"İmam Əhməd namaz qılmayanı kafir sayıb" şübhəsi

English

Şübhə olaraq deyirlər ki, "İmam Əhməd namaz qılmayanı kafir sayıb".

Şübhəyə cavab: 

Bu şübhə namazı tərk edən haqda müxtəlif rəylərin İmam Əhmədə (Allah ona rəhm etsin) nisbət olunması ilə bağlıdır. Belə ki, Şeyxul-İslam İbn Teymiyyə İmam Əhmədin (Allah onlara rəhm etsin) rəyləri haqda buyurur: “Əgər bu dörd ərkandan birini tərk edərsə, onun təkfiri haqqında alimlərdə ixtilaf baş verib. Bunlar Əhməd ibn Hənbəldən olan rəylərdir.

1. Bu dördündən hər hansı birini tərk edən kafirdir, hətta həcci də. Bu söz İmam Əməddən olan bir rəydir. Əbu Bəkr də bu rəydə olub.

2. Vacibliyinə inanarsa, bu dördündən heç birini tərk edən təkfir olunmur. Bu əksər fəqihlərin məşhur rəyidir. Bunlar Əbu Hənifə, Malik, Şafii və Əhməddən olan rəvayətlərdədir. İbn Batta İmam Əhməddən gələn bu rəyi daha üstün görüb.

3. Yalnız namazı tərk edən təkfir olunur. Bu Əhməddən gələn üçüncü rəvayətdir. Əksər sələflərin, Malikilərdən, Şafiilərdən və Əhmədin əshabından olanlardan bir tayfanın rəyidir.

4. Namaz və Zəkatı tərk edərsə, kafir olur.

5. Əgər namazı və zəkatı tərk edərsə və rəhbər ona görə vuruşarsa, təkfir olunur”. (“Məcmuul-Fətava” 7/ 611).

İmam Əhmədin (Allah ona rəhm etsin) “namazı tərk edənin kafir olmadığı rəyi” ən məşhur olanıdır. İbn Batta, Əbu Yəalə, İbn Həmid, İbn Qudamə (Allah onlara rəhm etsin) və s. (“Məcmuul-Fətava” 7/ 369).

Həmçinin, məşhur Hənbəli məzhəbinin alimi olan İmam əl-Mardavi “İmam Əhmədin (Allah ona rəhm etsin) məzhəbində olan mübahisəli məsələlərdə ən doğru rəy” kitabında deyir: “Bizim məzhəbdə ən doğru rəy namazı tərk edənin kafir olmadığı rəyidir”. (“əl-İnsaf” 1/ 402).

Səhih odur ki, İmam Əhməd (Allah ona rəhm etsin) namaz qılmayanı müsəlman sayıb. Necə ki, bunu Hənbəli məzhəbinin böyük alimlərindən olan İbn Qudamə (Allah ona rəhm etsin) öz “Muğni” əsərində qeyd edir. İbn Qudamə (Allah ona rəhm etsin) namazın tərkinin küfr olub-olmaması məsələsini araşdırarkən bu əsəri orada qeyd etmişdir. Baxmayaraq ki, İmam Əhmədin (Allah ona rəhm etsin) bir rəyinə görə namazı tərk edən kafirdir, lakin İbn Qudamə (Allah ona rəhm etsin) namazın tərkini kiçik küfrə aid etmişdir. Əksinə, elə icmanı namazı tərk edənin kafir olmaması üçün gətirmişdir. O, deyir: “Bu ona görədir ki, namazı tərk edən cəza olaraq öldürülür, lakin İslam dairəsindən çıxarılmır. Buna da müsəlmanların İcması dəlildir”. (“əl-Muğni” 2/444).

Həmçinin oxuyun: Alimlərin namaz qılmayan barədə sözləri

Mövzular: