Hələbidən çəkindirən bəzi alimlər

English

Hələbinin zəlalətləri bir çox sələfi alimlərə məlum olduqdan sonra, onlar ondan çəkindirdilər və onu bidətdə ittiham etdilər. Hələbidən çəkindirən və onun zəlalətlərini bəyan edən alimlərdən bəziləri:

·         Şeyx Əhməd ən-Nəcmi (Allah ona rəhm etsin)

·         Şeyx Saleh Fovzan (Allah onu qorusun)

·         Şeyx Rabi ibn Hadi (Allah onu qorusun)

·         Şeyx Ubeyd əl-Cəbiri (Allah onu qorusun)

·         Şeyx Muhamməd ibn Hadi (Allah onu qorusun)

·         Şeyx Saleh əs-Suheymi (Allah onu qorusun)

·         Şeyx Fələh Məndəkər (Allah onu qorusun)

·         Şeyx Abdullah Buxari (Allah onu qorusun)

·         Şeyx Muhəmməd Bəzmul (Allah onu qorusun)

·         Şeyx Xalid Zafiri (Allah onu qorusun)

·         Şeyx Abdullah Zafiri (Allah onu qorusun)

·         Şeyx Aid Şəmri (Allah onu qorusun)

·         Şeyx Həsən ibn Abdul-Vəhhab Bənna (Allah onu qorusun)

·         Şeyx Muhamməd Səid Raslən (Allah onu qorusun)

·         Şeyx Xalid Osman (Allah onu qorusun)

Yuxarıda adı qeyd olunan alimlərdən bəzilərinin Hələbi və onun zəlalətləri barədə bəzi mülahizələrini təqdim edirik:

1) Şeyx Əhməd ən-Nəcmi (Allah ona rəhm etsin) demişdir: “Onun barəsində ciddi iradlar var, odur ki, deyə bilmərəm ki, ondan elm almaq olar”. (Umdətu əl-Bəni fi Raddi Təsılati və Zəlaləti Əli əl-Hələbi, səh. 24).

2) Şeyx Saleh Fövzan (Allah onu qorusun) demişdir: “O, öz fikirləri, cahilliyi və yalanı ilə insanları doğru yoldan azdırır”. (Umdətu əl-Bəni fi Raddi Təsılati və Zəlaləti Əli əl-Hələbi, səh. 24).

3) Şeyx Rabi (Allah onu qorusun) demişdir: “Əgər Hələbi bidətçi deyilsə, o zaman yer üzərində ümumiyyətlə bidətçi yoxdur!” (Umdətu əl-Bəni fi Raddi Təsılati və Zəlaləti Əli əl-Hələbi, səh. 25).

Həmçinin, o demişdir: “Hələbinin təlimi bidətçi fəlsəfəçilərin (əhlul-kəlam) və digər bidətçilərin təlimindən şərlidir”. (Umdətu əl-Bəni fi Raddi Təsılati və Zəlaləti Əli əl-Hələbi, səh. 25).

4) Şeyx Ubeyd Cabiri (Allah onu qorusun) demişdir: “O, azmış və digərlərini də azdıran bir bidətçidir. O, zəlaləti təbliğ edən, insanlar arasında fəsad yayan biridir”. (Umdətu əl-Bəni fi Raddi Təsılati və Zəlaləti Əli əl-Hələbi, səh. 24).

5) Şeyx Muhamməd ibn Hadi (Allah onu qorusun) demişdir: “Onun böyük zəlalətləri var”. (Umdətu əl-Bəni fi Raddi Təsılati və Zəlaləti Əli əl-Hələbi, səh. 24).

6) Şeyx Həsən ibn Əbdul-Vəhhab Bənna (Allah onu qorusun) demişdir: “Allah artıq onun halını aşkara çıxarıb və onun həqiqi simasını ifşa edib”. (Umdətu əl-Bəni fi Raddi Təsılati və Zəlaləti Əli əl-Hələbi, səh. 24).

7) Şeyx Raslən (Allah onu qorusun) Hələbi və onun “Kulli sələfiyin” adlı forumu haqqında demişdir: “Hələbinin müsəlmanlar arasında təfriqə salmaq, Sünnə və onun tərəfdarları əleyhinə mübarizə aparan hər bir kəsi dəstəkləmək üçün seçdiyi ”Zərərverici forumdur”. Şeyxin rəsmi internet səhifəsi: http://www.rslan.com/tafre31/taleat_rad_ala_halaby-01.php#sthash.TjSAJaUl.dpuf