English

ŞÜBHƏLƏRƏ CAVABLAR

Şübhəyə cavab:
Birinci cavab: Hədisdə deyilən səhabə sözü ilə Peyğəmbərin ﷺ vaxtında İslamı təzahür edən münafiqlər nəzərdə tutulur. Bu haqda Uca Allah buyurur: "Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şəhadət ve­ri­rik ki, sən Allahın Rəsulusan!”– deyirlər. Allah da bilir ki, sən Onun Rəsulusan. Allah şa­hid­dir ki, münafiqlər əsl ya­lançıdırlar" (əl-Munəfiqun, 1).
ardını oxu 4 oxunma Bidətçilərlə münasibət
Şübhəyə cavab:
Səhabələrin dövründə çox böyük məsələlər və fitnələr oldu, lakin heç kim Peyğəmbərin ﷺ ölümündən sonra onun sağ olmasını, fitnələrin çözülməsində məşvərət etməsi baş vermədi. Həmçinin Peyğəmbərin ﷺ vəfatından sonra heç kim iddia etmədi ki, Peyğəmbər ﷺ sağdırsa, onun yerinə heç kim xəlifə seçilə bilməz.
ardını oxu 374 oxunma Bidətçilərlə münasibət
Şübhəyə cavab:
Bu hədis onların söylədikləri iddiaya dəlil sayıla bilməz. Bu hədisin təqribən on altı rəvayəti var. Onların hamısında "yer üzərində olanlara mərhəmət edin ki, Allah da sizə mərhəmət etsin!" və ya "Göydə olan da sizə mərhəmət etsin!" deyə qeyd olunmuşdur. Lakin onların birində "Göy əhli sizə mərhəmət etsin!" deyə buyurulmuşdur. Hədisdə "Mərhəmətli olanlara, Rahmən mərhəmətli olacaq", yəni yer üzərində olanlara qarşı rəhmli davranana Allah rəhmli olacaq. Bunun Allahdan qeyrisinə yönəldilməsi düzgün deyil. Şübhəsiz ki, Allahın yaratdıqlarından uca olması Quran və Sünnədə sabitdir.
ardını oxu 454 oxunma Bidətçilərlə münasibət
Şübhəyə cavab:
Aişə (Allah ondan razı olsun) bu hədisdə etdiyi hərəkəti inkar etmək üçün bunun bilməməzlikdən və yaşının az olmasına görə belə hallarda nə edilməsinin gərəkli olduğunu bilmədiyini qeyd etmişdir. Əslində, hədisin bu hissəsində etiraf var. Aişənin bunun səhv olduğunu etiraf etməsi isə bu əməlin icazəli olmadığını göstərir. Aişənin bu əməli edib, sonra bir daha belə etməyərək səhvini etiraf etməsi o əməldən tövbə etməsinə və bu əməlin düzgün olmamasına dəlildir.
ardını oxu 274 oxunma Bidətçilərlə münasibət
Şübhəyə cavab:
Bu iddia ilə onlar özlərini ziddiyyətə salırlar. Siz haradan bilirsiz bunu? Bunun isnadı nədir? Siz də bunu hədis kitablarından öyrənmisiz? Əgər sizin dediyiniz doğrudursa, siz hədisləri qəbul etmirsizsə, biz də sizin bu sözünüzü qəbul etmirik.
ardını oxu 794 oxunma Bidətçilərlə münasibət
Şübhəyə cavab:
Bu şübhə də batil və cılız şübhədir. Bu şübhədə həm ziddiyyət, həm də tarixi bilməkdə cahillik və savadsızlıq var.
ardını oxu 643 oxunma Bidətçilərlə münasibət
Şübhəyə cavab:
Ayənin gedişatına baxdığımız zaman görür ki, burdakı söhbət “Lövhi-Məhfuz”dan gedir. Bu ayəni əvvəldən oxuduqda kitabdan “Lövhi-Məhfuz” olduğu aydın olur. Uca Allah ayənin əvvəlində buyurur: “Yer üzündə gəzən heyvanların və göydə uçan ikiqanadlı quşların hamısı sizin kimi ümmətlərdir. Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanacaqlar”​. (əl-Ənam, 38). Yəni burada Quran kitabı deyil, “Lövhi-Məhfuz” kitabı qəsd olunur.
ardını oxu 698 oxunma Bidətçilərlə münasibət
Şübhəyə cavab:
Birincisi, bu hədis 14 mənbəədə qeyd olunur və hər birində hədis ya münkər, ya batil, ya uydurma, ya da əsli olmayan bir hədis kimi rəvayət edilmişdir. İbn Abdul-Bərr (Allah ona rəhm etsin) rəvayət edir ki, bu rəvayət azğınların və xavariclərin uydurduqları hədisdir. İbn Həzm, əl-Beyhəqi, əs-Suyuti, İbn əl-Covzi və digərləri bu rəvayətin zəif olmasını qətiyyətlə demişlər.
ardını oxu 620 oxunma Bidətçilərlə münasibət
Şübhəyə cavab:
Əgər Peyğəmbərin ﷺ Qurani Kərimdə olmayan məsələlərdə verdiyi hökmlərdə, əmr və qadağalarda itaət olunan deyildisə, o zaman Qurani-Kərimdə Allahın Özü ilə yanaşı Peyğəmbərinə ﷺ də itaət olunmasını əmr etməsinin mənası olmazdı. Sünnəni inkar edənlər, Peyğəmbərə ﷺ itaəti tərk edənlər, Peyğəmbərə ﷺ itaətə aid ayələrin nəsx olunduğunu deməlidilər, bu isə mümkün deyil, çünki bu ayələri nəsx edən başqa ayə yoxdur. Həmçinin Peyğəmbərdən ﷺ və səhabə dönəmindən sonra indiyə kimi heç bir alim belə bir şey deməmişdir.
ardını oxu 569 oxunma Bidətçilərlə münasibət
Şübhəyə cavab:
Sünnədə gələn bəzi hədislərin Qurani-Kərimdə keçməməsi, Sünnəyə zərər sayılmır, çünki nə Qurani-Kərimdən, nə də sağlam ağıldan “Peyğəmbərin ﷺ sünnədə olan sözləri və hərəkətləri Qurani-Kərimdə qeyd edilməlidir” deyə bir zərurət yoxdur. Uca Allah Öz Kitabında Özünə itaət etməklə yanaşı, Öz Rəsuluna ﷺ da itaət etməyi əmr etmişdir. Ona görə də bütün hədislərin Quranı-Kərimdə qeyd edilməsi ehtiyacı aradan qalxmışdır. Bu haqda Qurani-Kərimdə bir çox yerdə qeyd edilmişdir. Uca Allah bir çox ayələrdə Allaha və Elçisinə itaət edilməsini qeyd edərək bunun xilas yolu olmasını vurğulamışdır:
ardını oxu 726 oxunma Bidətçilərlə münasibət
Şübhəyə cavab:
Belə şəxslərin deyib təkrar etdiyi bu şübhələr yalnız isbatı mümkün olmayan və dillərində təkrarladıqları bir ittihamdır. Onlar bunu heç bir zaman nə Qurani-Kərimlə, nə də başqa bir şey ilə isbat edə bilməzlər. Onların dedikləri bu sözlər İslam düşmənlərinin ortaya qoyduqları bir şübhədir. Onların maraqlarında olan hal bu şübhəni yaymaqla həqiqətin axtarılması, haqqı batildən ayırd edilməsi, hədislərin səhihinin zəifindən ayırd edilməsi deyil.
ardını oxu 751 oxunma Bidətçilərlə münasibət
Şübhəyə cavab:
Zəif hədisi dəlil gətirmək və onu insanlara sırımaq bidət əhlinin adətindəndir. Həqiqətdə isə həmin gətirdikləri dəlil onların dediklərinə dəlil deyil. Bidət əhlinin gətirdikləri şübhələrdən biri də üç alim barəsində dedikləri sözdür.
ardını oxu 422 oxunma Bidətçilərlə münasibət
Şübhəyə cavab:
Birincisi, yuxarıda da qeyd etdik ki, qəbirdə olan həyat bizim həyat və diriliyimiz kimi deyil. İkincisi, hədisdə yalnız salavatı qaytarmaq üçün Peyğəmbərin ﷺ ruhu bədəninə qaytarılır. Üçüncüsü, qəbir aləmində gündüz və gecənin, vaxtın, saatın necə olması haqda bizdə bir məlumat yoxdur. Biz bunun bizim saatlarla üst-üstə düşməsini, bərabər olmasını necə iddia edə bilərik.? Axı bu qeybi məlumatdır və Allah və Onun Elçisi ﷺ bizə bu haqda bir məlumat bildirməmişdir. Dördüncüsü, hər hansı bir səhabə gecə-gündüzü dəlil gətirib bunu iddia edibmi?
ardını oxu 408 oxunma
Şübhəyə cavab:
Bu ayə Peyğəmbərin ﷺ sağ olduğu vaxta və Qiyamət günü əməllərin üzə çıxmasına aiddir. İbn Kəsir (Allah ona rəhm etsin) bunun Qiyamət günü baş verəcəyini deyir. “O gün siz məhşərə gə­ti­ri­ləcəksiniz və heç bir sirriniz giz­lə­dil­mə­yəcək” (əl-Həqqa, 18); “Sirlərin sınaqdan keçiri­lə­cəyi gün” (ət-Tariq, 9);  “və kökslərdə olanlar aş­kar edilə­cəyi zaman” (əl-Adiyat, 10). İmam Əhməd (Allah ona rəhm etsin) də bunu qeyd etmişdir. Əməllərin və münafiqlərin əməllərinin açılması Qiyamət günü baş verəcək.
ardını oxu 681 oxunma Bidətçilərlə münasibət
Şübhəyə cavab:
Bizim bu şübhəyə üç yöndən cavabımız var.
ardını oxu 456 oxunma Bidətçilərlə münasibət
Şübhəyə cavab:
Sufilər bu ayəni gətirib öz etdiklərinə bəraət qazandırır və haqq olduğunu iddia edirlər. Onların gətirdikləri ayə yerində gətirilməyib və onların qəsd etdikləri məsələyə heç bir aidiyyatı yoxdur. 1-ci rədd:  “On­la­rın məzarı üs­tün­də mütləq bir məs­­cid ti­kə­cəyik!”– deyənlər və mübahisədə üstün gələnlər mömin deyildilər və kafirlərdən idilər. Halbuki Peyğəmbər (sallallahu aleyhi və səlləm) qəbir üzərində məscid tikməyi lənətləmişdir.
ardını oxu 754 oxunma Bidətçilərlə münasibət
Şübhəyə cavab:
Birincisi, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) məsciddə deyil, öz evində dəfn olunmuşdur. Çünki Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) rəvayət olunan səhih hədisdə deyilir: “Peyğəmbərlər öldükləri yerdə dəfn olunurlar”.
ardını oxu 811 oxunma Bidətçilərlə münasibət
Şübhəyə cavab:
Onlar Allahla öz aralarında məxluqu vasitə tutmağa “dəlil” gətirirlər. Ömərin (Allah ondan razı olsun) yağış hədisi belədir: 
ardını oxu 859 oxunma Bidətçilərlə münasibət
Şübhəyə cavab:
Onların bu iddiası Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dönəmində olan müşriklərin iddiası ilə eynidir. Uca Allah onların bu şübhələrini Öz kitabında rədd edərək belə buyurur: “Doğrusu, əsl din ancaq Allaha məx­susdur. Allahı qo­yub baş­qa­la­rını özlə­rinə dost tutan­lar: “Biz, onlara an­caq bi­zi Allaha daha çox yaxın­laş­dır­sınlar deyə ibadət edirik”– de­yirlər. Əl­bəttə ki, Allah ixtilaf etdikləri məsələlər barə­­də onların arasında Öz hök­münü ve­rəcək­.
ardını oxu 488 oxunma Bidətçilərlə münasibət
Şübhəyə cavab:
Cavab olaraq deyilir ki, Əhli Sünnə vəl-Cəməanın etiqadı Uca Allahın Ərşinin üzərinə həqiqi bir şəkildə, Özünə layiq olan və yaraşan bir şəkildə üzərindədir. Lakin müxaliflər Allahın səmada olmasına etiraz edərək bu hədisi şübhə kimi gətirirlər: Abdullah ibn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi – sallallahu aleyhi və səlləm - qiblə istiqamətində divardatüpürcək gördü və onu təmizlədi. Sonra insanlara doğru dönüb buyurdu: “Biziniz namaz qıldıqda, üzü tərəfə qiblə istiqamətində tüpürməsin, çünki Allah o namaz qıldığı zaman onun üzü tərəfindədir”.
ardını oxu 606 oxunma Bidətçilərlə münasibət

Pages