmayanı kafir saymamış, onu təkfir etməmiş və ona üzr gətirmişdir.  Şeyxul İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) təkfir etmək haqda belə buyurur:
ardını oxu 695 oxunma Təkfir
Şübhəyə cavab:
Əksinə, dörd məzhəbə və əksər İslam alimlərinə görə vacibliyinə inanaraq namaz qılmayan kafir deyil. Şeyx İbn Bəzz (Allah ona rəhm etsin) namaz qılmayanın hökmü haqda soruşulduqda, əksər İslam alimlərinə görə belə insanın kafir olmadığını söyləmişdir. Şeyxin səsli yazısından:   https://www.youtube.com/watch?v=dJwFmDuXvrU&list=PLgR96D7AN2sSgcNU-LqFfmzCmhiyDQKgb&index=3
ardını oxu 1369 oxunma Təkfir
Şübhəyə cavab:
Bu haqda Şeyxul-İslam ibn Teymiyyəyə (Allah ona rəhm etsin) sual vermişlər. Sualda deyilir: "Namaz qılmayan insana cənazə namazı qılmağın savabı var, yoxsa yox? Onun namaz qılmadığını bildiyi üçün cənazə namazını tərk edənə günah varmı? Eləcə də şərab içən və namaz qılmayan kimsənin halını bilənin ona cənazə namazı qılması icazəlidirmi?"
ardını oxu 616 oxunma Təkfir
Şübhəyə cavab:
Peyğəmbər (salləllahu aleyhi və səlləm) müsəlmanı öldürənin, qadına heyz vaxtı yaxınlaşanın, özünü atasından başqasına nisbət edənin, ox atmağı öyrəndikdən sonra onu tərk edənin və s. kafir olduğu və ya imanının olmadığını qeyd etmişdir. Lakin, bu onların kafir olaraq Cəhənnəmdə əbədi qalacaqları mənasına gəlmir. Həmçinin, vacibliyinə inanaraq namazı tərk edənin küfrü ilə əlaqələndirib, onların Cəhənnəmdə əbədi qalmalarını söyləmək düz deyil. Aşağıda qeyd edəcəyimiz hədislər zahirən bu əməlləri edənin küfr etdiklərini bildirməkdədir. Amma bu, onların kafir olması mənasına gəlmir.
ardını oxu 596 oxunma Təkfir
Şübhəyə cavab:
Şeyx Muhamməd ibn Hədi əl-Mədxəli (Allah onu qorusun) bu şübhəni belə dəf edir: Sual verən: "Allah sizi qorusun, "mən sənə zəmanət verirəm ki, sən qəbrində filankəsə və filankəsə bidətçi deməyin haqqında soruşulmayacaq, yalnızca dinin, peyğəmbərin və Rəbbin haqqında soruşulacaqsan" deyən kəs barədə rəyiniz nədir?"
ardını oxu 673 oxunma Bidətçilərlə münasibət
Şübhəyə cavab:
Hər bir müsəlman dini məsələləri öz nəfsinə görə deyil, şəriət çərçivəsində həll etməlidir. Əks halda bütün məsələlər qarışdırılır. Peyğəmbərimiz (salallahu aleyhi və səlləm) bizə öyrədib ki, valideyinlərin icazəsi və dövlət rəhbərinin əmri olmadan cihada getmək olmaz. Üstəlik müharibənin cihad sayılması üçün həmin müharibə Allahın dininin yayılması üçün kafirlərə qarşı aparılmalıdır. İndiki vəziyyətdə isə müsəlmanlar bir-biri ilə döyüşürlər, Allahın dini isə əksinə, gözdən salınır.
ardını oxu 545 oxunma Rəhbərlərə itaət
Şübhəyə cavab:
Əksinə, xəvariclərin zərəri daha böyükdür və ona görə də onların məscidlərində namaz qılmaq digərlərinin məscidlərində namaz qılmaqdan daha təhlükəlidir. Belə halda onların şübhələrinə və bidətlərinə yoluxmaq təhlükəsi var. Belə bir qayda var; “əgər seçimdə iki zərər varsa, ən az olanı seçirsən”. Əşarilərin və digər firqələrin zərəri xəvariclərdən daha azdır, çünki xəvariclərin bidəti ən təhlükəli bidətlərdəndir. Hətta, cahil insanla xəvaric arasında seçim edəndə cahil və asilik edən insana üstünlük vermək lazımdır.
ardını oxu 596 oxunma Bidətçilərlə münasibət, Məscidə getmək
Şübhəyə cavab:
Şeyx əl-Albani (Allah ona rəhm etsin) deyir: "Cərh edən şəxs lap bir nəfər olsa da belə və etdiyi cərhində də xəta etdiyi bilinmirsə, onda onun cərhi tədil edənlərin (tərifləyənlərin) hamısının, hətta cümhur olsalar belə onlardan önə çəkilir”. (“Silsilə Hudə van-Nur” 3; 01:18-ci dəqiqə). Daha ətraflı: Cərh məsələlərində nə üçün şeyx Rabinin sözü önə çəkilir?
ardını oxu 564 oxunma Bidətçilərlə münasibət
Şübhəyə cavab:
Təfsilatlı cərhdə alimlər cərh edilmiş şəxsin xətalarını sadalayıb ona elmi dəlillərlə rəddiyyə verirlər və həmin şəxsə fikrindən dönməsini nəsihət edirlər. Nəsihət fayda vermədikdə həmin şəxs təbdi olunur (bidətçi elan olunur) və artıq o insandan çəkinmək (ondan elm götürməmək) lazımdır. Şeyx əl-Albani (Allah ona rəhm etsin) deyir: "Cərh edən şəxs lap bir nəfər olsa da belə və etdiyi cərhində də xəta etdiyi bilinmirsə, onda onun cərhi təadil edənlərin (tərifləyənlərin) hamısının, hətta cümhur olsalar belə onlardan önə çəkilir”. (“Silsilə Hudə van-Nur” 3-cü kaset, 01:18-ci dəqiqə).
ardını oxu 423 oxunma Bidətçilərlə münasibət
Şübhəyə cavab:
Hamıya tövsiyyə edirəm ki, bu iki şübhəyə qulaq asmasınlar: Birinci şübhə: Deyirlər ki, kitabları oxuyuruq, bidət əhli ilə otururuq və sonra da haqqı götürüb, batili tərk edirik. Cavanların Sələfi mənhəcindən çıxmasında, bidət və batil əhlinin qucaqlarına düşməsində bu şübhənin çox böyük yeri var. Bu miskin, yazıq insan bidətlər olan kitabı oxuyur, sonra da haqla batili ayırd edə bilmir, haqqı batil, batili də haqq görür və buna görə də azır.
ardını oxu 654 oxunma Bidətçilərlə münasibət
Şübhəyə cavab:
Əksinə, indi şübhələr daha çoxdur. Onlarla oturub-durmamaq salamat mənhəcdə olanların öz mənhəclərini qorumaq xətrinədir. Bu daha şiddətli olmalıdır. Onlarla oturub-durmağa icazə verilsə, sufi, xavaric, rafizi və digər bidətlərə düşən insanların sayı çoxalacaq. Bidət əhli ilə oturub-durmamaq Əhli Sünnənin üsul qaydalarındandır. İnsan öz övladını pis uşaqlarla oturub-durmağa qoymur, onun pis vərdişlər etməməsinə, başqa insanların təsiri altına düşməməsi üçün nəzarət edirsə, necə ola bilər ki, əqidəsi xarab olan insanlarla oturub-durmağa icazə verilsin?!
ardını oxu 710 oxunma Bidətçilərlə münasibət
Şübhəyə cavab:
Ömər İbn Xəttabın (Allah ondan razı olsun) Təravih namazı haqqında "Nə gözəl bidətdir" sözünün izahı Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: "Ömər İbn Xattabın (Allah ondan razı olsun) bu gözəl tətbiqatı bidət olaraq adlandırması, şərii mənada deyil, lüğəvi mənada adlandırmışdır. Bunun səbəbi bidət kəliməsinin lüğəvi olaraq geniş bir misalı olmadan edilən hər şeyi özündə cəm etməsidir. Şərii olaraq bidət isə, haqqında şərri bir dəlil olmadan edilən tətbiqatdır". ("İqtida Sıratal-Mustəqim" səh. 276).
ardını oxu 924 oxunma Bidətçilərlə münasibət
Şübhəyə cavab:
Əhli-Sünnə vəl-Cəməada hakimlərə qarşı çıxmaqda ixtilaf yoxdur. İbn əl-Əşəsin Həccac ibn Yusufa qarşı çıxmasında isə o vaxtın alimlərindən Şəbi və digərləri Həccacın təkfirində xəta etmişdilər və bu xətalarını etiraf etmişdilər. Kiminsə xəta edərək bir fikri deməsi, sonra isə o xəta rəydən dönməsi kiminsə xəta rəyi dəlil gətirməsinə əsas vermir. Mütəşabih dəlillərlə, istər bu ayə, istər hədis, istər alimlərin kəlmələri və s. olsun, insanları bununla şübhəyə salmaq bidət əhlinin əlamətlərindəndir. Uca Allah buyurur: "Kitabı sənə nazil edən Odur.
ardını oxu 897 oxunma Rəhbərlərə itaət
Şübhəyə cavab:
O vaxt bizim indiki kimi şəriət kamil deyildisə də, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) etdiyi təbliğin özü o dövr üçün şəriətin kamil olması sayılırdı, yəni o vaxt üçün kamillik tövhidin iqrarı, təsdiqi idi. Nəcaşinin (Allah ona rəhm etsin) Allahdan başqasının hökmü ilə hökm verməsi haqda:
ardını oxu 821 oxunma Təkfir
Şübhəyə cavab:
Müvazənət - yəni pis əməllərini saydığının yaxşı əməllərini də saymalısan. Əgər sən həmin insanın yaxşı əməllərini də sayırsansa, ona tabeçiliyə ağırırsan. Bidət əhlini bəyan etdikdə onun xeyir əməllərini də zikr edirsənsə, insanları aldatmış olursan. Çəkindirmə məqamında yaxşı əməllər zikr olunmur. İmam Əhməd (Allah ona rəhm etsin) Hüseyn əl-Kərabisi Quran məsələsində "Quran olan ləfzin məxluqdur deməyən kafirdir" dedikdə, İmam Əhməd ondan çəkindirməyə və bidətçi deməyə başladı. Onu danışdırmamağı və hətta onu danışdıranı danışdırmamağa çağırırdı.
ardını oxu 644 oxunma Bidətçilərlə münasibət
Şübhəyə cavab:
Bu şübhəni gətirənlər bunu bidət əhlindən gətirirlər, çünki heç bir sələf alimi belə bir iddia ilə çıxış etməyib. Müvaiyə (Allah ondan razı olsun) hakimə qarşı çıxmırdı və tələbində haqlı idi. Osman ibn Əffanın (Allah ondan razı olsun) qatillərini tələb edirdi. Hakimiyyət məsələsində Əli ibn Əbu Talibə (Allah ondan razı olsun) qarşı heç bir narazılığı və etirazı yox idi. Lakin, Əli ibn Əbu Taliblə döyüşə qalxmaqda xəta etmişdi.
ardını oxu 711 oxunma Rəhbərlərə itaət
Şübhəyə cavab:
Hüseyn ibn Əlinin (Allah ondan razı olsun) hadisəsi Yezid hamı tərəfindən rəhbər seçilməmiş baş vermişdir. Hüseyn Yezidə qarşı çıxmayıb. Kufə camaatı onu öz şəhərlərinə çağırırdılar. Ona görə də onun məqsədi Kufəyə getmək idi. Hətta onun Yezidə qarşı çıxmasını qəbul etsək də, bir səhabənin etdiyi dəlil deyil. Həmçinin, Hüseyn (Allah ondan razı olsun) iki dəfə bu fikrindən qayıtdı. Birincisi, əmisi oğlu Muslim ibn Əqilin xəbəri ona çatanda, ikincisi, də Kərbəlada. O, Yezidlə görüşmək istədi. Lakin, zalımcasına qətlə yetirildi.
ardını oxu 1354 oxunma Rəhbərlərə itaət
Şübhəyə cavab:
Bu şübhə sahiblərinə deyilir: “Əhli Sünnənin bəzi kitablarında rəhbərə qılıncla qarşı çıxmağın qadağan olmasına gəlincə, bu o demək deyil ki, dil ilə rəhbərləri pisləmək olar. Əgər Uca Allah bir günahı qadağan edibsə, ona  aparan yolları da qadağan edib. Məsələn, baxışın son mərhələsi sayılan zinanın qadağan olunması, gözlə harama baxmağın qadağan olunmasına dəlildir. Həmçinin, dil ilə hakimlərin əleyhinə danışmağın son mərhələsi sayılan xurucun (rəhbərə qarşı çıxmaq) qadağan edilməsi də rəhbərlərin əleyhinə danışmağın qadağan olmasına sübutdur.
ardını oxu 709 oxunma Rəhbərlərə itaət
Şübhəyə cavab:
Həzrət Əlinin (Allah ondan razı olsun) sözü olaraq rəvayət olunan "onlar bizə qarşı həddi aşmış qardaşlarımızdır" əsəri zəifdir, isnadında sınıqlıq və münkər hədis rəvayət edən ravi var. Amma “onlar bizə qarşı həddi aşmış bir qövmdürlər” əsəri səhihdir. Həmçinin, onlarla yumşaq olmaq olmaz, çünki Sünnəyə tabe olmaq bizdən bunu tələb edir. Xəvariclərin şər, fitnə-fəsad törədən və Cəhənnəmə dəvət edən bir qövm olması haqqında yüzə yaxın hədis mövcuddur.
ardını oxu 650 oxunma Bidətçilərlə münasibət
Şübhəyə cavab:
Və aleykum Salam. Peyğəmbərmiz (salləllahu aleyhi və səlləm) ehtiyac olduqda səhabə xanımlarla (Allah onlardan razı olsun) danışmış, şikayətlərini dinləmiş, onların suallarına cavab vermişdir. Əbu Səid əl-Xudri (Allah ordan razı olsun) nəql edir ki: "Bir gün qadınlar Peyğəmbərə (salləllahu aleyhi və səlləm) belə dedilər: "Kişilər bizə (səndən söz soruşmağa imkan vermirlər. Digər hədisdə: "Ey Allahın Rəsulu! Ancaq kişilər sənin elmindən faydalanırlar). Odur ki, özün bizim üçün bir gün ayır. (Allahın sənə öyrətdikərini bizə də öyrət)".
ardını oxu 484 oxunma

Pages