“Sərhədlərin silinməsi” prinsipinin banisi olan ideoloqların ikinci fitnə dalğası

English

Böyük alimlər Adnan Arurun azğın qaydalarını və onun özünü təkzib etdikdən və ondan çəkindirdikdən sonra, onun nüfuzuna ciddi şəkildə xələl gəldi və nəticə etibarilə onun törətdiyi fitnə zəiflədi və süquta uğradı. Hələ digər nüfuzlu sələfi alimlər bu barədə danışmazdan əvvəl, şeyx Rabi (Allah onu qorusun), cərh və tədil elmində mütəxəssis olan digər alimlər Adnan Arurun azğın qaydalarına rəddiyyə vermişlər. Əksər sələfilər bir daha əmin oldular ki, şeyx Rabi və digər alimlər bunu etməkdə haqlı idilər, lakin Arur “sərhədlərin silinməsi” (təmyi’) ideologiyasının yayılmasında liderliyi itirdikdən sonra, bu azğın əməli uğrunda mübarizədə estafeti Əbul-Həsən Məribi adlı şəxs ələ aldı.

Misir əsilli Məribi hələ uzun illər öncə Yəmənə köçüb, Mərib əyalətində məskən salıb. Arurun və onun bidətçi qaydalarının tənəzzülündən sonra Məribi strategiyanı bir balaca dəyişdirməyə və “sərhədlərin silinməsi” (təmyi’) ideyasını gücləndirməyə vadar oldu. O, Sələfi alimlərin Arurla əlaqəli çəkindirmələrinə məruz qalmamaq üçün bu addımı atdı. Beləliklə, Arurun əvvəlki qaydalarına cüzi dəyişikliklər etməklə və yeni, daha hiyləgər qaydalar işləyib hazırlamaqla Məribi Arurun fitnəsindən daha təhlükəli və dağıdıcı bir fitnənin yayılmasına rəhbərlik etməyə nail oldu.

Şeyx Rabi (Allah onu qorusun) bu fitnələri aşağıdakı kimi təsvir edir: “Sələfi mənhəcilə və dövrümüzdəki ardıcılları ilə mübarizəyə yönəldilmiş çoxsaylı böyük fitnələr arasında davamlı surətdə, bir-birinin ardınca baş verən fitnələr yer alır. Bu fitnələrdən – ilk əvvəl Adnan Arurun, daha sonra Məğravinin, daha sonra isə Əbul-Həsən Məribinin fitnəsi gəlir. Sonuncunun fitnəsi insanlar üçün daha çox çaşdırıcı oldu. Məhz bu səbəbdən, bu fitnə sələfi mənhəcinin və onun ardıcıllarının rastlaşdığı ən təhlükəli fitnəyə çevrildi. Çünki bu fitnənin ideoloqları böyük fəsadlar törədərək özlərini Sələfi mənhəcinin nümayəndələri olduğunu nümayiş etdirmək üçün əllərindən gələni etdilər”. (Məcmu Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi, 13/ 280). 

Əbul-Həsən Məribinin hiyləsi və onun azmış şəxsiyyətlərin müdafiəsi üçün uydurduğu yeni hiyləgər və fəndgir qaydaları səbəbilə bir çox sələfi alimlər onu Əbul-Həsən əvəzinə “Əbul-Fitən” (fitnələrin atası) adlandırmışlar.

Xüsusilə, şeyx Salih Suheymi (Allah onu qorusun) Məribini bidətçi və “fitnələrin atası” adlandıraraq izah etmişdir ki, o, öz məkrli üsullarını işə salaraq utanmadan alimlər qarşısında yalan danışır və yaltaqlıq edir. Odur ki, onun halını dərindən öyrənmədən bəzi böyük alimlər ondan çəkindirmir və onu tövsiyyə etməyə davam edirlər”.

http://www.sahab.net/forums/?showtopic=118987

Lakin, Məribi və onun tərəfdarları nə qədər hiyləgər və məkrli qaydalar təbliğ edirlərsə etsinlər, şeyx Albani (Allah ona rəhm etsin) demişkən: “Siz onları bəhrələrindən tanıyacaqsınız”.  Beləliklə, Məribi də Arur kimi öz azğın qaydalarını tətbiq etməklə ixvanlar və digər xəvariclər sırasından müxtəlif azmış şəxsiyyətləri, o cümlədən müasir xəvariclərin ideoloji atası olan Seyyid Qutbu müdafiə və tövsiyyə etməyə davam edirdi. Müxtəlif ixvanlar və Misirin “Nur” ixvan partiyasının üzvlərindən və həmçinin də digərlərindən ibarət olan “oturaq xəvariclər” (xəvaric qaədə) Məribi üçün “sələfilərə” çevrilərək onun və onun tərəfdarları tərəfindən tərif və dəstəyə layiq oldular. Bundan əlavə Məribi müxtəlif xəvaricləri təkzib və ifşa etmiş sələfi alimləri haqsız şəkildə “həddadilər”, “fitnəkarlar” və digər alçaldıcı sözlərlə adlandırmağa başladı.

Məribi və onun azğın qaydalarından çəkindirmiş alimlər arasında aşağıdakıların adları var:

·         Şeyx Muqbil əl-Vadii (Allah ona rəhm etsin)

·         Şeyx Əhməd Nəcmi (Allah ona rəhm etsin)

(Şeyx Əhməd Nəcmi Məribiyə rəddiyyə olaraq “əl-Tənbih əl-Vəfiy alə Müxalifət Əbil-Həsən əl-Məribi” adlı kitab qələmə almışdır).

·         Şeyx Zeyd Mədxali (Allah ona rəhm etsin)

·         Şeyx Muhəmməd ibn Abdul-Vəhhab Bənna (Allah ona rəhm etsin)

·         Şeyx Rabi əl-Mədxali (Allah onu qorusun)

(Şeyx Rabi Məribinin bidətlərinə bir neçə rəddiyyə yazmışdır. Bu rəddiyyələr daha sonra “Şeyx Rabinin kitablar və fətvalar məcmusunda” ayrıca bir cilddə toplanmışdır).

·         Şeyx Salih Suheymi (Allah onu qorusun)

·         Şeyx Səid Raslan (Allah onu qorusun)

·         Şeyx Vəsiyullah Abbas (Allah onu qorusun)

·         Şeyx Ubeyd əl-Cəbiri (Allah onu qorusun)

·         Şeyx Muhəmməd ibn Hədi (Allah onu qorusun)

·         Şeyx Abdullah Buxari (Allah onu qorusun)

(Şeyx Abdullah Buxari Məribiyə rəddiyyə olaraq “əl-Fəth ər-Rabbaniy fi Rəddi alə Əbil-Həsən əs-Süleymani” kitabını qələmə almışdır) 

·         Şeyx Süleyman ər-Ruheyli (Allah onu qorusun)

·         Şeyx Muhamməd Bəzmul (Allah onu qorusun)

 

Bu çəkindirmələrdən çoxunun əslini burada dinləmək olar:

https://www.youtube.com/watch?v=IxgHq-KG4xg

“Sərhədlərin silinməsi” ideologiyasının təkamülünü daha yaxşı başa düşmək üçün Məribinin ixtira etdiyi bəzi əsas qayda və prinsiplərini təqdim edirik. Qısa şəkildə bu qaydaların necə də azmış qaydalar olduğunu göstərəcəyik.