English

ŞÜBHƏLƏRƏ CAVABLAR

Şübhəyə cavab:
Bu iddia batildir. Səhabələr namaz qılmayanı təkfir etməkdə icma etməmişdilər. Əgər səhabələr bu məsələdə icma etsəydilər, bu hədislər böyük çətinlik və ixtilaf yaradardı. Biz də onlardan bu hədislərin açıqlamasını və şərhini görərdik. Yəni, bu barədə əsərlər və şərhlər olardı. Amma biz tam əksini görürük. Heç bir səhabə bu hədisləri, yəni şəfaət hədislərini başa düşməkdə çətinlik çəkməmişdir. Bu da ən güclü dəlildir ki, "səhabələrin namaz qılmayanı təkfir etməsi haqda icması olub" deyənlərin sözü səhvdir.
ardını oxu 717 oxunma Təkfir
Şübhəyə cavab:
Bu düzgün deyildir. Çünki, əgər bir kafir İslama daxil olarsa, İslam onun keçmiş günahlarını aparar və o günahlar artıq tərəziyə qoyulmur. Əgər İslama gəldikdən sonra tövbəsinə sadiq olarsa, Uca Allah vəd verib ki, onun günahlarını tərəzinin sağ tərəfinə qoyacaq, o günahları savaba çevirəcək. Uca Allah buyurur: “Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onla­rın pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!” (əl-Furqan, 70). Allah bağışlanan günahlara görə əzab vermir.
ardını oxu 718 oxunma Təkfir
Şübhəyə cavab:
Burada söhbət təkcə bu kəlməni deməkdən getmir, məlumdur ki, burda mütləq qəlbi əməl olmalıdır. Yəni, əgər filan kəlməni demək qeyd olunubsa, mütləq qəlbə bağlanmalıdır. Misal üçün Peyğəmbər (salləllahu aleyhi və səlləm) əmisi Əbu Talibə “Lə iləhə illəllah” deməsini əmr edir. (əl-Buxari, 1360). Başqa hədisdə gəlib ki, ərəblərə deyilərdi: “Lə iləhə illəllah” deyin və nicat tapın”. (Əhməd, 23199.
ardını oxu 701 oxunma Təkfir
Şübhəyə cavab:
Şəfaət hədisləri əsrlərdir mövcuddur və bunlara heç kim mütəşabih hədis deməmişdir. İndi kiminsə bu hədislərə mütəşabih deməsi ağla sığmayan bir şeydir. Bu o deməkdir ki, o hədislər mütəşabih sözünü deyən şəxsin özünə mütəşabihdir. Əslində isə bunlar açıq aydın hədislərdir və Səhih əl-Buxari kimi səhihliyində şübhə olmayan mənbəələrdə mövcuddur.
ardını oxu 692 oxunma Təkfir
Şübhəyə cavab:
Bu batil iddiadır. Buna da dəlil Allah Rəsulunun (ona Allahın salavatı və salamı olsun) bu hədisidir.Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: “... Bundan sonra İzzətli və Qüdrətli Allah: “Mələklər şəfaət etdilər, peyğəmbərlər şəfaət etdilər, möminlər şəfaət etdilər. (Şəfaət etməyən) bircə rəhmlilərin Rəhmlisi qaldı”– deyə buyuracaq, sonra da heç vaxt yaxşılıq etməmiş bir toplumu ovuclayıb Cəhənnəmdən çıxaracaq”.
ardını oxu 844 oxunma Təkfir
Şübhəyə cavab:
Bu hədis elminə uyğun olmayan sözdür. Çünki, şəfaət hədisləri Buxari və Muslimdə keçir. Ümmətin böyük imamları Buxari və Muslimdə olan hədislərin qəbulunda icma etmişlər. Necə ki, bunu Şeyxul-İslam İbn Teymiyyə, İbn Həcər və başqaları (Allah onlara rəhm etsin) qeyd etmişlər.
ardını oxu 688 oxunma Təkfir
Şübhəyə cavab:
Əgər bir xəbərdə istisna zikr olunursa, ondan sonra xüsusiləşmək qəbul olunmur. Çünki bu, artıq Peyğəmbəri (salləllahu aleyhi və səlləm) “məsələni bizə tam bəyan etməyib”- deyə ittiham etməkdir ki, bu da batildir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) yalnız Tövhidi istisna etdi. Əgər lazım olsaydı, namazı da istisna edərdi. Demək namaz istisna deyildir. Həmçinin, namaz qılanlar, oruc tutanlar, həcc edənlər şəfaət hədisinin əvvəlində zikr olunmuşdur. Sonra isə deyilir ki, Cəhənnəmdən elə insanlar çıxacaq ki, onlarda yalnız sadiq qəlb ilə deyilən tövhid kəlməsi olacaqdır.
ardını oxu 690 oxunma Təkfir
Şübhəyə cavab:
Birincisi, bu kiçik şirk olsaydı, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Bəni İsrailin və öküzün misalını çəkməzdi. İkincisi, axı “Zətu Ənvat” hədisində “Səhabələr eləmədilər, istədilər. Eləsəydilər böyük şirkə düşmüş olacaqdılar” deyirlər. Amma Muaz (Allah ondan razı olsun) səcdə edərək əməl etdi. Nəticə olaraq möhkəm dəlillər zəif təvillərlə qarşılaşdırılır. Bu da düz deyildir.
ardını oxu 688 oxunma Təkfir
Şübhəyə cavab:
Bu iddianın Quran və Sünnədən açıq dəlilə ehtiyacı var. Cahillik bütün məsələlərdə üzürdür. Onu harasa, kiməsə xüsusiləşdirmək üçün dəlil lazımdır. Deyirlər ki “şəriət o zaman hələ tamamlanmamışdı”. Düzdü şəriət hər tərəfi ilə kamil olaraq tamamlanmamışdır. Amma bir çox tamamlanmış məsələlər var idi və onlardan ilki Tövhid idi. Biz bu üç hədisin tarixinə baxsaq, görərik ki, üçü də hicrətdən sonra olub. Birində - Allahdan qeyrisinə səcdə var (“Muazın səcdə etməsi” hədisi),
ardını oxu 759 oxunma Təkfir
Şübhəyə cavab:
Qarşılıqlı sual verilir: “Ehtiram səcdəsinin İslamda hökmü nədir?” Yusuf və Adəmə (Allahın onlara salamı olsun) edilən səcdənin gözəl bir əməl olmasinda ixtilaf yoxdur. Bizim şəriətdə isə bu qadağan olunmuşdur. Allahdan qeyrisinə edilən səcdənin dindən çıxardan bir amil olduğuna görə cahaləti üzür saymayanlar bu əməli edəni təkfir etmişlər. Üzür sayanlar isə cahillikdən etdiyinə görə müsəlman görmüşlər. Həmçinin, Muazın (Allah ondan razı olsun) səcdəsi gözəl bir əməl olsaydı, Peyğəmbər (salləllahu aleyhi və səlləm) bunu qadağan etməzdi.
ardını oxu 831 oxunma Təkfir
Şübhəyə cavab:
“Muazın səcdə etməsi” hədisində üstün kəlam bu hədisin həsən olmasıdır. İstəyənlər bu mənbələrə baxa bilər: İbn Macə, 1853; Əbu Nuaym, 137; İbn Hibban, 4150; 4171; Abdur-Razzaq "Musannəf" 20596; İbn Əbu Şeybə "Musannəf" 17126, 17127; Əhməd, 19420, 22046, 22047; ət-Tirmizi, 1159;  ən-Nəsai, 9147; Əbu Davud, 2140; əl-Hakim, 2763, 7326. və s. İbn Həcər sənədinə səhih demişdir. Şueyb əl-Arnavut həsən, Şeyx əl-Albani (Allah onlara rəhm etsin) “Səhih Hədislər Silsiləsi” adlı kitabında səhih demişdir.
ardını oxu 793 oxunma Təkfir
Şübhəyə cavab:
Şəriətdə miqdar ilə imanı batil edən heç bir şey yoxdur. Yəni, “bir dəfə etsən imanın olur, lakin heç etməsən imanın olmur!”- deyə bir şey yoxdur və bu batildir. Necə ki, Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) “Sarimul-Məslul” kitabında bu qaydanı qeyd etmişdir: “Əgər bir əməl insanı kafir edirsə, istər onu bir dəfə etsin, istər on dəfə etsin, fərq etməz. O, kafirdir”. Məs; Peyğəmbəri (səllsllahu aleyhi və səlləm) söyən. İstər bir dəfə söysün, istər on dəfə söysün, fərq etməz. O kafirdir. Və ya Quran ayəsini inkar edən. İstər bir ayəni inkar etsin, istər hamısını inkar etsin.
ardını oxu 797 oxunma Təkfir
Şübhəyə cavab:
Bu söz də mucməl, yəni iki mənalı sözlərdəndir. Çünki “Külli Əməl” deyəndə artıq buna qəlbi əməl də daxil olur. Əgər “Külli Əməli” deyərkən qəlbi əməllər də nəzərdə tutulursa, o zaman, doğrudur, qəlbi əməl olmayan insan kafirdir. Yox, əgər “Külli Əməli” deyərkən zahiri əməllər nəzərdə tutulursa, "Cinsul-Əməl" şübhəsinə - Quran, Sünnə və sələflərin sözlərindən ibarət cavabdan məlum oldu ki, zahiri əməlləri tərk etmək imanın əslini aparmır.
ardını oxu 847 oxunma Təkfir
Şübhəyə cavab:
İbn əl-Qeyyimin (Allah ona rəhm etsin) sözünə gəldikdə, bu ifadənin sağını-solunu kəsiblər. İbn əl-Qeyyim (Allah ona rəhm etsin) bu ifadəni İslamda olmayan kafirlər, avamlar barəsində demişdir. Məsələn, Çində, Hindistanda, hansısa haqq çatmayan kənddə yaşayan avam bütpərəstlər, krişnaçılar, buddistlər müəyyən olaraq haqq çatmasa, hüccət qaldırılmasa belə onlar kafirdirlər. İbn əl-Qeyyim (Allah ona rəhmət etsin) buyurur: “Rafizilərdən, cəhmiyələrdən, qədərilərdən olan avam və təqlid edən, haqqı axtarma imkanı olmayan cahillər təkfir olunmur. Ola bilsin ki, Allah onları bağışlayır.
ardını oxu 1084 oxunma Təkfir
Şübhəyə cavab:
Heç kim səhabələrin qılınclarını ağacdan asdıqlarını, bu feli işlədiklərini demir. Böyük küfrə düşmək üçün əməl şert deyil, sadəcə etiqad etmək kifayətdir. Kim Allahdan qeyrisinin ona xeyir və zərər verəcəyinə etiqad edirsə, o əməl etməsə belə kafirdir. Bircə məsələ qalır. Səhabələr, yalnız Allahdan xeyir və zərər umduqları halda qılınc asacaqları ağacı səbəb kimi seçmək istədilər? Yəni, bidət təvəssül kimi, yoxsa şirk olan təvəssül kimi? Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bənzətməsinə görə onların istəyi şirk təvəssül kimi idi.
ardını oxu 651 oxunma Təkfir
Şübhəyə cavab:
Bu batildir. Lap hesab edək ki, kimsə o rəyi götürüb. Bu o demək deyil ki, kim namaz qılmırsa kafirdir. Hətta o rəyi götürsək belə, təkfirin şərtləri o insana tətbiq olunmamış o insan kafir sayılmır. Necə ki, əgər sən oğrunun əlinin kəsilməsini təsdiq edirsənsə, bu o demək deyil ki, sən onun əlini kəsəsən. Namaz qılmayaı kafir görən alimlər belə təkfirin şərtləri tamamlanmamış kafir hökmü vermir və kafir adlandırmır. Necə ola bilər ki, şirk edən insanı dərhal kafir saymaq olmursa, namaz qılmayanı dərhal kafir sayaq? Bu batildir.
ardını oxu 1364 oxunma Təkfir
Şübhəyə cavab:
Bu üslub şübhə əhlinin üslublarındandır. Misal üçün dörd böyük məzhəb alimi namaz qılmayanı müsəlman sayıb, sadəcə olaraq İmam Əhməddən (Allah ona rəhm etsin) bu barədə bir neçə rəy sabit olub. Səhih də odur ki, İmam Əhməd namaz qılmayanı müsəlman sayıb. Necə ki, bunu Hənbəli məzhəbinin böyük alimlərindən olan İbn Qudamə (Allah ona rəhm etsin) öz “Muğni” əsərində qeyd edir.  
ardını oxu 1258 oxunma Təkfir
Şübhəyə cavab:
İlk növbədə, qeyd etmək lazımdır ki, Əhli-Sünnənin əqidəsindən xəbəri olan kəs bilir ki, Əhli-Sünnə “mucməl”, yəni üstü örtülü və ya iki məna daşıyan sözlərdən uzaq olub. Yəni sələflər daim mucməl sözlərdən qaçıblar. Onlar daima Quran və Sünnədə olan, səhabələrin, tabiinlərin və onlardan sonra gələn xeyirli sələflərin sözlərini istifadə ediblər. Yəni, onlar heç vaxt kəlam əhlinin sözlərini istifadə etməyiblər. “Cinsul-Əməl” mucməl, yəni iki məna daşıyan sözlərdəndir. Bu kəlməni nə səhabələr, nə tabiinlər, nə sələflər, nə də ki, onlardan sonra gələn böyük imamlar işlətməyiblər.
ardını oxu 825 oxunma Təkfir
Şübhəyə cavab:
Əli (Allah ondan razı olsun) xavariclərin dəlil gətirdikləri ayələr barəsində belə deyərdi: “Onlar haqq şüarlarla batilə qulluq edirdilər”. Əgər “Əməlsiz iman yoxdur” qaydası təfsilatsız tətbiq edilsə, artıq xavariclərin yoluna yönəlmiş olarıq, çünki, xavariclərin əsas qaydası “əməl getsə, iman da gedir” sözüdür. Bu qaydaya əsasən də böyük günah sahiblərini təkfir edirdilər.
ardını oxu 878 oxunma Təkfir
Şübhəyə cavab:
Şeyx əl-Albani (Allah ona rəhm etsin) belə buyurur: “Fikirləşin, belə bir şey ola bilərmi ki, Allah bir xalqa peyğəmbər göndərsin və onun xalqı da onu başa düşməsin. Əgər belə bir şey olsaydı, onda elçilərin göndərilməyinin bir hikməti qalmazdı. Allahın peyğəmbərləri öz qövmlərinin içərisindən seçməsi, peyğəmbərlərin öz qövmlərinin dilində danışması onların başa düşməsi üçün deyildimi?!
ardını oxu 959 oxunma Təkfir

Pages