"əş-Şura" surəsi 10-cu ayə ilə gətirilən şübhə

English

Müxalif olanlar bu ayəni: İxtilafa düşdüyünüz şey­lər barə­sində hökm vermək an­caq Alla­ha aid­dir...” (əş-Şura, 10) gətirib deyirlər ki, “kim Allahdan və Onun hökmündən başqa şeyə yönələrsə, artıq Allahın bu əmrinə qarşı müxalif olmuş və küfr etmişdir”.

Şübhəyə cavab: 

Cavab olaraq deyilir ki, bu ayə Allahın şəriətilə hökm edilməsinə yönəldən və onun vacibliyini vurğulayan bir ayədir. Bunda bizim heç bir ixtilafımız yoxdur. Bizdən heç kim Allahın hökmündən başqa bir hökm ilə hökm verməyin icazəli olmasını demir. Allahın şəriətini bilən hər bir müsəlman bilir ki, Allahın şəriətilə hökm etmək hər bir kəsə vacibdir. Həmçinin hər bir kəsin bildiyi və üzərində ixtilaf olmayan məsələlərdən biri də Allahın hökmündən başqası ilə mühakimə olunanın və ya başqa bir hökmlə hökm edənin günahkar olması və əzəmətli bir günaha düşməsidir. Amma bu ayədə həmin şəxslərin təkfir edilməsinə heç bir dəlil yoxdur. Bu ayə yalnız Allahın hökmü ilə hökm edilməsinə, hökmün yalnız Allaha məxsus olmasına və onunla mühakimə olunmağa yönəltmədən söhbət gedir.

Mövzular: