Nəticə

English

Nəticə
 

Cari məqalədə müəllif yalnız Hələbinin sərhədlərin silinməsi (mumeyyilik) idealogiyasını yaymaq, xəvariclər və digər bidətçilər sırasından azmış şəxsləri müdafiə etmək üçün tətbiq etdiyi əsas qayda və prinsiplərə toxunmağa çalışdı. Bununla bərabər, Hələbi əqidə məsələlərində bəzi digər zəlalətlərə də yol vermişdir. Bunlardan ən təhlükəlisi onun dinlər və təriqətlərin birliyinə çağırışları müdafiə etməsi və onların ünvanına təriflər yağdırmasıdır. Lakin, bu məqalədə yalnız Hələbinin təbliğ etdiyi mumeyyi qayda və prinsiplərinin şərhi, onların batilliyinin isbatı, həmçinin materialın böyüklüyünü və mürəkkəbliyini nəzərə alaraq, onun bu və digər zəlalətlərindən bəhs etməmək qərara alındı.

Beləliklə, Uca Allahın köməkliyi ilə biz bu və bundan öncəki məqalələrimizdə (Mümeyyilər kimlərdir və ya ixvanlığın yeni siması 1-ci hissə, 2-ci hissə) sərhədlərin silinməsi (mumeyyilik) ideologiyasının əsas qayda və prinsplərini, bu ideologiyanın sələfilərin sıralarında tarixini və təkamülünü şərh etməyə nail olduq. Bu məqalələrin əsas məramı isə, sələfilərin bu bidətə düşməməsi və müxtəlif azmış şəxsiyyətlərin müdafiəsinə qalxmaması məqsədilə onları sərhədlərin silinməsi ideologiyasının təhlükəli və şərli qayda və əsaslarından qorumaq idi. Uca və Qüdrətli Allahdan bu əməyi qəbul etməsini və onu İslam dini və müsəlmanlar üçün faydalı etməsini diləyirəm!

Allahın salavat və salamı olsun Peyğəmbərimiz Muhammədin, onun əhli-beytinin və bütün səhabələrinin üzərinə olsun!

 

Hazırladı: Ramin Abu Davud

mənbə: abubakr-mescidi.com