Təkfir

Şübhəyə cavab:
Bu şübhə namazı tərk edən haqda müxtəlif rəylərin İmam Əhmədə (Allah ona rəhm etsin) nisbət olunması ilə bağlıdır. Belə ki, Şeyxul-İslam İbn Teymiyyə İmam Əhmədin (Allah onlara rəhm etsin) rəyləri haqda buyurur: “Əgər bu dörd ərkandan birini tərk edərsə, onun təkfiri haqqında alimlərdə ixtilaf baş verib. Bunlar Əhməd ibn Hənbəldən olan rəylərdir.
1. Bu dördündən hər hansı birini tərk edən kafirdir, hətta həcci də. Bu söz İmam Əməddən olan bir rəydir. Əbu Bəkr də bu rəydə olub.
ardını oxu 1403 oxunma Təkfir
Şübhəyə cavab:
Bu şübhənin heç bir əsası yoxdur. Belə ki, Şeyxul - İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) bir çox kitabında vacibliyinə inanaraq namaz qılmayanı kafir saymamış, onu təkfir etməmiş və ona üzr gətirmişdir. 
Şeyxul İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) təkfir etmək haqda belə buyurur:
ardını oxu 896 oxunma Təkfir
Şübhəyə cavab:
Əksinə, dörd məzhəbə və əksər İslam alimlərinə görə vacibliyinə inanaraq namaz qılmayan kafir deyil. Şeyx İbn Bəzz (Allah ona rəhm etsin) namaz qılmayanın hökmü haqda soruşulduqda, əksər İslam alimlərinə görə belə insanın kafir olmadığını söyləmişdir. Şeyxin səsli yazısından:  
https://www.youtube.com/watch?v=dJwFmDuXvrU&list=PLgR96D7AN2sSgcNU-LqFfmzCmhiyDQKgb&index=3
ardını oxu 1778 oxunma Təkfir
Şübhəyə cavab:
Bu haqda Şeyxul-İslam ibn Teymiyyəyə (Allah ona rəhm etsin) sual vermişlər. Sualda deyilir: "Namaz qılmayan insana cənazə namazı qılmağın savabı var, yoxsa yox? Onun namaz qılmadığını bildiyi üçün cənazə namazını tərk edənə günah varmı? Eləcə də şərab içən və namaz qılmayan kimsənin halını bilənin ona cənazə namazı qılması icazəlidirmi?"
ardını oxu 787 oxunma Təkfir
Şübhəyə cavab:
Peyğəmbər (salləllahu aleyhi və səlləm) müsəlmanı öldürənin, qadına heyz vaxtı yaxınlaşanın, özünü atasından başqasına nisbət edənin, ox atmağı öyrəndikdən sonra onu tərk edənin və s. kafir olduğu və ya imanının olmadığını qeyd etmişdir. Lakin, bu onların kafir olaraq Cəhənnəmdə əbədi qalacaqları mənasına gəlmir. Həmçinin, vacibliyinə inanaraq namazı tərk edənin küfrü ilə əlaqələndirib, onların Cəhənnəmdə əbədi qalmalarını söyləmək düz deyil. Aşağıda qeyd edəcəyimiz hədislər zahirən bu əməlləri edənin küfr etdiklərini bildirməkdədir. Amma bu, onların kafir olması mənasına gəlmir.
ardını oxu 762 oxunma Təkfir
Şübhəyə cavab:
O vaxt bizim indiki kimi şəriət kamil deyildisə də, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) etdiyi təbliğin özü o dövr üçün şəriətin kamil olması sayılırdı, yəni o vaxt üçün kamillik tövhidin iqrarı, təsdiqi idi.
Nəcaşinin (Allah ona rəhm etsin) Allahdan başqasının hökmü ilə hökm verməsi haqda:
ardını oxu 968 oxunma Təkfir
Şübhəyə cavab:
Bidət əhli olan xavariclər insanlara “Kafirə kafir deməyənin özü kafirdir” şübhəsini ataraq, elmsiz müsəlmanları qorxuzur və beləliklə onların savadsızlığından istifadə edərək təkfirə salmış olurlar. Onların məqsədi bu kəlimələri insanlara məcburən dedizdirməkdir. Yəni, “əgər sən kafirə kafir deməsən özün də kafir olacaqsan”. Elmdə zəif olan, ibadətə yeni qədəm qoyan insanlar isə dini savadsızlıqlarından onların sözlərini təkrarlayırlar.
ardını oxu 1333 oxunma Təkfir
Şübhəyə cavab:
Bu şübhəyə cavab olaraq deyilir: İmam İbn Atiyyə (Allah ona rəhm etsin) deyir: “Ayədə olan “əgər tövbə etsələr” yəni, əgər hallarından (yəni, Allaha şərik qoşmağa tövbə edib, şəhadət kəlməsini dedikdən sonra müşriklikdən) dönərlərsə, onların tövbəsi imanı əhatə edən bir tövbədir. Namazı qılmaq isə imanı əhatə edən bir tövbədən sonrakı şərtdir. Allah: “Əgər tövbə etsələr” ifadəsini namaz və zəkatdan əvvəl zikr etmişdir. Bu da dini qardaşlıqla bağlı hökm verməkdə əsas qaydanın ayədəki tərtib olduğuna dəlalət edir”. (İbn Atiyyə “əl-Muharrəri Vəciz” 8/ 139).
ardını oxu 1153 oxunma Təkfir
Şübhəyə cavab:
Həqiqətdə Məkkə müşriklər cahil deyildilər və Lə iləhə illəllahı gözəl dərk edirdilər. Uca Allah buyurur: “Öz aralarından onlara xəbərdarlıq edən bir peyğəmbər gəldiyinə təəccüb edərək kafirlər dedilər: "Bu, yalançı bir sehrbazdır! O, bütün məbudları bir məbudmu etdi? Həqiqətən, bu, əcaib bir şeydir”. (Sad, 4-5).
ardını oxu 2758 oxunma Təkfir
Şübhəyə cavab:
Bu şübhəyə cavab olaraq özünü İslama nisbət edən insanın onun barəsində dünya və axirət hökmünün ayrılmasına görə iddia edilən şübhələrin heç birinə Quran və Sünnədən dəlillər yoxdur.  Ona görə də hər məsələdə olduğu kimi bu məsələni də Qurana, Sünnəyə və Əhli Sünnə vəl-Camaanın əqidəsinə, fəhminə qaytarmaq lazımdır.
ardını oxu 936 oxunma Təkfir
Şübhəyə cavab:
Bu mövzuya toxunmadan əvvəl bunu qeyd edək ki, əməl imanın əsas göstəricisi və səmimiyyət işarəsidir. Həyatda hər bir şey isbat istədiyi kimi iman da isbat istəyir. Amma bütün dillərdə olduğu kimi ərəb dilində də bir şeyin kamilliyini tərk edənlər yerli-dibli tərk etmiş olaraq vəsfləndirilir.
ardını oxu 1271 oxunma Təkfir
Şübhəyə cavab:

Allahın endirdiyi ilə hökm verməmək barəsində Uca Allah: “Allahın endirdiyi ilə hökm etməyənlər əlbəttə kafirlərdir” (əl-Maidə, 44) ayəsində buyurduğu halda, alimlər bu ayədə qeyd edilən küfrün “kufrun dunə kufr", yəni insanı İslamdan çıxarmayan küfr olduğunu deyirlər.
Allahın hökmü ilə hökm verməmək həm böyük küfr, həm də kiçik küfr ola bilər. Sadəcə bəzi insanlar əl-Maidə surəsinin 44-cü ayəsini yanlış anlayaraq, Allahın hökmü ilə hökm verməyənlərin mütləq olaraq kafir olduğunu düşünürlər.
ardını oxu 1055 oxunma Təkfir, Rəhbərlərə itaət
Şübhəyə cavab:
Şeyx Muhamməd Saleh ibn əl-Useymindən (Allah ona rəhm etsin) bu barədə soruşurlar: “Bəzi insanlar deyirlər ki, cahillikdə üzr görənlər murciə məzhəbinə daxil olanlardır - buna necə baxırsınız?” Şeyx İbn əl-Useymin (Allah ona rəhm etsin) cavab verərək buyurur: “Cahilliyin üzürlü olması Quran və Sünnədən götürülmüşdür. Bir nəfər dəlil gətirə bilməz ki, insan cahilliyinə görə üzürlü deyildir.
ardını oxu 1355 oxunma Təkfir
Şübhəyə cavab:
Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Kim yalnız Allaha aid olan bir şeyi Allahdan başqası haqqında isbat edərsə, ona hüccət – elə bir hüccət ki, onu tərk edən kafir olur - çatdırıldıqdan sonra kafir olur”. (“Məcmuul-Fətava”, 1/ 112). Şeyxul-İslamın (Allah ona rəhm etsin) bu məsələlərdə belə cahilliyi üzr görməsinin ən böyük dəlillərindən biri budur ki, o, özü əl-Bəkrini təkfir etməmişdir. Halbuki, əl-Bəkri qəbirlərdən kömək istəməyin icazəli olması haqqında kitab yazıb.
ardını oxu 1370 oxunma Təkfir
Şübhəyə cavab:
Bu fikir kökündən səhvdir, o dövrdəki müşriklərlə indiki cahil müsəlmanlar arasında böyük fərq var:
Məkkə müşrikləri:
ardını oxu 1782 oxunma Təkfir
Şübhəyə cavab:
Əvvəla, Muazın (Allah ondan razı olsun) hədisinə nəzər salaq: O, nə İslamda təzə idi, nə də haqq çatmayan yerlərdə yaşayırdı. Həmçinin, Əhməd ibn Hənbəlin (Allah ona rəhm etsin) həyatına nəzər salsaq, onun təkfir eləmədikləri nə İslamda təzə idilər, nə də haqq çatmayan, Quran və Sünnə olmayan alimlərin yanında yaşamırdılar. Əksinə, onlar İslamda təzə deyildilər və ətraflarında Quran və Sünnəni bilən alimlər var idi.
ardını oxu 861 oxunma Təkfir
Şübhəyə cavab:
Hədislərdə namazın tərk olun­ma­sına görə gələn küfr sözü kiçik küfrdür, yəni İslamdan çıxar­mayan küfrdür. Necə ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur:
 
مَنْ حَلَفَ بِغَيْرِ اللَّهِ فَقَدْ كَفَرَ أَوْ أَشْرَكَ
 
“Allahdan qeyrisinə and içən artıq küfr və ya şirk etmişdir”. (Əhməd, 2/ 125; ət-Tirmizi, 1535; əl-Albani “Səhihul-Cəmi”də (№ 6204) səhih olduğunu bildirmişdir).
 
سِبَابُ الْمُسْلِمِ فُسُوقٌ وَقِتَالُهُ كُفْرٌ
 
ardını oxu 820 oxunma Təkfir
Şübhəyə cavab:
Bu iddia batildir. Səhabələr namaz qılmayanı təkfir etməkdə icma etməmişdilər. Əgər səhabələr bu məsələdə icma etsəydilər, bu hədislər böyük çətinlik və ixtilaf yaradardı. Biz də onlardan bu hədislərin açıqlamasını və şərhini görərdik. Yəni, bu barədə əsərlər və şərhlər olardı. Amma biz tam əksini görürük. Heç bir səhabə bu hədisləri, yəni şəfaət hədislərini başa düşməkdə çətinlik çəkməmişdir. Bu da ən güclü dəlildir ki, "səhabələrin namaz qılmayanı təkfir etməsi haqda icması olub" deyənlərin sözü səhvdir.
ardını oxu 717 oxunma Təkfir
Şübhəyə cavab:
Bu düzgün deyildir. Çünki, əgər bir kafir İslama daxil olarsa, İslam onun keçmiş günahlarını aparar və o günahlar artıq tərəziyə qoyulmur. Əgər İslama gəldikdən sonra tövbəsinə sadiq olarsa, Uca Allah vəd verib ki, onun günahlarını tərəzinin sağ tərəfinə qoyacaq, o günahları savaba çevirəcək. Uca Allah buyurur: “Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onla­rın pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!” (əl-Furqan, 70). Allah bağışlanan günahlara görə əzab vermir.
ardını oxu 718 oxunma Təkfir
Şübhəyə cavab:
Burada söhbət təkcə bu kəlməni deməkdən getmir, məlumdur ki, burda mütləq qəlbi əməl olmalıdır. Yəni, əgər filan kəlməni demək qeyd olunubsa, mütləq qəlbə bağlanmalıdır. Misal üçün Peyğəmbər (salləllahu aleyhi və səlləm) əmisi Əbu Talibə “Lə iləhə illəllah” deməsini əmr edir. (əl-Buxari, 1360). Başqa hədisdə gəlib ki, ərəblərə deyilərdi: “Lə iləhə illəllah” deyin və nicat tapın”. (Əhməd, 23199.
ardını oxu 701 oxunma Təkfir

Pages