“Lə İləhə İlləllah” deyən Cənnətə girəcəksə, deməli münafiqlər də Cənnətə girəcəklər" şübhəsi

English

Əgər “Lə İləhə İlləllah” deyən Cənnətə girəcəksə, deməli münafiqlər də Cənnətə girəcəklər. Çünki onlar da bu kəliməni deyirlər. 

Şübhəyə cavab: 

Burada söhbət təkcə bu kəlməni deməkdən getmir, məlumdur ki, burda mütləq qəlbi əməl olmalıdır. Yəni, əgər filan kəlməni demək qeyd olunubsa, mütləq qəlbə bağlanmalıdır. Misal üçün Peyğəmbər (salləllahu aleyhi və səlləm) əmisi Əbu Talibə “Lə iləhə illəllah” deməsini əmr edir. (əl-Buxari, 1360). Başqa hədisdə gəlib ki, ərəblərə deyilərdi: “Lə iləhə illəllah” deyin və nicat tapın”. (Əhməd, 23199. Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir). Onlar tək bu sözdən anladılar ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) onlardan şirki tərk etməyi, yəni qəlbən Allahın şəriətinə bağlanmağı istəyir. Yəni, söz ilə yanaşı təsdiq də lazım idi, lakin münafiqlər təsdiq etmirdilər. Onlar yalnız dildə ifadə edirdilər. Biz isə insanların zahirinə qiymət verdiyimizə görə, üzdə müsəlman kimi olan münafiqləri də müsəlman sayıb, onlara qız verir, onlardan qız alırıq, kəsdikləri əti yeyirik -- yəni, müsəlman kimi davranırıq. Qiyamət günü isə hər şey üzə çıxacaq və münafiqlərin gizlətdikləri küfr üzə çıxacaq.

Mövzular: