Sələfi libasına girmiş mumeyyilər

English

Ərəb dilində məyyə’ə feli  (مَيَّعَ) və ya onun feli ismi (məsdəri) olan təmyi’ (تَمْيِيعٌ) kəlməsi “həll etmək”, “əritmək”, “mayeyə çevirmək” kimi tərcümə olunur.

Beləliklə, mumeyyi (المُمَيِّعُ) – hər hansı bir bərk materialı həll edərək mayeyə çevirən şəxsdir. İmam Buxarinin “Səhih” toplusunda rəvayət etdiyi hədisdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: Mədinə əhli əleyhinə fitnə-fəsad törədənlər ( انماع ) duzun suda ( ينماع ) əridiyi kimi əriyəcək (yəni, “məhv olacaq” – müəllifin qeydi)”(əl-Buxari, 1877).

Terminologiya baxımından təmyi’, şeyx Xalid Raddadinin (Allah onu qorusun) dediyi kimi: “Həvasının və bidətlərin ardınca gedənlərə münasibətdə, onların bidətləri barəsində susmaq, onlardan çəkindirməkdən imtina etmək, onlar qarşısında yaltaqlanmaq, həmçinin onların səbəb olduğu təhlükə və şərin kiçildilməsi və lazımi qədər qiymətləndirilməməsi şəklində təzahür edən yolverilməz tolerantlıq və həlimlik şəklində Qurana, Sünnəyə və sələflərin mənhəcinə zidd getməkdir”. (Doktor Xalid Rəddadinin “Təmyi’ və mumeyyi’ə terminləri” adlı məqaləsindən)

 http://www.sahab.net/forums/index.php?showtopic=135315

Digər sözlərlə, mumeyyilər (المميعة) –  sərhədlərin silinməsi (təmyi’) ideyasını icazəli görən və təbliğ edən, yəni, Əhli-Sünnə ardıcılları və digər bidətçi firqələrin davamçıları arasındakı sərhədləri “əridən” və silən şəxslərdir. Şeyx Rabi ibn Hədi əl-Mədxali (Allah onu qorusun) mumeyyilərə münasibətdə demişdir: “Bu sözün altında İslamın əsaslarını silən (əridən), yumşaldan, zəiflədən və hətta onlara qarşı müharibə aparan insanlar nəzərdə tutulur”. (“Həl əl-Cərh və ət-Tə’dil Xass bi Ruvət əl-Hədis” adlı audioleksiyadan).

Bu termini (və ya bu termindən törəmə bənzər mənalı sözləri)  istifadə və ya tətbiq edən görkəmli sələfi alimləri arasında aşağıdakı alimlər olub:

Şeyx Muhamməd Nasirəddin əl-Albani (Allah ona rəhmət etsin)

Şeyx Muhamməd Aman əl-Cami (Allah ona rəhmət etsin)

Şeyx Muqbil ibn Hədi (Allah ona rəhmət etsin)

Şeyx Əhməd ən-Nəcmi (Allah ona rəhmət etsin)

Şeyx Saleh əl-Fovzan (Allh onu qorusun)

Şeyx Əbdül Muhsin əl-Abbad (Allah onu qorusun)

Şeyx Rabi ibn Hədi əl-Mədxali (Allah onu qorusun)

Şeyx Ubeyd əl-Cabiri (Allah onu qorusun)

(Doktor Xalid Rəddadinin  “Təmyi’ və mumeyyi’ə terminləri” adlı məqaləsindən)

http://www.sahab.net/forums/index.php?showtopic=135315 

Qeyd etmək lazımdır ki, “sərhədlərin silinməsi” ideyasının müasir baniləri və təbliğatçıları ixvanlardır. Öz seçicilərinin sayını artırmq və müsəlman rəhbərləri devirmək (xüruc) məqsədilə  daha çox tərəfdar toplamaq üçün ixvanlar əqidə məsələlərində zəlalətləri və nöqsanlarından asılı olmayaraq bütün müsəlman firqələrinin birləşməsi ideyasını təbliğ etməyə bаşladılar. Əqidə məsələlərində ciddi nöqsanlar sadəcə “xətalar” adlandırıldı və belə bir fikir irəli sürüldü ki, “daha mühüm bir məqsəd naminə” – hakimiyyətə gəlmək naminə bu “xətalara” əhəmiyyət verməmək lazımdır. İxvanlar təriqətinin banisi və ideoloji lideri Həsən Bənna bu nəzəriyyəsi üçün “sərhədlərin silinməsi” (təmyi’) ideologiyasının əsasında duran - ixvanların “qızıl qaydasını” müəyyən etdi: “Ümumi məqsədlərimiz əsasında əməkdaşlıq edək və ixtilaf etdiyimiz məsələlərdə bir-birimizi bağışlayaq”.

Beləliklə, ixvanların nəzəriyyəsinə müvafiq olaraq, bidətçi firqələr “xəta” işləmək ehtimallarının olmasına baxmayaraq, bütövlükdə “doğru (haqq)” yolda olan firqələr adlandırılaraq demək olar ki, 4 sünni məzhəbinə bərabər tutuldu. Hətta, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) səhabələrini lənətləyən və onlara dil uzadan rafiziləri də bir çox ixvanlar bidətçi firqələr sırasından çıxararaq “doğru (haqq)” yolda olan müsəlmanların sıralarına daxil etdilər.

Tezliklə ixvanların nəzəriyyələrinin təsiri altında özlərini “sələfi” kimi qələmə verən dəvətçilər “sərhədlərin silinməsi” (təmyi’) ideyasını bir qədər dəyişdirilmiş formada təbliğ etməyə başladılar. Qeyd etmək lazımdır ki, ixvanların xələfi olan süruri-qutbçular zor gücü ilə hakimiyyətə gəlmək ideologiyası ilə bərabər, öz tərəfdarlarının sayını artırmaq üçün həm də ixvanlara məxsus “sərhədlərin silinməsi” prinsipinin tərəfdarı idilər. Lakin, burada söhbət açıq şəkildə xəvaric-süruri əqidəsinə çağırmayan, hətta müəyyən mənada onları pisləyən  təbliğatçılardan gedir. Buna baxmayaraq, bu şəxslər doğru yoldan azmış müxtəlif süruriləri, qutbçuları və digər bidətçiləri “xətaya yol vermiş sələfilər” adlandıraraq müdafiə və tövsiyyə edirlər. Bu başabəla təbliğatçılar sələfilər və bidətçilər arasında sərhədləri aradan qaldırmaq və müxtəlif azmış şəxslərin əqidə məsələlərində zəlalətlərini sadəcə “sələfilikdən çıxarmayan xətalar” adlandırmaqla onları sələfilərin sıralarına daxil etmək üçün müxtəlif qaydalar və prinsiplər uydurmağa başladılar.

Beləliklə, öz gizliliyi və müəyyən mənada sələfiliyə bənzəməsi səbəbi ilə sələfi dəvətinə münasibətdə törədilmiş yeni fitnə, sürurilərin fitnəsindən daha təhlükəli oldu. Əgər Salman əl-Əudə və Səfər Havali ilə əlaqəli hadisələrdən sonra süruriləri  xüsusiyyətlərinə əsasən asanlıqla tanımaq mümkün idisə, mumeyyilərin sələfi dəvətinin əleyhinə törətdiyi fitnələri müəyyən etmək daha da mürəkkəbləşdi.  Axı bəzi mumeyyilər ilk baxışdan sələfiliyə çağıran və dində müxtəlif bidətləri, həmçinin süruri və qutbçu görüşlərini pisləyən zahiri “sələfilərdir”. Onların sələfilərdən yeganə və ən əsas fərqi odur ki, onlar müxtəlif bəhanələrlə və uydurulmuş saxta (əsassız) qaydalarla sələfilikdən azmış şəxslərdən çəkindirmək istəmir və onları tövsiyyə etməyə davam edirlər. Beləliklə, mumeyyilər sələfilər arasında müxtəlif bidətçi görüşləri dolayı yolla yayan şəxslərdir. Yəni, mumeyyilər özləri sələfilər arasında ictimai olaraq müxtəlif bidətləri yaymaya da bilərlər, lakin, onlar müxtəlif təhlükəli zəlalətləri təbliğ edən şəxsləri sələfilərə tövsiyyə edir və nəticə etibarilə onları və bütövlükdə müsəlmanları doğru yoldan azdırırlar.

Şeyx Rabi ibn Hədi əl-Mədxali (Allah onu qorusun) “sərhədlərin silinməsi” (təmyi’) ideyasının liderlərindən biri olan Əbul-Həsən əl-Məribiyə münasibətdə demişdir: “Onun fitnəsi insanar üçün daha çox dolaşıq oldu. Məhz bu səbəbdən bu fitnə, sələfi mənhəcinin və onun ardıcıllarının rastlaşdığı ən təhlükəli fitnəyə çevrildi. Çünki, bu fitnənin ideoloqları böyük fəsadlar törədərək özlərini sələfi mənhəcinin nümayəndələri olduğunu nümayiş etdirmək üçün əllərindən gələni etdilər”. (Məcmu Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi ibn Hədi əl-Mədxali, 13/ 280).

Həmçinin, şeyx Muhamməd ibn Hadidən (Allah onu qorusun) sələfilər və hizbçilər arasında dolaşaraq onlar arasındakı sərhədləri silənlər barədə soruşdular:

“Sual verən: “Əgər hər hansı sələfi ixvanla qarışır və onunla dostluq edirsə,  yuxarıda deyilənlər ona da şamil olunur?”

Şeyx Muhamməd ibn Hadi: “Bəli, o özü də qarışdığı və dostluq etdiyi şəxs kimi olur”.

Sual verən: “Şeyx, bütün bunlarda “fayda və zərər” nəzərə alınır?”

Şeyx Muhamməd ibn Hadi: “Əgər sənin dediyin məsələlərdə bu cür hərəkət edilməsə, Əhli-Sünnə sadəcə bidətçilərin haqqında danışdığı faydadan daha çox, zərərə uğrayacaq. Əhli-Sünnə hesab edir ki, bu cür insanlardan gələn ziyan, (açıq-aşkar) hizbçilərdən gələn ziyandan daha pisdir, çünki hizbçilər özlərini açıq-aydın büruzə verirlər və onların təhlükəsindən qorunmaq, bu sələfi və hizbilər arasında olan (və ya dolaşan) bu şəxslərin zəlalətlərindən daha asandır… Onlar həm onlarla, həm də bunlarla (həm sələfilər və həm də hizbçilərlə) dostluq etməyə çalışırlar, lakin nəticə etibarilə onlar sələfiləri zay edirlər və bununla bərabər hizbçiləri təshih etmirlər. Odur ki, (açıq-aydın) hizbçilərdən daha çox, belələrindən çəkinmək vacibdir”.

http://sunnaportal.com/?p=4735 

Beləliklə, sələfi donuna girmiş mumeyyilər iki əsas səbəbə görə əslində yeni simalı ixvanlardır:
Birincisi, ixvanlar kimi, onlar da öz azğın qaydaları əsasında əslində haqq yolda olmayanları, haqq yolla gedənlərin sıralarına daxil edirlər:

İkincisi, öz azğın qaydalarını tətbiq etməklə, onlar əsasən məhz müsəlman rəhbərlərin devrilməsinə (xüruc) çağıran və bunu icazəli görən müxtəlif ixvan-qutbçuları tövsiyyə edirlər.