Təkfir

Şübhəyə cavab:
Cavab olaraq deyilir ki, bu ayə Allahın şəriətilə hökm edilməsinə yönəldən və onun vacibliyini vurğulayan bir ayədir. Bunda bizim heç bir ixtilafımız yoxdur. Bizdən heç kim Allahın hökmündən başqa bir hökm ilə hökm verməyin icazəli olmasını demir. Allahın şəriətini bilən hər bir müsəlman bilir ki, Allahın şəriətilə hökm etmək hər bir kəsə vacibdir. Həmçinin hər bir kəsin bildiyi və üzərində ixtilaf olmayan məsələlərdən biri də Allahın hökmündən başqası ilə mühakimə olunanın və ya başqa bir hökmlə hökm edənin günahkar olması və əzəmətli bir günaha düşməsidir.
ardını oxu 567 oxunma Təkfir
Şübhəyə cavab:
Buna cavab olaraq deyilir: Rahiblərə və keşişlərə itaət edilməsi iki haldan kənara çıxmır.
Birinci hal; Allahın halal etdiyini haram, haram etdiyini isə halal saymaqda onlara tabe olan etiqad. Bu etiqad ixtilafsız olaraq küfr etiqaddır.
ardını oxu 605 oxunma Təkfir
Şübhəyə cavab:
Birincisi, insanın Allahın hökmündən başqa bir hökmlə hökm etməsi, onun “mən də Allahla bərabər, Ona xas olan bir işdə Onunla eyniyəm” deməsi mənası vermir. İnsan öz hökmünün Allahın hökmü ilə bərabər və ya daha üstün olduğunu iddia etmədikcə, onun Allahın hökmü ilə hökm etməməsindən bu anlaşılmaz.
ardını oxu 1524 oxunma Təkfir
Şübhəyə cavab:
Cavab olaraq deyilir: Allahın hökmü ilə hökm etməyən hakim bütün hallarda Allaha şəriklik iddia etmiş sayılmaz. Bəzi hallar var ki, bu hallarda hakim təkfir edilməz və Allaha şərik qoşmuş sayılmaz. Əgər həmin hakim qoyduğu qanunları din adı ilə insanlara – Allahın dini olaraq təbliğ edərsə (əl-Mubəddil – dini dəyişən), həmin hakim küfr edər. Həmçinin Allahın hökmü ilə hökm verməməyi etiqad edərsə (əl-Mustəhil – halalı haram, haramı halal sayarsa), Allaha hökmlərində şərik qoşmuş sayılar. Yalnız bu iki halda bu ayənin hökmünə daxil olar. Digər hallarda bu ayənin hökmünə daxil olmaz.
ardını oxu 959 oxunma Təkfir
Şübhəyə cavab:
Bu ayə yalnız dini tamamilə dəyişənlərə şamil edilmişdir, çünki bu ayə iki vəsfi özündə cəm edəni təkfir etmişdir. Birinci - hər hansısa bir hökmü qanun etmək. İkinci - onu şəriətə aid etmək, yəni dindən saymaq. Buna təbdil hökmü deyilir. Təbdil hökmü – bir kəsin Allahın hökmü ilə hökm etməyərək, bu hökmün Allahın hökmü olduğunu iddia etməsidir. Bu da böyük küfrdür və insanı dindən çıxarır. İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “İnsan üzərində icma edilmiş bir halalı haram, haramı halal, icma ilə şəriətdən olan bir şeyi dəyişdirərsə, alimlərin ittifaqı əsasında kafir və mürtəd olar.
ardını oxu 740 oxunma Təkfir
Şübhəyə cavab:
Bu ayədə əldən gedən imanın əsli deyil, kamilliyidir. Yəni o insanın imanı naqis olar, lakin tam əldən getməz. Bu ayə imanın naqisləşməsinə hökm verir. Buna misal bu hədisi dəlil gətirmək olar:
ardını oxu 841 oxunma Təkfir
Şübhəyə cavab:
Buna iki yöndən cavab verilir.
ardını oxu 822 oxunma Təkfir
Şübhəyə cavab:
Buna cavab bu ayədə sadalanan küfrün kiçik küfr – yəni İslam ümmətindən çıxarmayan küfr olmasıdır. Buna üç yöndən dəlil var.
1) Əhli Sünnə alimləri bu ayənin zahirinə görə olmaması üzərində icma etmişlər, yəni bu ayənin hökmünü heç kim bir-başa təkfir etmək kimi başa düşməmiş və Allahın hökmü ilə hökm verməyəni bir-başa təkfir etməmişlər. 
Sual edilsə ki, bu ayədən bir-başa təkfir etmək başa düşülən deyilmi? Zahirən elə olsa da, Əhli Sünnə val-Cəməa bu ayəni zahirən götürməməyə icma etmişlər. Əksinə bu ayəni zahirən götürənləri xavariclər və mötəzilələrə nisbət etmişlər.
ardını oxu 1870 oxunma Təkfir
Şübhəyə cavab:
Bu, heç bir əsası olmayan batil şübhədir. Belə ki, heç bir sələf alimi İbn Teymiyyənin (Allah ona rəhm etsin) tövhid məsələlərində cahilliyin üzrlü olması haqda xəta etdiyini deməmişdir. Həqiqətdə də İbn Teymiyyə (Allah ona rəhm etsin) tövhid məsələlərində cahilliyin üzrlü olması haqda bir çox dəlilləri qeyd etmiş və cahilliyin bütün məsələlərdə üzrlü olmasın daha üstün rəy hesab etmişdir.
ardını oxu 1177 oxunma Təkfir
Şübhəyə cavab:
1. Biz ixtilaf anında Kitab və Sünnəyə qayıtmağa əmr olunmuşuq. Belə ki, Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə şəriətə uyğun şəkildə itaət edin. Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və Onun Elçisinə müraciət edin. Bu, sizin üçün daha xeyirli və nəticə etibarilə daha yaxşıdır” (ən-Nisa, 59). Müsəlman rəhbər zalım olsa, malını əlindən alsa, üsyankar birisi olsa belə ona qarşı çıxmağı qadağan edən və ona qulaq asıb itaət etmək haqda onlarla hədislər var.
ardını oxu 912 oxunma Təkfir, Rəhbərlərə itaət
Şübhəyə cavab:
Dinimizə görə hər böyük şirk edənin müşrik olması və ya hər böyük küfr edənin kafir olması məsələsi ümumi mənada başa düşülməlidir. Lakin bu, özünü İslama nisbət edən müəyyən bir şəxsə tətbiq edilmir. Belə ki, özünü İslama nisbət edən şəxs böyük şirk və ya küfr etsə belə, təkfirlə bağlı şəriətin bildirdiyi şərtlər tamamlanmamış və maneələr aradan qaldırılmamış, həmin insan təkfir edilmir. Daha ətraflı: 
ardını oxu 1525 oxunma Təkfir
Şübhəyə cavab:
İslam beş əsas üzərində qurulmuşdur. Şəhadət gətirərək Uca Allaha və Onun Rəsuluna (salləllahu aleyhi və səlləm) iman gətirən şəxs İslama girmiş olur, amma bundan sonra ondan namaz, zəkat, oruc, həcc kimi vacib əməllər tələb olunur. Əksər İslam alimlərinə görə, vacibliyinə inanaraq namaz qılmayan kafir yox, böyük günah sahibi olan müsəlmandır. Bu alimlərə görə namaz qılmayan, amma Uca Allaha və Onun Peyğəmbərinə (salləllahu aleyhi və səlləm) iman gətirərək özünü müsəlman adlandıran adama "kafir" deməyin qadağan olmasının dəlillərindən bəziləri bunlardır:
ardını oxu 1770 oxunma Təkfir
Şübhəyə cavab:
Bəzi insanlar Şeyx Muhəmməd ibn Abdul-Vahhabın (Allah ona rəhm etsin) tərtib etdiyi İslamdan çıxaran 10 məsələni düzgün başa düşməmiş və günaha düşən müəyyən insanı qeyd-şərtsiz kafir saymışlar. Bununla da onlar böyük bir xətaya və günümüzdə baş verən təkfir fitnəsinə düşmüşlər. Şübhəsiz ki, Muhəmməd ibn Abdul-Vahhabın (Allah ona rəhm etsin) gətirdiyi 10 əməl küfrdür, lakin özünü İslama nisbət edərək bu əməllərdən birini edən dərhal kafir sayılmır. Çünki, bu şəxs bu əməli bilməməzlikdən (cahillikdən), yalançı din xadimləri tərəfdən aldadılma və s.
ardını oxu 1638 oxunma Təkfir
Şübhəyə cavab:
Muhəmməd ibn Abdul-Vahhəb (Allah ona rəhm etsin) buyurur:
“Əgər biz Abdul-Qadir və Əhməd əl-Bədəvinin qəbirlərinin üzərində olan bütlərə ibadət edənləri cahillikləri və onlara heç kimin tənbeh etməmələrinə görə təkfir etmiriksə, biz Allaha şərik qoşmayanı necə təkfir edə bilərik? Həqiqətən, bu çox böyük bir böhtandır”. (Durarus-Səniyyə, 1/66).
“O ki qaldı, düşmənlərimin mənim haqqımda guyə ki, mən zənnə və dostluğa görə və ya hüccət qaldırılmayan cahili təkfir edirəm. Həqiqətən du açıq-aydın bir böhtandır”. (Məcmuu Məlifət, 3/14)
ardını oxu 2260 oxunma Təkfir
Şübhəyə cavab:
Quranın olması insana hüccətin çatması demək deyil. Belə ki, bu insanın Quranı açıb oxuması şərtdir. Oxuduqdan sonra onu öz başa düşdüyü kimi anlamamalı, bilənlərdən soruşmalıdır. Mücərrəd şəkildə Quranın olması insanlara hüccət deyil. Müəyyən bir şəxsi təkfir etmək üçün olan üçüncü şərt məhz hüccətin çatması haqqındadır: Təkfirdə üçüncü şərt: Hüccətin çatması 
ardını oxu 604 oxunma Təkfir
Şübhəyə cavab:
“Filan günahkar sənin qardaşındırmı?” sualı düzgün deyil. “Filankəs müsəlmandır” deyilməlidir. Ümumi qaydada bütün müsəlmanlar dində bacı-qardaş sayılırlar və Uca Allah müsəlmanların qanını, malını, namusunu haram etmişdir. Bu barədə bir çox aydın ayə və hədislər var. Peyğəmbər (salləllahu aleyni və səlləm) demişdir: “Müsəlman müsəlmanın qardaşıdır; ona zülm etməz və onu ələ verməz. Kim qardaşının ehtiyacını ödəyərsə, Allah da onun ehtiyacını ödəyər. Kim bir müsəlmanı bir sıxıntıdan qurtararsa, Allah da onu Qiyamət gününün sıxıntılarının birindən qurtarar.
ardını oxu 1265 oxunma Təkfir
Şübhəyə cavab:
Aşağıdakı dəlillərə əsasən müsəlman olduğunu iddia edən bir şəxsin müsəlmanlığına şübhə ilə yanaşmaq olmaz və onunla müsəlman kimi rəftar etmək lazımdır. Onun qəlbində nə gizlətdiyinə görə hökmü Allaha aiddir. Hətta o, münafiq olsa belə müsəlmanlar onunla müsəlman kimi davranmalıdırlar.
ardını oxu 1150 oxunma Təkfir
Şübhəyə cavab:
Şeyx Useymindən (Allah ona rəhm etsin) soruşurlar: “İnsan əqidə məsələlərində üzrlü ola bilərmi?” Şeyx belə cavab verir: “Cahilliyin üzrlü olması dinin bütün məsələlərində vardır, çünki Uca Allah buyurur: “Biz elçi göndərməmiş heç kəsə əzab vermirdik” (əl-İsra, 15), ”Allah bir qövmü doğru yola yönəltdikdən sonrauzaqlaşmaları zəruri olan şeylərdən onları xəbərdar etməyincə onları həmin yoldan azdırmaz. Həqiqətən, Allah hər şeyi bilir”. (ət-Tövbə, 115).
ardını oxu 1152 oxunma Təkfir
Şübhəyə cavab:
Vacibliyinə inanaraq namaz qılmayanın kəsdiyi heyvanın ətini yeməmək haqqında müasir alimlərin bəzi fətvaları var. Bu da əsasən namaz qılmayanı kafir görən alimlərin rəyidir. Lakin, əksər İslam alimləri namaz qılmayanı kafir görməmiş və onunla müsəlman kimi davranmışlar. Bu, həmin insanın kəsdiyi heyvanın ətinin yeyilməsinə də şamil olunmuşdir. Belə ki, İbn Qudəmə (Allah ona rəhm etsin) rəvayət edir: “Vəllən evə gəldiyi zaman kəsilmiş qoyun əti gördü və dedi: “Bunu kim kəsib?” (Evdəkilər) dedilər: “Sənin qulluqçun”.
ardını oxu 1129 oxunma Təkfir

Pages