"Cəhalət yalnız fiqhi məsələlərdə üzrdür" şübhəsi

Şübhə ataraq deyirlər ki, "Cəhalət yalnız fiqhi məsələlərdə üzrlüdür, əqidə məsələlərdə üzürlü deyil".

English
Şübhəyə cavab: 
Bu şübhə haqda Şeyxul-İslam İbn Teymiyyənin (Allah ona rəhm etsin) buyurur: “Bu cür təfriqə varmağın, dini məsələri bu cür bölməyin əsli yoxdur. Bu nə səhabələrdən, nə tabiinlərdən, nə də ki, imamlardan gəlməmişdir. Bu mötəzilə əqidəsindən götürülmüş bir şeydir”. (Məcmuul-Fətava, 23/ 346).
 
Həmçinin, Şeyx İbn əl-Useymindən (Allah ona rəhm etsin) soruşurlar: “İnsan əqidə məsələlərində üzrlü ola bilərmi?” Şeyx İbn əl-Useymin (Allah ona rəhm etsin) cavab verir: “Cahilliyin üzürlü olması dinin bütün məsələlərində vardır. (Yəni, istər əqidə məsələsi olsun, istər digər məsələlər). Çünki, Uca Allah buyurur: “Biz elçi göndərməmiş heç kəsə əzab vermirdik” (əl-İsra, 15), “Allah bir qövmü doğru yola yönəltdikdən sonra uzaqlaşmaları zəruri olan şeylərdən onları xəbərdar etməyincə onları həmin yoldan azdırmaz. Həqiqətən, Allah hər şeyi bilir” (ət-Tövbə, 115). Bu barədə Quran və Sünnədə dəlillər çoxdur. Dəlillər bildirir ki, cahil olan insan cahilliyinə görə dinin hansı məsələsində olursa olsun məsuliyyət daşımır” (İbn əl-Useymin “Fətava” 2/ 128).