ən-Nəvəvi və İbn əl-Həcər kimi bəzi alimləri bəzi bidətçilərlə müqayisə etmək və ya eyni tutmaq şübhəsi

Şübhə atırlar ki, müasir dövrdə bidətə düşəni bidətçi adlandırırsınızsa, bəs ən-Nəvəvi və İbn əl-Həcər kimi bəzi alimləri niyə bidətçi saymırsız?

English
Şübhəyə cavab: 

Üzərlərinə elm əhlinin hüccət qaldırdığı bəzi bidətçilərin Hafiz ən-Nəvəvi və Hafiz İbn Həcər kimi bəzi alimlərlə müqayisə etmək və ya eyni tutmaq barədə.

Bu iki sinif arasını eyni tutmaq və ya müqayisə etmək olmaz. Çünki, Hafiz ən-Nəvəvi və Hafiz İbn əl-Həcər (Allah onlara rəhm etsin) kimi alimlərə hüccət qaldıran olmadığına görə onlar düşdükləri bəzi bidətlərdə üzürlüdürlər. Bu üzürlərdən:
- Onların usulları sələfi usulları idi. Bu usulları da öz kitablarında qeyd etmişlər, lakin bəzi yerlərdə ayaqları sürüşüb, batilə düşmüşlər;
- Onların vaxtlarında Əşarilik çox şiddətli bir şəkildə yayılmışdır;
- Belə zənn etmişlər ki, Əbul-Həsən əl-Əşari bu təvil etiqadını tövbəsindən sonra demişdir;
- Bu səbəbə görə də bəzi məsələləri xəta olaraq təvil etmişlər. Alimlər də sonralar bütün bunları bəyan edib, hətta müstəqil kitablar da yazmışlar. Bunun səbəbilə də artıq onların xətalarından təsirlənmək qorxusu yox olmuşdur;
- Onlar haqqa çatmaq və ona əməl etmək üçün bütün güclərini sərf etmişlər, lakin ictihad səbəbilə bu təvillərə düşmüşlər;
- Həmçinin, onlar Kitaba və Sünnəyə müxalifliyi qəsd etməmişlər, düşdükləri o xətalar ictihad səbəbi ilə olmuşdur; 
- Ən başlıca səbəb isə onlara öz dövrünün alimlərindən heç kəs hüccət qaldırmamış, haqqı onlara bəyan etməmişdir. Əgər kimsə onlara hüccət qaldırsaydı və sonra da onlar Allahın sifətlərini təvil etməkdə inad və təkəbbürlük edərək öz istədikləri kimi davransaydılar, onlar da başqa bidət əhlinə aid ediləcəkdilər.

("Təhzirus-Sələfi min Mənhəcil-Mumeyyiil-Xaləfi" , "Bidət əhlinə qarşı səhlənkar olan xələfi mənhəcdən sələfiləri çəkindirmək" kitabından; səh.340)