"Alimlər hakimin təkfirində ixtilaf ediblər" şübhəsi

English

Şübhə olaraq gətirirlər ki, hakimin təkfirində ixtilaf ola bilər, yəni bəzi alimlər hakimi təkfir edə bilər, bəziləri isə yox. Bu da ixtilaflı məsələdir. İbn əl-Əşasın Həccac ibn Yusufa qarşı çıxmasını gətirirlər və deyirlər ki, o vaxtın bəzi alimləri onu təkfir edərək qarşı çıxmışdılar.

Şübhəyə cavab: 

Əhli-Sünnə vəl-Cəməada hakimlərə qarşı çıxmaqda ixtilaf yoxdur. İbn əl-Əşəsin Həccac ibn Yusufa qarşı çıxmasında isə o vaxtın alimlərindən Şəbi və digərləri Həccacın təkfirində xəta etmişdilər və bu xətalarını etiraf etmişdilər. Kiminsə xəta edərək bir fikri deməsi, sonra isə o xəta rəydən dönməsi kiminsə xəta rəyi dəlil gətirməsinə əsas vermir. Mütəşabih dəlillərlə, istər bu ayə, istər hədis, istər alimlərin kəlmələri və s. olsun, insanları bununla şübhəyə salmaq bidət əhlinin əlamətlərindəndir. Uca Allah buyurur: "Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər...". (Ali-İmran, 7). Bu da qəlblərində xəstəlik olmağın, bidət və hava əhlinin əlamətlərindəndir. Həqiqətdə isə bütün aydın olmayan məsələlər araşdırıldıqda bidət əhlinə qarşı cavabdır. Həmçinin oxuyun: Rəhbərə itaətsizliyin acı sonluğuna aid tarixdən nümunə