"Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr..." ayəsi ilə atılan şübhə

English

Bəziləri bu ayəni “Əgər tövbə etsələr, namaz qılıb, zəkat versələr, onlar sizin din qardaşlarınızdır. Biz ayələrimizi anlayıb bilən bir tayfa üçün belə ətraflı izah edirik”. (ət-Tövbə, 11) dəlil gətirərək belə deyirlər: “Allah bizimlə müşriklər arasında qardaşlığın sabitliyini onların namaz qılma şərtinə bağlamışdır. Kim namaz qılmazsa, dində qardaşımız sayılmaz”. 

Şübhəyə cavab: 

Bu şübhəyə cavab olaraq deyilir: İmam İbn Atiyyə (Allah ona rəhm etsin) deyir: “Ayədə olan “əgər tövbə etsələr” yəni, əgər hallarından (yəni, Allaha şərik qoşmağa tövbə edib, şəhadət kəlməsini dedikdən sonra müşriklikdən) dönərlərsə, onların tövbəsi imanı əhatə edən bir tövbədir. Namazı qılmaq isə imanı əhatə edən bir tövbədən sonrakı şərtdir. Allah: “Əgər tövbə etsələr” ifadəsini namaz və zəkatdan əvvəl zikr etmişdir. Bu da dini qardaşlıqla bağlı hökm verməkdə əsas qaydanın ayədəki tərtib olduğuna dəlalət edir”. (İbn Atiyyə “əl-Muharrəri Vəciz” 8/ 139).

Bu qaydaya görə ət-Tabəri (Allah ona rəhm etsin) demişdir: “Uca Allah buyurur: “Ey möminlər! Sizə öldürülmələrini əmr etdiyim o müşriklər əgər küfr və Allaha şərik qoşmalarından Allaha və Rəsuluna imana dönərlərsə, Rəsuluma itaətlə təslim olur, fərz namazları qılar və onun haqlarını yerinə yetirərlərsə, fərz olan zəkatı əhlinə verərlərsə, Allahın əmr etdiyi kimi onlar sizin din qardaşlarınızdır. O, din də İslam dinidir”. Bu ayədə Allah namaz ilə zəkatı birləşdirmişdir. Bir kimsə tövbə etsə, namaz qılsa, lakin zəkatı verməkdən imtina edərsə, müsəlmanların lehinə və əleyhinə olan hökmlər onun üzərinə də şamil edilib din qardaşımız sayılmazmı? Əgər o: “Bəli, o, din qardaşımızdır!” deyərsə, onda biz də belə deyərik: “Ayədə namaz və zəkat tövbədən dərhal sonra bir yerdə (bərabər) tərtib ilə zikr edilmişdir. Bəs onda onları bir-birindən ayırmağın dəlili nədir!?” Əgər: “O, din qardaşımız deyildir”- deyərsə, onda biz də belə deyərik: “Şübhəsiz, bu söz haqqında heç bir dəlil olmayan batil bir sözdür”. (ət-Tabəri “Cəmiul-Bəyan” 18/ 86).

Mövzular: