"Şəfaət hədisində Cəhənnəmdən çıxanlar İslama daxil olub və əməl etməyə vaxtları qalmayanlardır" şübhəsi

English

Şübhə olaraq deyirlər: "Şəfaət hədisində Cəhənnəmdən çıxanlar o kəslər olacaq ki, onlar İslama daxil olub və əməl etməyə vaxtları qalmayıb"  

Şübhəyə cavab: 

Bu düzgün deyildir. Çünki, əgər bir kafir İslama daxil olarsa, İslam onun keçmiş günahlarını aparar və o günahlar artıq tərəziyə qoyulmur. Əgər İslama gəldikdən sonra tövbəsinə sadiq olarsa, Uca Allah vəd verib ki, onun günahlarını tərəzinin sağ tərəfinə qoyacaq, o günahları savaba çevirəcək. Uca Allah buyurur: “Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onla­rın pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!” (əl-Furqan, 70). Allah bağışlanan günahlara görə əzab vermir. Hədisdə deylir: “…Cənnət əhalisi cəhənnəmdən çıxarılan kəslər haqqında deyər: “Bunlar Rahmənin azad etdikləridir. Allah onları heç bir yaxşılıq etməmiş, keçmiş heç bir xeyir əməli olmadığı halda Cənnətə saldığı kimsələrdir”. (Muslim, 182-183). Bu insanlar İslama girdikdən dərhal ölən və əməl etməyə macal tapmayanlar ola bilməz. Çünki, Uca Allah edilməyən günaha görə cəza vermir.

Mövzular: