"İbn Teymiyyə tövhiddə cəhaləti üzr görməyib, digər məsələlərdə görüb" şübhəsi

English

Bəziləri iddia edir ki, Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) tövhid məsələlərində cəhaləti üzr görməyib, yalnız digər məsələlərdə görüb.

Şübhəyə cavab: 

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Kim yalnız Allaha aid olan bir şeyi Allahdan başqası haqqında isbat edərsə, ona hüccət – elə bir hüccət ki, onu tərk edən kafir olur - çatdırıldıqdan sonra kafir olur”. (“Məcmuul-Fətava”, 1/ 112). Şeyxul-İslamın (Allah ona rəhm etsin) bu məsələlərdə belə cahilliyi üzr görməsinin ən böyük dəlillərindən biri budur ki, o, özü əl-Bəkrini təkfir etməmişdir. Halbuki, əl-Bəkri qəbirlərdən kömək istəməyin icazəli olması haqqında kitab yazıb. Siz avam milləti buraxın, baxın görün İbn Teymiyyə (Allah ona rəhm etsin) şirkə dəvət edən, kitab yazan birini təkfir etmir. Məlumdur ki, əl-Bəkri özü Şeyxul-İslam İbn Teymiyyəni (Allah ona rəhm etsin) təkfir edib, lakin Şeyxul-İslam (Allah ona rəhm etsin) ona qarşı yazdığı rəddiyyəsində deyir: “Buna görə də biz onun cahilliyinə görə və onun təkfir etmək (bizə küfr) iftirası atmasına eyni şəkildə cavab vermirik. Necə ki, bir nəfər başqasına qarşı yalan şahidlik etsə və ya onun haqqında yalan söyləyib onu əxlaqsızlıqda ittiham etsə, digər tərəfin də ona qarşı yalandan şahidlik etməsi və onu əxlaqsızlıqda ittiham etməsi icazəli olmaz. Üstəlik onun öz şeyxi (əl-Cəzəri) və digər alimlər bizim üçün söz buraxmadılar və onun zəlalətdə olduğunu, cahilliyini özləri bəyan etdilər...” (“Təlxis Kitəbil-İstiğasə”, 2/ 494; Məktəbətul-Ğuraba əl-Əsəriyyə). Əgər Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) şirkə dəvət edən əl-Bəkrini cahilliyinə görə təkfir etmirsə, bundan sonra onun böyük şirkdə cahilliyi üzr görmədiyini necə demək olar?

Mövzular: