Ömər ibn Xəttabın "nə gözəl bidətdir" sözü haqda

English

Ömər İbn Xəttabın (Allah ondan razı olsun) Təravih namazı haqqında "Nə gözəl bidətdir" sözünü gətirərək deyirlər ki, "yaxşı bidət etmək (bidəti həsənə) olar".

Şübhəyə cavab: 

Ömər İbn Xəttabın (Allah ondan razı olsun) Təravih namazı haqqında "Nə gözəl bidətdir" sözünün izahı

Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: "Ömər İbn Xattabın (Allah ondan razı olsun) bu gözəl tətbiqatı bidət olaraq adlandırması, şərii mənada deyil, lüğəvi mənada adlandırmışdır. Bunun səbəbi bidət kəliməsinin lüğəvi olaraq geniş bir misalı olmadan edilən hər şeyi özündə cəm etməsidir. Şərii olaraq bidət isə, haqqında şərri bir dəlil olmadan edilən tətbiqatdır". ("İqtida Sıratal-Mustəqim" səh. 276).

Böyük təfsir alimi İbn Kəsir (Allah ona rəhmət etsin) bidətlərin iki növ olduğunu demişdir:

1) Bidət qavramı bəzən şərii mənada istifadə olunur .Peyğəmbərin (salləllahu aleyhi və səlləm) buyurub: "Sonradan ortaya çıxarılan hər yenilik bidətdir və hər bidət zəlalətdir" ifadəsi bunun misalıdır.

2) Bidət bəzən də lüğəvi mənada istifadə olunur. Ömərin (Allah ondan razı olsun) insanlar təravih üçün toplandığı və onların da buna davam etməsinə görə dediyi "bu nə gözəl bidətdir" sözü də bunun misalıdır". ("Təfsir ibn Kəsir" əl-Bəqərə surəsi, 117).

Bu  haqda böyük alim İbn Rəcəb (Allah ona rəhmət etsin) belə deyir: "Sələfin bəzi bidətləri həsənə (yaxşı) adlandırması şərii mənada deyil, lüğəvi mənadadır. Ömərin (Allah ondan razı olsun) "bu nə gözəl bidətdir" sözü də, bu qəbildəndir. Ömərin (Allah ondan razı olsun) qəsdi, bu tətbiqatın bu şəkildə əvvəlcə mövcud olmadığı, ancaq dində əslinin olduğunu ifadə etməkdir". ("Cəmiul-Ulum vəl-Hikəm" səh. 28).