"Onlar bizə qarşı həddi aşmış qardaşlarımızdır" əsərinə görə onlarla sərt olmaq olmaz şübhəsi

English

Əli ibn Əbu Talib (Allah ondan razı olsun) xavariclərə qarşı vuruşsa da onları qardaş sayıb və yanındakılar onlar haqda soruşanda deyib ki, "onlar bizə qarşı həddi aşmış qardaşlarımızdr". Bununla da şübhə atırlar ki, onlarla sərt olmaq olmaz, çünki bizim qardaşlarımızdır.

Şübhəyə cavab: 

Həzrət Əlinin (Allah ondan razı olsun) sözü olaraq rəvayət olunan "onlar bizə qarşı həddi aşmış qardaşlarımızdır" əsəri zəifdir, isnadında sınıqlıq və münkər hədis rəvayət edən ravi var. Amma “onlar bizə qarşı həddi aşmış bir qövmdürlər” əsəri səhihdir. Həmçinin, onlarla yumşaq olmaq olmaz, çünki Sünnəyə tabe olmaq bizdən bunu tələb edir. Xəvariclərin şər, fitnə-fəsad törədən və Cəhənnəmə dəvət edən bir qövm olması haqqında yüzə yaxın hədis mövcuddur. Uca Allah buyurur: "De: "Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər". (əl-Kəhf, 103-104). Əli ibn Əbu Talib, Dahhak və bəzi təfsirçilər nəsrani və yəhudilərlə bərabər Xəvariclərin də bu ayədə zikr olunanların sırasında olduqlarını demişlər. (İbn Kəsir "Təfsir" cild 5, səh. 202; ət-Tabəri "Təfsir" cild 18, səh. 127). Həmçinin oxuyun: Xəvariclərin vəsfi - Şeyxul-İslam İbn Teymiyyə