"Cahilliyin üzrlü olması haqqında alimlərin icması yalnız xafiy (gizli) məsələlərdədir" şübhəsi

English

İslamın əsaslarında cəhalət üzürlü deyil. Cahillik yalnız xafiy (gizli) məsələlərdə üzürdür. Alimlərin icması yalnız xafiy məsələlərdədir. İbn Teymiyyənin gətirdiyi "Məni yandırın" hədisi xafiy məsələdir.

Şübhəyə cavab: 

Şeyx Useymindən (Allah ona rəhm etsin) soruşurlar: “İnsan əqidə məsələlərində üzrlü ola bilərmi?” Şeyx belə cavab verir: “Cahilliyin üzrlü olması dinin bütün məsələlərində vardır, çünki Uca Allah buyurur: “Biz elçi göndərməmiş heç kəsə əzab vermirdik” (əl-İsra, 15), ”Allah bir qövmü doğru yola yönəltdikdən sonrauzaqlaşmaları zəruri olan şeylərdən onları xəbərdar etməyincə onları həmin yoldan azdırmaz. Həqiqətən, Allah hər şeyi bilir”. (ət-Tövbə, 115).

Bu barədə Quran və sünnədə dəlillər çoxdur. Dəlillər bildirir ki, cahil olan insan cahilliyinə görə dinin hansı məsələsində olursa olsun məsuliyyət daşımır". (Fətava, 2/ 128).

Daha ətraflı dəlillərlə: Cahillik istisnasız olaraq bütün dini məsələlərdə üzrdür

Mövzular: