“Geniş mənhəcə” çağırış (dəvət) və “Biz (şəxsləri) düzəltməli, lakin onları cərh etməməliyik” qaydası

English

İndi isə əsas Hələbi qayda və prinsipləri haqqında daha ətraflı:

“Geniş mənhəcə” çağırış (dəvət) və “Biz (şəxsləri) düzəltməli, lakin onları cərh etməməliyik” qaydası

“Mümeyyilər kimlərdir və ya ixvanlığın yeni siması” adlı başlıqda Adnan Arur və Əbul-Həsən Məribinin uydurduqları bu prinsiplərin nə qədər şərli olduğuna aydınlıq gətirdik və alimlərin bu prinsiplərə verdiyi rəddiyyələri təqdim etdik. Lakin təəssüflər olsun ki, Hələbi bu prinsiplərə dəvət etməyə, Əhli Sünnədən sayılmayan şəxsləri Əhli Sünnə dairəsinə daxil etməyə və onları müdafiə etməyə başladı. Hələbi deyir:  “And içilməsi caiz olan yeganə Allaha and olsun ki, Sələfi dəvətinin gənclərini, onun şeyxlərini və dəvətçilərini səbirli olan, islah və nəsihət edən bir kimsənin mövqeyi ətrafında birliyə çağırmaq, cərh edən, çəkindirən və zəlalətdə ittiham edənin ətrafında birliyə çağırmaqdan min dəfə yaxşıdır”. (Hələbinin “Fə Əyyu əl-Fəriqayni Əhəqqu bil-Əmni İn Kuntum Tə’ləmun Bələu ət-Təcrih Əm Livau ət-Təshih” adlı məqaləsindən).

Həmçinin o, deyir: “Sizcə kimin rəyini seçmək daha yaxşıdır – bu seçimin problemlərini və mənfi nəticələrini nəzərə alaraq bir sıra Sünnə tərəfdarlarından çəkindirən, onları cərh edən və zəlalətdə ittiham edənin rəyini, yoxsa bu cür seçimin müsbət təsirlərini və arzu olunan nəticələrini nəzərə alaraq tələsməyən, Sünnə tərəfdarlarına səbir göstərən, onları islah edən və nəsihət edənlərin rəyini?!” (Hələbinin “Fə Əyyu əl-Fəriqayni Əhəqqu bil-Əmni İn Kuntum Tə’ləmun Bələu ət-Təcrih Əm Livau ət-Təshih” adlı məqaləsindən).

“İhyə Turas” fondunu müdafiə edən məqamda isə Hələbi bələ demişdir: “Əslində bu fondun cərh olunmasını onu tövsiyə edən və dəstəkləyənlərin cərh olunması hesab etmək olar. Bəli, hər kəs xəta edə bilər, lakin bizim danışdığımız şey bidət və bidətdə ittiham etməkdir!” (Mənhəc əs-Sələf əs-Salih, 2-ci nəşri, səh. 147). 

Şeyx Rabi (Allah onu qorusun) Hələbinin bu prinsiplərini bəyan edərək və ona rəddiyyə verərək deyir: “İxvanların Sələfi mənhəcinə zidd olan şərli prinsipləri və qaydaları olduğu kimi Hələbi və onun təriqətinin də Sələfi mənhəcinə zidd olan şərli prinsipləri vardır. Lakin bunların prinsip və qaydaları ixvanların prinsiplərindən daha da təhlükəlidir. Bunlardan: Başda ixvanlar olmaqla bidətçiləri dəstəkləmək üçün uydurulmuş “Geniş Mənhəc Prinsipi”. Bu prinsip dostluq və düşmənçilik (əl-valə vəl-bəra) məsələsində, bidət sahiblərinin cərh edilməsi və onların zəlalətlərinın bəyan olunmasının vacibliyi məsələsində sələflərin mənhəcinə ziddir. Həmçinin də onların dostluq və düşmənçilik, bidət əhlinin cərh edilməsi və onlardan çəkindirməyin vacibliyi məsələlərində sələfilərin mənhəcinə zidd olan “Biz (şəxsləri) düzəltməli, lakin onları cərh etməməliyik” prinsipi”. (Umdətu əl-Bəni fi Raddi Təsılati və Zəlaləti Əli əl-Hələbi, səh. 32-33).