“Sərhədlərin silinməsi” ideologiyasının təkamül tarixi

English

Bu fitnə toxumlarını sələfilərin sıralarına ilk səpən Adnan Arur adlı şəxs olmuşdur. Bir müddət şeyx Muhamməd Nasirəddin əl-Albaninin (Allah ona rəhm etsin) dərslərinə qatılan bu şəxs özünü sələfi kimi qələmə verərək dəvətlə məşğul olmağa başladı. O, xüsusilə Avropada fəal dəvət aparırdı. Məhz burada o, ixvanlığı yeni simada yaymağa başladı. Fransa, Hollandiya və Böyük Britaniyada keçirilən müxtəlif dini seminarlarda o, müxtəlif haqq yoldan azmış şəxsiyyətləri, o cümlədən müasir təkfirçilərin ideoloji atası sayılan Seyyid Qutbu müdafiə etmək üçün özünə məxsus yeni ixvan qaydalarını yaymağa başladı. Bu qaydalardan:

“Biz (şəxsləri) düzəltməli, lakin, onları cərh etməməliyik” (نصحح ولا نجرح). (Cərh etmək – bir adamı tənqid etmək, onun xətalarını bəyan etmək və ondan çəkindirmək mənalarını verir).

“(Şəxsləri) mühakimə etmə, yoxsa mühakimə olunacaqsan” (من حَكَم حُكِمَ عليه).

“Əgər mühakimə etsən, mühakimə olunacaqsan. Əgər dəvət etsən, əcr qazanacaqsan”  (اذا حاكمت حوكمت وإذا دعوت أجرت).

Əslində, sələfi alimlərinin də qeyd etdiyi kimi, Arurun “Biz (şəxsləri) düzətlməli, lakin, onları cərh etməməliyik” qaydası ixvanlar firqəsinin banisi olan Həsən Bənnanın qaydasından başqa bir şey deyildir: “Ümumi məqsədlərimiz əsasında əməkdaşlıq edək və ixtilaf etdiyimiz məsələlərdə bir-birimizi bağışlayaq”.

Həmçinin, Arur digər bir ixvan prinsipi olan mənhəc əl-muvəzənət (منهج الموازنات) və ya “yaxşı və pis əməllərin müvazənə (çəkilməsi)” prinsipinin fəal təbliğçilərindən idi. Bu prinsipə əsasən, əgər sən hər hansı bir bidətçidən çəkindirirsənsə, o zaman “adil” olmaq üçün onun zəlalətləri ilə bərabər yaxşı əməllərini də qeyd etməlisən. Hələ Arurdan öncə ixvanlar müxtəlif azmış insanları, xüsusilə öz əqidələrində böyük zəlalətə malik olan Seyyid Qutbu və Həsən Bənnanı müdafiə etmək üçün bu prinsipi tətbiq etmişdilər. Əhli-Sünnə alimləri “mənhəc əl-muvəzənət” haqqında öyrəndikdə, onu tənqid etdilər və bu prinsipin bidət olduğunu izah etdilər.

“Müvazənə prinsipinin” ən fəal tənqidçilərindən biri şeyx Muhamməd Nasirəddin əl-Albani (Allah ona rəhm etsin) idi. Onun bu prinsiplə əlaqəli dediyi sözlərdən bəziləri: “Bu bidətçi bir yoldur… Allahu Əkbər”.

“Bu, insanların tənqid olunmasında təzə peyda olmuş “müvazənə” adlanan bir bidətdir”.
“Bu gün çoxlarının haqqında danışdığı “müvazənə prinsipinin” uydurma olduğuna şübhə yoxdur”

“Onlar (“müvazənə prinsipinin” müdafiəçiləri) fitnə salmaq və özlərinə sərf edən təfsirə nail olmaq üçün eyhamlı dəlillərin ardınca gedirlər”.

“Müvazənə prinsipi” bidətini uyduranlar şübhəsiz ki, Qurana və Sünnəyə zidd gedirlər”. (Bax; “Siyanətul əs-Sələfi min Vəsvəsəti və Təlbisəti Əli əl-Hələbi”, səh. 149). 

Onlar izah etdilər ki, insanın tərcümeyi-halını tərtib etməklə onun özündən çəkindirmək arasında fərq var. Birinci halda əgər bu, oxucuları və ya dinləyiciləri doğru yoldan azdırmayacaqsa, bidətçilərin bəzi yaxşı əməllərini qeyd etmək icazəlidir. İkinci halda (yəni, müsəlmanların hər hansı bir şəxsdən çəkindirilməsi halında) bu insanın yaxşı əməlləri barədə danışmaq qadağandır, çünki bu çəkindirməni kəsərdən salacaq və lazımi effekti verməyəcək. Bundan əlavə, xüsusilə əgər dinləyicilər elm tələb etməyən müsəlmanlardırsa, bu, əksinə bidətçi haqqında yaxşı rəyin formalaşmasına səbəb olacaq.

Arurun ixvanlığı həmçinin onun müasir xəvariclərin ideoloji atasına – Seyyid Qutba olan hədsiz sevgisi və onun ünvanına ifrat təriflər yağdırmasında açıq-aydın büruzə olunur. İlk öncə Allahdan, daha sonra isə sələfilərdən qorxmayan bu şəxs elan edib ki, guya Seyyid Qutb mənhəc mövzusunda danışanların ən yaxşısı olub!” (Məcmu Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi ibn Hədi əl-Mədxali, 11/ 34).

Lakin, Uca Allah Adnan Arurun azğın qaydalarını Peyğəmbərin (salləllahu aleyhi və səlləm) varisləri olan həqiqi Əhli-Sünnə alimlərinin vasitəsilə ifşa etdi. Bundan əlavə, sələfi alimləri bütün müsəlmanları Adnan Arurun özündən də çəkindirməyə başladılar. Ondan və onun azğın ixvan qaydalarından çəkindirən sələfi alimləri arasında aşağıdakı şeyxlər (və digərləri) var:

·         Şeyx İbn Useymin (Allah ona rəhm etsin)

·         Şeyx Əhməd ən-Nəcmi (Allah ona rəhm etsin)

·         Şeyx Zeyd əl-Mədxali (Allah ona rəhm etsin)

·         Şeyx Rabi ibn Hədi əl-Mədxali (Allah onu qorusun)

·         Şeyx Saleh əl-Fovzan (Allah onu qorusun)

·         Şeyx Əbdül Muhsin əl-Abbad (Allah onu qorusun)

·         Şeyx Ubeyd əl-Cabiri (Allah onu qorusun)

·         Şeyx Muhamməd bin Hadi (Allah onu qorusun)

Audioyazının ərəb dilində əsli buradadır: http://subulsalam.com/site/audios/autres/KalamOlama_Fi_AdnaneAr%F4ur.mp3

Adı çəkilən alimlərin Adnan Arur və onun qaydaları ilə əlaqəli söylədikləri bəzi fikirləri təqdim edirik ki, oxucu bu qaydaların nöqsanlı olduğunu öyrənsin və buna əmin olsun:

Şeyx İbn Useymin (Allah ona rəhm etsin) sual:

Avropalı sələfi gənclərin şeyx İbn Useyminlə (Allah ona rəhm etsin) görüşlərindən birində, ondan Adnan Arurun bəzi qaydaları barədə şərhlər verməyi xahiş etdilər:

“Sual verən: “Bidətçilərin düşdüyü bidətlərə münasibətdə “Biz (şəxsləri) düzətlməli, lakin onları cərh etməməliyik” qaydası şamil olunurmu?”

Şeyx İbn Useymin: “Bu, yalnış qaydadır. Əksinə, biz, öz təkkəbbürünə görə haqqdan boyun qaçıranları cərh edirik”.

Sual verən: “İkinci qayda: “Mühakimə etmə, yoxsa mühakimə olunacaqsan”.

Şeyx İbn Useymin: “Bu qaydalar yaltaq qaydalardır”.

Sual verən: “Üçüncü qayda: “İnsanın niyyətinin onun əməlləri ilə heç bir əlaqəsi yoxdur”.

Şeyx İbn Useymin: “Bu yalandır, çünki Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Həqiqətən də əməllər ancaq niyyətlərə görə qiymətləndirilir”. (əl-Buxari, 1).

Sual verən: “Dördüncü qayda: “Bəzi insanlar şərt qoyurlar ki, cərh yalnız heç bir şübhə olmayan dəlillərə əsaslanmalıdır (qətiyyətu əs-sübut)”.

Şeyx İbn Useymin: “Bu doğru deyil”.

Sual verən: “Beşinci qayda: “Bəzi insanlar şərt qoyurlar ki, əgər sən insanın xətası haqqında eşitsən və ya oxusan, o insandan nəyi nəzərdə tutduğunu dəqiqləşdirmədikcə və ona nəsihət etmədikcə onun halı haqqında hökm verməməlisən. Başqa cür hərəkət edən isə münafiqlərin əlamətlərindən birinə malikdir”.

Şeyx İbn Useymin: “Bu yalnış fikirdir”.

Sual verən: “Axırıncı qayda: “Sən bir insandan çəkindirdikdə və ya ona nəsihət etdikdə, ədaləti qorumaq üçün onun xətaları haqqında danışdıqda, onun yaxşı əməllərini də göstərməlisən”.

Şeyx İbn Useymin: “Sənə deyirəm – yox, yox və bir daha yox! Bu cür şeylər danışmaq xətadır. Qulaq as, ey insan, mən kimdənsə çəkindirdikdə, çəkindirməm kəsərdən düşməsin deyə, mən onun yaxşı əməlləri haqqında danışmamalıyam”.

Sual verən: “Hətta əgər bu insan Əhli-Sünnədən olsa da?”

Şeyx İbn Useymin: “Fərqi yoxdur, o Əhli-Sünnədəndir ya yox. Mən necə bir insandan çəkindirə və eyni zamanda onu tərifliyə bilərəm!? Məgər bu məntiqə uyğundur?!”

(Kutub və Rəsail və Fətəva əş-Şeyx Rabi ibn Hədi əl-Mədxali, 11/ 114-115). 

Həmçinin, Şeyx Saleh əl-Fovzana (Allah onu qorusun) sual verirlər:

“Sual verən: “Biz Avropada, daha dəqiq desək Hollandiyada yaşayan bir qrup qardaşıq. Vermək istədiyimiz bəzi suallar var”.

Şeyx Saleh əl-Fovzan: “Buyurun, verin”.

Sual verən: “Biz sizdən bəzi qaydalar haqqında soruşmaq və bu qaydaların Əhli-Sünnənin əsaslarına müvafiq olub-olmadığını bilmək istəyərdik. Birinci qayda: “Biz (şəxsləri) düzətlməli, lakin, onları cərh etməməliyik”. Bu qayda haqqında nə deyə bilərsiniz? Allah əcrinizi versin”.

Şeyx Saleh əl-Fovzan: “Bu qaydanın heç bir dəlili yoxdur! Bu qayda üçün heç bir dəlil yoxdur. Uydurma yolların davamçılarını cərh etmək lazımdır”.

Sual verən: “İkinci qayda: ”Əgər mühakimə etsən, mühakimə olunacaqsan. Əgər dəvət etsən, əcr qazanacaqsan”.

Şeyx Saleh əl-Fovzan: “Bu qayda bidətdir. Bu qaydanın heç bir dəlili yoxdur. Əksinə, uydurma yolların davamçıların mühakimə və ifşa etmək lazımdır. Bəli”.

Sual verən: “Üçüncü qayda: “Adil olmaq üçün, (azmış şəxsin) xətaları ilə bərabər onun yaxşı əməllərini də göstərməlisən”.

Şeyx Saleh əl-Fovzan: “Mən deyirəm - bu qayda da uydurma qaydadır. Bu yalnış qaydadır. Biz müşriklər haqqında danışanda, onların pis əməlləri haqqında danışırıq və yaxşı əməlləri haqqında danışmırıq”.

Sual verən: “Bu bidətçilərə də aiddir?”

Şeyx Saleh əl-Fovzan: “Nə bidətçilərə də aiddir?”

Sual verən: “Bu qaydanın müəllifi deyir: “Adil olmaq üçün, (azmışın) xətaları ilə bərabər onun yaxşı əməllərini də göstərməlisən…”

Şeyx Saleh əl-Fovzan: “Müşrik və bidətçi arasında heç bir fərq yoxdur. Əgər sən bidətçilər haqqında danışırsansa, onların pis əməlləri haqqında danışmalı və yaxşı əməlləri haqqında danışmamalısan. Allah bizə düşmənlərin pis əməllərini bildirib, yaxşı əməllərini isə bildirməyib. Bu qaydalar Arura məxsusdur?”

Sual verən: “Bəli, bu onun qaydasıdır, şeyx”.

Şeyx Saleh əl-Fovzan: “Belə də başa düşdüm. Bu qaydalar uydurmadır və qəbuledilməzdir. Bu qaydalara artıq rəddiyyələr yazılıb”.

Sual verən: “Dördüncü qayda: “İnsanın xətasını göstərmək icazəlidir, amma onu cərh etmək qadağandır”- bu qayda səhihdir?”

Şeyx Saleh əl-Fovzan: “Bu qayda “biz (şəxsləri) düzətlməli, lakin, onları cərh etməməliyik” qaydasına bənzəyir. Bu elə eyni qaydadır”.

Sual verən: “Möhtərəm şeyx, bu qaydalara dəlil kimi o (Arur) aşağıdakıları deyib: “Niyə namazı tərk edəni küfrdə ittiham etdiyinə görə İmam Əhməd pislənmir, amma Seyyid Qutb guya müsəlman cəmiyyətlərini küfrdə ittiham etdiyinə dair bəzi fikirlərinə görə pislənir? Halbuki, faktiki olaraq bu (müsəlman) xalqları küfrdə ittiham etdiyi üçün İmam Əhməd pislənmir”. Bu sözləri necə şərh edə bilərsiniz?”

Şeyx Saleh əl-Fovzan: “İmam Əhməd şəriət dəlillərini və onların tətbiqi üsullarını bilən görkəmli alimdir. Seyyid Qutb isə şəri elmi olamayan və bu elmlər haqqında təsəvvürü olmayan bir cahildir. Onun (Qutbun) dediklərinə dair dəlili yoxdur. Odur ki, İmam Əhmədin Seyyid Qutbla müqayisə olunması ədalətsizlikdir”.

Sual verən: “Həmçinin o, demişdir: “Mən dünyada mənhəc haqqında Seyyid Qutb kimi danışan birini tanımıram. Onun mənhəc haqqında bütün yazdıqları əsasən doğrudur”. Daha sonra ondan (Arurdan) bu fikir haqqında soruşduqda, o demişdir: “Mənhəc dedikdə, mən siyasi seçkilər və sui-qəsdlər kimi mövzulara dair məsələləri nəzərdə tuturdum. Mən onu nəzərdə tuturam ki, onun (Qutbun) yaşadığı dövrdə, yəni, 50-ci illərdə dünyada mənhəc haqqında danışan heç kimi tanımıram…”.

Şeyx Saleh əl-Fovzan: “Bəli, doğrudur, o (Arur) bilmir. O, bilmir, çünki cahildir, biz isə bilirik, həmd olsun Allaha. Biz bilirik ki, Seyyid Qutbdan əvvəl və sonra yaşamış bütün (sələfi) alimləri ona (Qutba) və onun əqidəsinə ziddirlər. Sizə aydındır?”

Sual verən: “Bəli”.

Şeyx Saleh əl-Fovzan: “Bax beləcə”.

Sual verən: “Həmçinin o, bu sözləri də demişdir: “Əhli-Sünnə mənhəcinin altında gizlənməklə, o, deyilmiş bircə xəta və ya qeyri-aydın söz səbəbilə insanları nüfuzdan salır və yamanlayır…”(ardınca audioyazıda deyilən sözlər aydın eşidilmir). Siz bu sözləri necə şərh edə bilərsiniz?”

Şeyx Saleh əl-Fovzan: “Bu, onun bidət tərəfdarlarını müdafiə və tövsiyyə etmək niyyəti ilə dediyi əsassız sözlərdir”.

Sual verən: “Həmçinin o, demişdir: “Əgər müxtəlif camaatlar (firqələr, partiyalar, qruplaşmalar) arasındakı ixtilaflar diqqətlə öyrənilsə, bu ixtilafların əsasən əqidə və ya mənhəc məsələlərindəki ixtilaflara yox, əxlaqi aspektlərə qayıtdığına əmin olmaq olar”. Bu doğrudur?”

Şeyx Saleh əl-Fovzan: “Xeyr, doğru deyil. İxtilaflar əxlaqi yox, əqidə məsələlərindədir. O, sadəcə olaraq bununla onları (Əhli-Sünə yolundan azmış şəxsləri) müdafiə etmək istəyir”.

Sual verən: “Onun (Adnan Arur) haqqında nə deyə bilərsiniz?”

Şeyx Saleh əl-Fovzan: “O ümumiyyətlə alim deyil. O, Səudiyyə Ərəbistanına hansısa peşə ilə məşğul olan bir işçi kimi gəlib. Daha sonra o öz əqidəsini büruzə verib…”

Sual verən: “Biz sizdən onunla əlaqəli son nəsihət eşitmək istəyərdik. O, Avropaya gəldikdə sələfi gənclərə onun dərslərinə qatılmağı tövsiyyə edirsiniz?”

Şeyx Saleh əl-Fovzan: “Mən sələfi gənclərə onu boykot etməyi və onun dərslərinə qatılmamağı tövsiyyə edirəm. Bu ona və onun kimilərə də aiddir”.

http://www.sahab.net/forums/index.php?showtopic=118042

Şeyx Abdul-Muhsin əl-Abbada (Allah onu qorusun) da belə suallar verilir:

“Sual verən: “Biz bəzi qaydalar eşitmişik və bu qaydalara dair şübhələrimiz var. Sizə bu qaydaları oxumaq istəyərdik ki, bu qaydaları şərh edəsiniz və onların Əhli-Sünnə ardıcıllarının sabit əsaslarına müvafiq olub-olmadığını bizə izah edəsiniz. Bu qaydalardan biri: “Biz (şəxsləri) düzətlməli, lakin, onları cərh etməməliyik”. Digər bir qayda isə belədir: “Əgər sən (şəxslərin halı barədə) mühakimə yürütsən, özün də mühakimə olunacaqsan, lakin, əgər dəvət etsən, əcr qazanacaqsan”.

Şeyx Abdul-Muhsin əl-Abbad: “Xatırlatdığın bu qaydaların müəllifi kimdir?”

Sual verən: “Şeyx, bu qaydaların müəllifi Adnan Arur adlı bir şəxsdir”.

Şeyx Abdul-Muhsin əl-Abbad:  “Sizə nəsihətim – onun qaydalarını tərk edin və ondan elm almayın, çünki onun başı çıxmır və xətaları var. Mən hələ çoxdan onun bəzi sözləri ilə tanış oldum və o sözlərdə elə məqamlar gördüm ki, o haqda danışmaq olmaz. Odur ki, onu dinləməyə son qoymaq və onun sözlərinə fikir verməmək lazımdır. Əksinə, müsəlman, şeyx İbn Bəz, şeyx İbn Useymin, şeyx Saleh əl-Fovzan, şeyx Abdul-Aziz Ali Şeyx kimi nüfuzlu alimlərin və mənhəcində şübhə olmayan digər  nüfuzlu alimlərin sözlərini və dərslərini dinləməlidir. Adnan Arur qardaşa gəldikdə isə, mən artıq onun bəzi sözləri ilə tanış oldum və gördüm ki, onun başı çıxmır və xətaları var. Odur ki, ona və onun sözlərinə yönəlmək düzgün deyil. Onun haqqında qısa olaraq bunları deyə bilərəm və onun, yaxud digər şəxsin qaydalarını sizə xatırlatmağa ehtiyac yoxdur”.

Sual verən: “Biz sizdən son nəsihət eşitmək istəyirik. Onun dərslərinə qatılmağı tövsiyyə edirsinizmi?”

Şeyx Abdul-Muhsin əl-Abbad: “Allaha and olsun mən hesab edirəm ki, siz onun dərslərinə qatılmamalısınız. Hələ ki, o, bu yoldadır, siz onun dərslərinə qatılmamalısınız”.

http://www.albaidha.net/vb4/showthread.php?t=14992

Beləliklə, Arurun fitnəsi əksər gənc sələfilər arasında şübhələr və ixtilaflar salmaqla sələfi dəvətinə güclü ziyan vura bildi. Şeyx Rabi ibn Hədi əl-Mədxali (Allah onu qorusun) Aruru təsvir edərkən demişdir: “Adnan Arur bütün bəlaların bəlası və bütün fitnələrin fitnəsidir. Mən sələfi mənhəci və onun ardıcılları üçün ondan daha zərərli insan görmədim. Mən bu qədər səy göstərərək sələfilər arasında fitnə və qarşılıqlı nifrət salaraq onlar arasında təfriqəyə nail olan onun kimi birini tanımıram”.

http://www.ajurry.com/vb/showthread.php?t=11164g

Yalnız əksər nüfuzlu sələfi alimləri Arurun zəlalətləri barədə xəbər tutduqdan və tədqiq etdikdən, ondan və onun ideologiyasından çəkindirdikdən sonra Arurun fitnəsi tədricən səngiməyə başladı. Artıq bu gün əksər sələfilər üçün batil haqqdan ayrılıbUca Allah buyurur: “De: “Haqq gəldi, batil yox oldu, çünki batil (öz-özlüyündə) yoxluğa (heçliyə) məhkumdur!” (əl-İsra, 81).

Adnan Arurun başlatdığı fitnə barədə söhbətimizi yekunlaşdırmazdan əvvəl, bu fitnənin yayılmasında müəyyən rol oynamış bir şəxsi də xatırlamaq yerinə düşərdi. Burada söhbət mərakeşli dəvətçi Muhamməd Məğravidən gedir. Adnan Arurun ətrafında fitnə baş qaldırdıqda, Məğravi müdaxilə edərək öz əqidəsindən əl çəkməsi üçün Arura nəsihət etməyə çalışdı, lakin dərin və sabit elminin olmaması səbəbi ilə Məğravi Arur tərəfindən aldadıldı, onun tərəfdarlarından və müdafiəçilərindən birinə çevrildi. Sonradan  Məğravinin çoxsaylı zəlalətləri, xüsusilə onun günahlar törətmələri səbəbi ilə bütün müsəlman cəmiyyətlərin təkfir edilməsi haqqında fikirləri sələfilərə məlum oldu. Nəticədə əksər məşhur alimlər, o cümlədən şeyx İbn Useymin (Allah ona rəhm etsin) ondan çəkindirdilər.

Şeyx İbn Useyminə (Allah ona rəhm etsin) Məğravinin bugünkü müsəlman rəhbərlərə beyəti tənqid və inkar etməsi ilə əlaqəli mülahizələrini oxuyaraq şərh verməsini xahiş etdikdə, şeyx aşağıdakıları demişdir: “Bu insan qiyamçıdır! O, qiyamçıdır! O, gerçəkliyi dərk etmir. O, bilmir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) rəhbərlərə tabe və itaət etməyi əmr edib. Hətta əgər onlar bizə zülm etsələr, belimizə vursalar və mülkiyyətimizi əlimizdən alsalar da. O, Əhməd ibn Hənbəl və digər görkəmli alimlərin bugünkü rəhbərlərdən daha pis, insanları təqib edən, işkəncə verən və zor gücü ilə Quranın məxluq olduğunu deməyə məcbur edən xəlifələrə necə münasibət göstərməsini başa düşməyib və nəticə çıxarmayıb”.

http://www.sahab.net/forums/index.php?showtopic=98671
Həmçinin, şeyx Əhməd ən-Nəcmi (Allah ona rəhm etsin) demişdir: “Xülasə edərək, aşağıdakları deyəcəm: “Məğravinin bu vərəqlərə həkk etdiyi fikirlər süruri, təkfirçi və xəvaric fikirlərindən başqa bir şey deyil”.

http://www.alrbanyon.com/vb/showthread.php?t=14367
(“əl-Bərahin əl-‘Atida fi Kəşfi Əhval və Təsilət Əli Hələbi əl-Cədidə”, səh. 28)

Lakin, bu və bir çox digər görkəmli sələfi alimlərinin bütün bu çəkindirmələrinə baxmayaraq, “sərhədlərin silinməsi” ideyasının liderləri və onların davamçıları Məğravini inadla müdafiə etməyə və onu “düzgün başa düşülməmiş” sələfi kimi qələmə verməyə davam edirlər.

  1.