"Namaz qılmayanın kəsdiyi heyvanın ətini yemək haramdır" şübhəsi

English

Şübhə gətirilər ki, "namaz qılmayanın kəsdiyi heyvanın ətini yemək haramdır".

Şübhəyə cavab: 
Vacibliyinə inanaraq namaz qılmayanın kəsdiyi heyvanın ətini yeməmək haqqında müasir alimlərin bəzi fətvaları var. Bu da əsasən namaz qılmayanı kafir görən alimlərin rəyidir. Lakin, əksər İslam alimləri namaz qılmayanı kafir görməmiş və onunla müsəlman kimi davranmışlar. Bu, həmin insanın kəsdiyi heyvanın ətinin yeyilməsinə də şamil olunmuşdir. Belə ki, İbn Qudəmə (Allah ona rəhm etsin) rəvayət edir: “Vəllən evə gəldiyi zaman kəsilmiş qoyun əti gördü və dedi: “Bunu kim kəsib?” (Evdəkilər) dedilər: “Sənin qulluqçun”. Mən dedim: “Vallahi, mənim qulluqçum namaz qılmır axı?” Qadınlar dedilər: “Biz ona kəsərkən Allahın adını zikr etməyi söylədik”. Mən bu barədə İbn Məsuddan (Allah ondan razı olsun) soruşdum. O dedi: “Yeyə bilərsən”. (“əl-Muğni” 2/ 442).
Həmçinin oxuyun: 

Mövzular: