"Səhabələr namaz qılmayanın kafir olması haqda icma etmişlər" şübhəsi

English

Səhabələr namaz qılmayanın kafir olması haqda icma etmişlər. Namazı tərk edənin kafir olması digər hədislər kimi deyildir. Həmçinin, Cəhənnəmdən çıxanların namazları var idi. 

Şübhəyə cavab: 

Bu iddia batildir. Səhabələr namaz qılmayanı təkfir etməkdə icma etməmişdilər. Əgər səhabələr bu məsələdə icma etsəydilər, bu hədislər böyük çətinlik və ixtilaf yaradardı. Biz də onlardan bu hədislərin açıqlamasını və şərhini görərdik. Yəni, bu barədə əsərlər və şərhlər olardı. Amma biz tam əksini görürük. Heç bir səhabə bu hədisləri, yəni şəfaət hədislərini başa düşməkdə çətinlik çəkməmişdir. Bu da ən güclü dəlildir ki, "səhabələrin namaz qılmayanı təkfir etməsi haqda icması olub" deyənlərin sözü səhvdir. Həmçinin, əgər səhabələr bu məsələdə icma etsəydilər, onlardan sonra gələn sələflərdən heç biri icmadan çıxaraq namaz qılmayanın kafir olub-olmamasında ixtilaf etməz, hətta buna cürətləri çatmazdı. Həmçinin, oxuyun:

Mövzular: